Ümumiyətlə, avtotərcüməçilər vasitəsi ilə ingilis dilindən bizim az-çox bildiyimiz dillərdən hansına daha dəqiq tərcümə alındığını bilmək istəyirsinizsə, qeyd edək ki bu rus dilidir. Əgər, avtotərcüməçilərin ingiliscədən rus dilinə tərcüməsini şərti olaraq 70-90 % dəqiq hesab etsək, türk dilinə tərcümələri 60-70 %, "Dilmanc"ın azərbaycan dilinə etdiyi tərcüməni isə vur-tut 30% dəqiq hesab etmək mümkündür! Müqayisə üçün baxın:
İngilis dilində məktub
Thanks for applying to become an editor!
You will receive a reply as soon as your application
has been reviewed. If you have questions, please
visit the public forums at
http://resource-zone.com/
to talk with one of our volunteers
Yuxarıdakı məktubun Azərbaycan dilində tərcüməsi
Redaktor olmaq (təklifini) qəbul etdiyinizə görə təşəkkür(edirik)!
Sizin ərizəniz baxilan kimi, Siz cavab alacaqsınız.Əgər sizin sualınız varsa, bizim könüllülərdən biri ilə danışmaq üçün, lütfən, http://resource-zone.com/ da ictimai formlara girin.
http://translate.google.com/translate_t?hl=ru# vasitəsi ilə ruscaya avtotərcümə
Спасибо за применение стать редактором!
Вы получите ответ, как только Ваша заявка
была пересмотрена. Если у Вас возникли вопросы, пожалуйста
посещение публичных форумах на
http://resource-zone.com/
поговорить с одним из наших волонтеров.
“Same Demo” vasitəsi ilə türkcəyə avtotərcümə
Teşekkürler bir düzenleyici olmak uygulamak için!
Sen, uygulama gözden geçiriler geçirilmez bir cevabı alacaksın. Eğer sen sorulara sahip olursan , lütfen kamu forumlarını da ziyaret ediniz.
Http:-kaynak-bölge.
Gönüllülerimizin biri ile konuşmak için.
”Dilmanc” vasitəsi ilə, türkcədən avtotərcümə
Təşəkkürlər bir təşkil edici olmaq tətbiq etmək üçün!
Sən, tətbiq nəzərdən keçirilər keçirilməz bir cavabı al/götürəcəksən. Əgər sən suallara sahib olsan , lütfən cəmiyyət forumlarını da ziyarət edin.
Http:-kaynak-bölge.
Könüllülərimizin biri ilə danışmaq üçün
Yenə ”Dilmanc” vasitəsi ilə lakin bu dəfə birbaşa ingilis dilindən Azərbaycan dilinə avtotərcümə -1
Təşəkkürlər aid etmək (müraciət etmək) üçün redaktor olur!
Siz cavab alacaqsınız (qəbul edəcəksiniz), sizin ərizəniz (tətbiqiniz)
gözdən keçirilmişdir. Əgər siz şübhə altına almışsınızsa, lütfən
ictimai forumlara səfər edin (baş çəkin)
bizim könüllülərimizdən biri ilə danışmaq.
Bu nəticə barədə "Dilmanc" redaksiyasına məlumat verdik. Onlar bizə bldirdilər ki bəzi yanlışliqlar, tərcüməyə təqdim olunan mətndəki cümlələrin "enter"lə qırılmasındandır, (doğrudan da biz buna fikir verməmişdik, lakin belə bir hal digər avtotərcüməkilərdən istifadə zamanı bizim üçün heç bir problem yaratmayıb və biz "enter"ləri ləğv etdikdən sonra da "Dilmanc"cin tərcüməsində elə bir ciddi keyfiyyət dəyişikliyi görmədik) bəzi yanlışliqlar isə artıq aradan qaldırılıb:
”Dilmanc” vasitəsi ilə ingilis dilindən Azərbaycan dilinə avtotərcümə -2
Təşəkkürlər redaktor olmaq üçün müraciət etmək üçün!
Sizin ərizəniz (tətbiqiniz) gözdən keçirilən kimi siz cavab alacaqsınız (qəbul edəcəksiniz). Əgər siz suallara maliksinizsə, lütfən bizim könüllülərimizdən biri ilə danışmaq üçün http://resource-zone.com/da ictimai forumlara səfər edin (baş çəkin)
"Dilmanc" dan bizə tövsiyyə etdilər ki, "Bir mətnlə müqayisə aparıb, sonra proqramları faizlərlə qiymətləndirmək düzgün deyil. "Dilmanc" "Proçeviri" ilə bərabər səviyyədədir və "SameTran"-dan xeyli yaxşı tərcümə edir" Bu barədə onlarla mübahisə eləmək fikrində deyilik, hər halda onlar bir mütəxəssis kimi bizdən daha məlumatlıdır. Amma "Dilmanc"ın səhvlərinin üstündən heç gürə sükutla keçə bilmərik, xüsusilə, görəndə ki bizim yazdiqlarımız nəzərə alınır:
İngilis dilində cümlə
Ambassador of Ukraine to Azerbaijan Boris Klimchuk said at today’s press-conference that the visit will take place in the first quarter or beginning of the second quarter of the year 2009.
Yuxarıdakı cümlənin Azərbaycan dilində tərcüməsi
Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk bugünki press-konfransda bunu bəyan etdi ki, səfər ya 2009-cu ilin 1-ci rübündə, ya da 2-ci rübünün əvvəlində baş tutacaq (yaxud olacaq, yaxud təşkil ediləcək).
http://translate.google.com/translate_t?hl=ru# vasitəsi ilə ruscaya avtotərcümə
Посол Украины в Азербайджане Борис Klimchuk заявил на сегодняшней пресс-конференции о том, что визит состоится в первом квартале или начале второго квартала 2009 года.
”Dilmanc” vasitəsi ilə avtotərcümə
Boris Klimchuk Azərbaycanına Ukraynanın səfiri ziyarətin (səfər) ilin ikinci dörddə birinin (kvartalının) birinci dörddə biri (kvartalı) və ya başlamaqda baş verəcəyi bugünkü press-konfransda dedi.
Sən demə, "Dilmanc" sözləri baş-ayaq tərcümə etməkdən əlavə, həm də rəqəmləri "yeyə" də bilirmiş. Diqqət yetirin, "Dilmanc"ın tərcüməsində "2009"-ədədi görünmür!
İngilis dilindən rus dilinə avtotərcüməçilərin işində az qala 100 % -lik dəqiqlik olduğu vaxtda, ingilis dilindən Azərbaycan dilinə avtotərcüməni həyata keçirən "Dilmanc"in işinin yalnız 30 % dəqiq hesab etməyimizə baxmayaraq onu yaradanlara ruhdan düşməməyi tövsiyyə edirəm. Rus dili üçün həmin avtotərcüməçinin yaradilmasına milyard dollardan atiq pul sərf olunub, minlərlə adam bu işlə məşğul olub, "Dilmanc"da isə cəmi 5-6 nəfər adan var və dövlətin bu işə ayirdığı pul yəqin ki heç 100 min dollardan artıq deyil. Ziyalilar da "Dilmanc"ın yaradilmasinda iştirak etmirlər. Əgər hər "Dilmanc" istifadəçisi qarşılaşdığı nöqsanlar barədə məlumat versə idi, bi zaman bizim əlimizdə daha keyfiyyətli tərcümə qabiliyyətinə malik "Dilmanc" olardı.
Aydın Məmmədov
Səhifə son dəfə: 22.11.2008-cil il tarixdə, saat: 7.50-də redaktə edilib.