2. 1

"Qoy ədalət zəfər çalsIn!" Heydər Əliyev.

ŞƏKİNİN SƏSİ

mÜSTƏQİL İCTİMAİ-SİYASİ QƏZET

http://shekininsesi.googlepages.com/

15 İYUN 1993-CÜ İLDƏN ÇIXIR

29 avqust 2007-ci il

№ 17 -18 (406 -407)


""iPƏKÇİ"NİN YARADICI KOLLEKTİVİNƏ HAQQ-ƏDALƏT UĞRUNDA MÜBARİZIDƏ BÖYÜK UĞÜRLAR DİLƏYİRƏM!" hEYDƏR əLİYEV. 

ipəkçi

aZƏRBAYCAN iPƏKÇİLƏRİNİN AÇIQ TRİBUNASI

QƏZET 1933-CÜ İLDƏN ÇIXIR

29 AVQUST 2007-Cİ İL

№17-18 (2235 - 2236)


UZAQGÖRƏNLİK: 8 İL ÖNCƏ

 

HƏLƏ ÖZ SÖZÜNÜ DEMƏYƏN OĞUL

 

İLHAM ƏLİYEV HAQQINDA DÜŞÜNCƏLƏRİM

(«Şəkinin səsi», 22 fevral 1999-cu il)

 

         Qeybət eləməyi, ara qarışdırmağı, iqtidarda eyib, nöqsan axtarmağı özünə peşə edən "Azadlıq" radiosu - Mirzə Xəzər son vaxtlar hörmətli Prezidentimiz Heydər Əliyev cənablarının oğlu İlham Əliyevin adı ətrafında "qalmaqal" yaratmaq üçün bizim bəzi müxalifət qəzetləri ilə əl-ələ verib "haray-həşir" qoparırlar. Səbəb aydındır. Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin üzvü, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin müstəqil respublikanın mənafeyi naminə gördüyü səmərəli işlər, Amerika Birləşmiş Ştatlarına işgüzar səfərləri, idmanın inkişafına göstərdiyi diqqət və qayğı, xalq arasında qazandığı nüfuz gənc siyasətçi kimi hadisələri düzgün qiymətləndirmək bacarığı, sadəliyi, səmimiliyi, təmiz mənəviyyatı bəzilərinə xoş gəlmir.

Maraqlıdır ki, İlham Əliyevi gözü götürməyənlər prezident oğlunda nöqsan tapa bilmirlər. Özünü İlham Əliyevlə bir "tərəziyə" qoymaq istəyənlər öz "yüngül"lüklərini hiss etdikləri üçün sadəcə, qibtə hissinə yox, paxıllıq, qısqanclıq hisslərinə üstünlük verir, İlham Əliyevin öz bacarığı sayəsində daha yüksək vəzifə tuta biləcəyindən ehtiyatlanırlar.

Amma, nahaq yerə! Gəlin, tərəfkeşlik eləmədən insafla danışaq. İlham Əliyev Moskvanın ən nüfuzlu ali məktəblərindən birində təhsil almış və onun elmi dərəcəsi vardır. Rus, ingilis dillərini gözəl bilir. İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfərləri zamanı onun ölkənin neft siyasəti barədə, öz müstəqil respublikası barədə dedikləri, qəzetlərə verdiyi müsahibələr fikirlərini ingilis dilində çatdırması, işgüzar adamlarla keçirdiyi çoxsaylı görüşləri davranışındakı sadəlik, səmimiyyət dünyanın bu sivil ölkəsində xüsusi maraq və heyranlıqla qarşılanmışdır.

İnsanı mühit yetişdirir. Və təbii ki, İlham Əliyevin həyat tərzi, yaşadığı şərait, valideynlərindən: xüsusən Heydər Əliyev cənablarından aldığı tərbiyə, həyat təcrübəsi onun yetkin, sağlam əqidəli bir insan kimi formalaşmasına kömək etmişdir. Və açıq etiraf edək ki, özünü prezident kimi görmək, özünü İlham Əliyevlə müqayisə etmək istəyən kəslərdə prezident oğlunda sadalanan bu keyfiyyətlər bütöv və tam halda cəmləşməyib.

İlham Əliyev istəsə partiya da yarada bilər, qəzet də təsis edər. "Odlu-alovlu" müsahibələrlə, çıxışlarla geniş auditoriya da toplayar. Sadəliyə, təvazökarlığa üstünlük verən İlham Əliyev sadəcə öz xalqına ləyaqətlə xidmət etməyi daha üstün tutur.

Heydər Əliyevin özünün etiraf etdiyi kimi - hələ bu müdrik şəxsiyyət çox illər Azərbaycanın Prezidenti kimi fəaliyyət göstərəcəkdir. Hər şeyi isə zaman həll edir. Bizim daha uğurlu sabahımız isə İlham müəllimlə açılacaqdır.

Qoy, prezident oğlunun əyehidarları unutmasınlar ki, bu zamanın, bu dövrün, müstəqil Azərbaycanın İlham Əliyev adlı oğlu var. Və bu oğul hələ öz sözünü deməmişdir.

 

M. SALİS,

Respublikanın əməkdar jurnalisti.

 

 

«ŞƏKİNİN SƏSİ» - «İƏPKÇİ»NİN 4 MART 2003-CÜ İL TARİXLİ SAYINI VƏRƏQLƏYƏRKƏN…

 

BUŞU OĞLU BUŞ ƏVƏZ ETDİ, HEYDƏR ƏLİYEVİ İSƏ OĞLU İLHAM MÜƏLLİM ƏVƏZ ETDİ

 

Qafar ƏLİYEV,

Azərbaycan Respublikası Prezidenti  İcra Aparatı İctimai-Siyasi Şöbəsinin bölmə müdiri, YAP Siyasi Şurasının üzvü

 

Tarixi şəxsiyyətləri tarixi şərait yetişdirir. Heydər Əliyev XX əsrin 40-cı illərində müharibədən çıxmış, iqtisadiyyatı dağınıq, geri qalmış aqrar ölkə olan, Rusiya və digər sovet respublikaları ailəsində tanınmağa və özünəlayiq yer tutmağa can atan, sənayesini, kənd təsərrüfatını elmi-sənaye təməli üzərində yenidən qurmaq istəyən Azərbaycan tarixində silinməz izlər qoydu. Təkcə 1970-80-cı illər ərzində cənab Heydər Əliyevin ölkəmiz naminə gördüyü işlər kifayət edir ki, onun Bakının ən layiqli yerində qızıldan heykəli qoyulsun.

Daha sonra 1982-ci ildə cənab Heydər Əliyev Moskvaya dəvət olundu və SSRİ rəhbərlərindən biri seçildi. Bununla da dünya siyasətini müəyyən edən şəxsiyyətlərdən birinə çevrildi.

SSRİ dağıldıqdan və Siyasi Bürodan istefa verdikdən sonra cənab Heydər Əliyevin siyasətə yenidən qayıtmasını tarixi şərait diktə etdi. belə ki, əgər SSRİ dağıldıqdan sonra Azərbaycanın ərazi bütövlüyünə qəsd edilməsəydi, Dağlıq Qarabağ əraziləri işğal olunmasaydı, Azərbaycanda daxili ictimai-siyasi sabitlik pozulmasaydı, vətəndaş müharibəsi baş verməsəydi və sosial-iqtisadi proseslər normal getsəydi, ola bilərdi ki, bir tarixi şəxsiyyət ömrü yaşamış Heydər Əliyev bəlkə də yenidən siyasi səhnəyə qayıtmayacaqdı. 1968-ci ildən sonra zamanın da göstərdiyi kimi müstəqilliyə doğru inamla irəliləyən, kükrəyən, coşan Azərbaycanı idarə etmək üçün Heydər Əliyevdən başqa kimsənin qabiliyyəti, gücü, bacarığı sadəcə çatmazdı.

Heydər Əliyev xalqın ürəyində, beynində, düşüncəsində olan yeganə lider, həm də bir xalq qəhrəmanı kimi kükrəyən xalq hərəkatının önünə çıxdı.       

Xalq hərəkatına Naxçıvanda rəhbərlik edən cənab Heydər Əliyev sonra Azərbaycan Milli Azadlıq hərəkatının da lideri oldu. Beləliklə, o, bir ictimai-siyasi quruluşdan digərinə keçirilməsinə və Azərbaycanın milli dövlət qanunçuluğu prosesinə rəhbərlik etdi.

Bir quruluşdan başqa quruluşa, həm də müstəqillik qazana-qazana keçidi reallaşdırmaq, köklü islahatlar aparmaq tarixi baxımdan hər bir sahədə insanın öhdəsindən gələ biləcəyi asan məsələ deyildi. Heydər Əliyev tarixi şəxsiyyət kimi eyni zamanda bu iki dövrün qəhrəmanı, iki quruluşun lideri oldu.

Beləliklə, 1969, bir də 1993-cü il Azərbaycan tarixi üçün dönüş məqamları dövrü oldu. Hər iki məqamda Tanrı Heydər Əliyevi Azərbaycan xalqına qovuşdurmaqla bugünkü Azərbaycanı xalqımıza bəxş etdi. Keçən on il ərzində görülmüş işlər onu deməyə əsas verir ki, bu gün dünya dövlətləri içərisində özünəlayiq yeri olan Azərbaycanımız var və bu dövləti xoşbəxt gələcək gözləyir.

Lakin Heydər Əliyevi gözü götürməyən siyasi dairələr onu "yıxmaq", öz çirkin planlarını həyata keçirmək üçün siyasi klublarda belə bir suallı müzakirə obyektinə sevirdilər ki, bəs Heydər Əliyevi ondan sonra kim əvəz edəcək? Onun ideyalarını özü kimi kim davam etdirə biləcəkmi?! Cəmiyyətə eyni vaxtda da belə fikir formalaşdırdılar ki, İlham Əliyev gəncdir, həm də Heydər Əliyevin oğlu olduğuna görə o, Azərbaycanın rəhbəri seçilə bilməz.

Zaman, tarix Azərbaycan xalqının taleyi ilə bağlı bu suala özü cavab tapdı. ABŞ kimi demokratiyanın qarantı olan ölkədə də Buşu oğlu Buş əvəz etdi. Demokratiya haqqında illüziyalar, doğmalar insanların şüurundan silindi. Həqiqi demokratik cəmiyyətin nə demək olduğunu indi cəmiyyət dünəndən daha yaxşı dərk edir.

“İlham Əliyev  gəncdir” - deyə onu arxa plana almaq istəyənlərə İlham Əliyev bir cəngavər, ARDNŞ-nin birinci vitse-prezidenti, MOK prezidenti,  Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri və deputat kimi gördüyü işləri ilə layiqli cavab verdi.

O, nəinki Azərbaycanda, eləcə də dünyada hörmət və nüfuz qazanıb. Bununla da İlham Əliyev Azərbaycanda Heydər Əliyev məktəbinin yetirməsi olaraq onun ideyalarını və müstəqil Azərbaycanın estafetini layiqincə qəbul edib davam etdirməyə layiq olduğunu sübut edib.

Əziz oxucu, mən bu yazıda cənab İlham Əliyevin gördüyü böyük işlərdən geniş bəhs etməyəcəyəm. Sadəcə onu demək istəyirəm ki, Azərbaycan xalqının həyatına bir siyasətçi kimi İlham Əliyevin daxil olduğu zaman da bir tarixi məqamdır, tarixi zərurətin doğurduğu daha bir reallıqdır. Azərbaycan xalqının yeni və gələcək lideri olmağa ən uğurlu namizəd olan İlham Əliyevi AŞPA-nın sədr müavini və büro üzvü seçilməsi münasibətilə təbrik edərkən Ulu Tanrıdan arzu edirəm ki, atası Heydər Əliyev kimi şərəfli bir tarix yaşatsın və onun qədər ömür sürsün.  


 

4 il öncə

 

Heydər Əliyev zülmətləri əridən bir günəşdirsə,

İlham Əliyev həmin günəşdən süzülən bir nurdur!

 

İLHAM ƏLİYEV XALQIN ETİMADINI ÖZ ƏMƏLİ İLƏ QAZANMIŞDIR

(«Şəkinin səsi» - «İpəkçi», 19 sentyabr 2003-cü il)

 

Baxşeyiş ƏLƏMŞAHOV,

«Şəkinin səsi» qəzeti redaksiya heyətinin üzvü

 

Bu gün bir vətəndaş kimi hər birimizə və bütün dünya siyasətçilərinə bəllidir ki, məhz möhtərəm Heydər Əliyevin böyük tarixi xidmətləri sayəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanmış, inkişaf etdirilmiş, dönməz, əbədi bir səciyyə kəsb etmişdir. Onun əzmi və iradəsi ilə Azərbaycan dövləti parçalanıb məhv olmaq təhlükəsindən uzaqlaşdırılmışdır.

Heydər Əliyevin siyasi xətti bu gün də qorunur və ölkə rəhbərinin varisi, gənc siyasətçimiz İlham Əliyev tərəfindən davam etdirilir. Sözsüz ki, İlham Əliyevin öhdəsinə çox böyük işlər düşür. İnanırıq ki, o, bütün bu işlərin öhdəsindən layiqincə gələcəkdir.

Təhsili, tərbiyəsi, həyat yolu və bütün bunların nəticəsində toplamış olduğu zəngin təcrübə, eyni zamanda xarakterinə xas olan cəhətlər - ağıl, təmkin, səbir, uzaqgörənlik, hadisələri təhlil etmək bacarığı, bütün bunlarla bərabər xeyirxahlığı İlham Əliyevin bütün fəaliyyətində özünü qabarıq göstərir. Heydər Əliyev zülmətləri əridən Günəş, İlham Əliyev həmin Günəşdən süzülən nurdur.

İlham Əliyevin başçılığı altında ölkəmiz Avropa Şurası Parlament Assambleyasında nüfuz qazanıb, bu beynəlxalq qurumun müxtəlif strukturlarında işgüzarlığı, səriştəli fəaliyyəti ilə seçilib. Heç də təsadüfi deyildir ki, İlham Əliyev qazandığı çox böyük nüfuza görə Avropa Şurasının Parlament Assambleyasında sədr müavini və büro üzvü seçilmişdir. Bunları qiymətləndirmək lazımdır.      

ABŞ-ın vitse-prezidenti Dik Ceynin İlham Əliyev haqqında dediyi fikri diqqət yetirək: "İLHAM ƏLİYEV ÇOX HAZIRCAVAB VƏ TƏMKİNLİ SİYASƏTÇİDİR".

İlham Əliyevin respublikada Baş nazir seçilməsi bütün dünyada normal qarşılanıb. Dünya ölkələrindən göndərilən təbrik teleqramları bunu bir daha sübut edir. Ancaq müxalifət qəzetləri öz yazılarında elə göstərirlər ki, guya dünya, xüsusi ilə də Azərbaycanla bağlı olan böyük dövlətlər İlham Əliyevin Baş nazir təyin edilməsini istəmir. Amma konkret faktlar başqa şey deyir. İlk dəstək İlham Əliyevə məhz müxalifətin ciddi-cəhdlə istinad etdiyi ABŞ-dan, Türkiyədən, Rusiyadan və Avropa Birliyindən gəldi.

ABŞ-ın prezidenti Corc Buşun təbrik məktubunda bu daha qabarıq görünür: "Hörmətli, cənab Baş nazir! Azərbaycanın Baş naziri vəzifəsinə başlamağınız münasibəti ilə Amerika Birləşmiş Ştatları adından Sizi təbrik edirəm. sizin təyinatınız Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında artan möhkəm ikitərəfli əlaqələr dövrünə təsadüf edir. Qarşıdan  gələn seçkilərə hazırlaşdığınız bir vaxtda ölkənizin demokratik təsisatlarını möhkəmləndirmək üçün biz Sizinlə, sizin hökumətinizlə və Azərbaycan Parlamenti ilə işləməyi səbirsizliklə gözləyirik.

Atanıza və ailənizə öz diqqətimizi və dualarımızı çatdırırıq. ABŞ-Azərbaycan əlaqələrinin qurulmasında Sizin atanız əsas rol oynamışdır." Görəsən, bu təbriki oxuyanda kimsə xəcalət çəkdimi?

Siyasi mübarizə hər bir demokratik cəmiyyət üçün normal, hətta zəruri haldır. Fikir plüralizmi, mövqe müxtəlifliyi, ictimai-siyasi, iqtisadi-sosial proseslərin gedişinə fərqli baxışlar olmadan hansısa inkişafdan danışmaq yersizdir. Ancaq bunun da müəyyən həddi olmalıdır.

Respublikada indiki ictimai sabitlik, ölkəmizin demokratik imicinin getdikcə artması şəraitində, azad, sərbəst, ədalətli prezident seçkilərinə hazırlıq görüldüyü bir dövrdə mitinqlərə heç bir ehtiyac yoxdur. Mitinq keçirməklə heç nəyə nail olmaq olmaz.

Mitinq zamanı tribunadan "…Qa…ra…bağ!" demək çətin deyil. Lakin sözün həqiqi mənasında, doğma Qarabağımızı düşmən əsarətindən qurtarmaq olduqca çətindir. Ona görə yox ki, bəzi müxalifətçilərin iddia etdiyi kimi, guya dövlət Qarabağı azad etmək istəmir. Sadəcə, ona görə ki, problemin həlli təkcə bizdən asılı deyil, onlarca göstərilən siyasi və iqtisadi maraqların toqquşduğu məkanda atılacaq hər bir addım beynəlxalq hüquq pozmaları daxilində olmalıdır. Problem böyükdür, ağırdır. 

Heydər Əliyev fenomenini daha inkar etmək mümkün deyil! İndi həmin ada bir ad da qoşulub-İlham Əliyev! Bu, tarixi həqiqətdir. Azərbaycana, doğma xalqın dünəninə, bu gününə, sabahına sədaqət onun qəlbində, qanındadır. Buna görə xalqımız onu yüksək qiymətləndirir, ona etibar edir və onu yekdilliklə Azərbaycan prezidenti seçilməyə hazırlaşır.

İlham Əliyevə alternativ namizədi olmayan müxalifət seçki məğlubiyyətinin yaxınlaşdığını dərk etdikcə milli mənafeyi, vətəndaş məsuliyyətini xatırlatmaq belə istəmir. Onlar unudurar ki, heç bir avantüra xalqın iradəsinə və istəyinə qalib gələ bilməz. Xalq artıq qaranı ağdan seçə bilir. Onu aldatmaq olmaz!        

Vətənimiz Azərbaycanı güclü, çiçəklənən, dünyanın inkişaf etmiş ölkələri sırasında görmək istəyən hər bir soydaşımız oktyabrın 15-dəki prezident seçkilərində daha fəal iştirak etməli və öz səsini İlham Əliyevə verməlidir.

 

 

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ŞƏKİDƏ ZONA SEMİNAR-MÜŞAVİRƏSİ KEÇİRMİŞDİR

 

       Şəkidə Nazirlər Kabinetinin "Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası"nın təsdiq edilməsi barədə 2007-ci il 25 iyun tarixli qərarından irəli gələn məsələlərə həsr olunmuş zona seminar-müşavirəsi keçirilmişdir.

Müşavirədə Şəki şəhər, Balakən, Zaqatala, Qax və Oğuz rayon icra hakimiyyəti başçılarının aqrar-sənaye üzrə müavinləri iştirak etmişlər.

Tədbiri Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov açaraq toxumçuluq və tinglik təsərrüfatlarına subsidiyaların ödənilməsini dövlətin aqrar sektora olan diqqət və qayğısının daha bir nümunəsi kimi qiymətləndirmiş, seminarın işinə uğurlar arzulamışdır. Müşavirədə Nazirlər Kabinetinin müvafiq qərarının icrası ilə əlaqədar görüləcək işlər barədə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev məruzə etmişdir.

Seminar-müşavirənin iştirakçıları Azərbaycan prezidentinin müvafiq Fərmanının icrası ilə əlaqədar Nazirlər Kabinetinin "Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası"nın təsdiq edilməsi barədə 2007-ci il 25 iyun tarixli qərarının aqrar sahənin inkişafına və məhsul istehsalının daha da artmasına müsbət təsir göstərəcəyinə əminliyini ifadə etmiş, bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

 


MƏLUMAT

 

MEHMAN BAĞIŞ OĞLU NURİYEV HƏM ŞƏKİ  ŞƏHƏR MƏHKƏMƏSİNİN, HƏM DƏ BU MƏHKƏMƏNİN BAŞ HAKİMİ KİMİ FƏALİYYƏTƏ BAŞLAMIŞDIR

 

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Mehman Bağış oğlu Nuriyev Şəki Şəhər Məhkəməsinin sədri və eyni zamanda bu məhkəmənin baş hakimi təyin edilmişdir.

M. B. Nuriyev 1958-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. İlk əmək fəaliyyətinə tikinti sahəsində inşaatçı-fəhlə kimi başlamışdır. Bundan sonra iki il ordu sıralarında xidmətdə olmuşdur. Uşaqlıqdan hüquqşünas olmağı qarşısına məqsəd qoyan Mehman müəllim bu arzu ilə sənədlərini hazırlayıb Bakı Dövlət Universitetinin hüquq fakültəsinə vermişdir. Arzusuna çatmış, həmin universitetin tələbəsi olmaq hüququ qazanmışdır. 

O, bir çox tələbə dostlarından fərqli olaraq həmin fakültəni fərqlənmə diplomu ilə başa vuraraq beş məzundan biri olmuşdur.

Ali təhsilli hüquqşünas kimi ilk dəfə Xaçmaz, Şamaxı rayon prokurorluqlarında səmərəli fəaliyyət göstərmiş, Quba rayon prokurorunun müavini, Masallı rayon prokuroru, daha sonralar isə respublika Prokurorluğunda daha məsul vəzifələrə irəli çəkilmiş, özünü bacarıqlı, işgüzar, prinsipial bir hüquqşünas kimi tanıtmış, bunun müqabilində dəfələrlə fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılmış, ən başlıcası isə işlədiyi rayonlarda hamının dərin hörmət və məhəbbətini qazanmışdır.

Bu gün isə Mehman Nuriyev öz fəaliyyətini Şəkidə davam etdirir. Azərbaycan Prezidenti ona böyük etimad göstərmiş, öz sərəncamı ilə bu tanınmış hüquqşünası Şəki Şəhər Məhkəməsinin sədri təyin etmişdir.

Evlidir. 3 övladı var.

 

ÜMBƏT QAMUNA OĞLU SƏLİMOV ŞƏKİ ŞƏHƏR MƏHKƏMƏSİNİN YENİ HAKİMİDİR

 

Azərbaycan Prezidentinin sərəncamı ilə Ümbət Qamuna oğlu Səlimov Şəki Şəhər   Məhkəməsinin baş hakimi təyin edilmişdir

Ü. Q. Səlimov 1964-cü ildə Yevlax rayonunda dünyaya göz açmışdır. 1990-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1990-ci ildən 2007-ci ilə kimi Bərdə rayon Hüquq Məsləhətxanasında vəkil işləmişdir. Bu illər ərzində o, özünü bacarıqlı bir hüquqşünas kimi göstərmişdir.

Hazırda Şəki Şəhər Məhkəməsinin hakimi kimi fəaliyyətini davam etdirməyə başlamışdır.

Evlidir. İki övladı var.

 

 

 
 
 
 
 
 

 
İQTİSAD UNİVERSİTETİNİN REKTORU ŞƏMSƏDDİN HACIYEV KİŞ KƏND MƏKTƏBİ KOLLEKTİVİNİN QONAĞI OLMUŞDUR

 

Şəkinin Kiş kəndindəki Heydər Əliyev adına 1 saylı orta məktəbi himayəyə götürən Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyi tez-tez məktəb kollektivinin qonağı olur, onların qayğı və problemləri ilə maraqlanır. İqtisad Universitetinin rektoru, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev iyulun 28-də növbəti dəfə Kiş kənd məktəbinə baş çəkmişdir.

Rektor bu səfərində məktəb kollektivinə İqtisad Universitetinin hədiyyələrini - 10 ədəd kompüter dəstini təqdim etmişdir. Həmçinin Kiş kəndində şəhər icra hakimiyyətin başçısı Nazim İbrahimovla, təhsil işçiləri və kənd sakinləri ilə keçirilən görüşdə çıxış edən şəhər təhsil şöbəsinin müdiri Firədun İbrahimov qonaqları səmimi salamlamış, ümummilli liderimiz Heydər Əliyevin bilavasitə göstərişi və qayğısı ilə inşa edilən, hazırda ulu öndərin adını daşıyan bu təhsil ocağına göstərdikləri yüksək diqqət və qayğıya görə universitetin rəhbərliyinə şəhər təhsil şöbəsi adından minnətdarlığını bildirmişdir.

Mərasimdə çıxış edən İqtisad Universitetinin rektoru, Milli Məclisin üzvü Şəmsəddin Hacıyev ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə başlanmış təhsil islahatı, milli təhsil quruculuğu prosesinin bu gün də inamla davam etdirildiyini bildirmişdir. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycan təhsilinin artıq geniş inkişaf yoluna qədəm qoyduğunu, təhsil sistemində yeni texnologiyaların mənimsənilməsi və tətbiqi sahəsində nəzərəçarpacaq irəliləyişlərin baş verdiyini xüsusi vurğulamışdır. Azərbaycanın gələcək uğurlarının təhsilin inkişafı ilə sıx bağlı olduğunu nəzərə çatdıran rektor, son illər ölkəmizdə yüzlərlə yeni məktəb binalarının inşa edildiyini, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün zəruri tədbirlərin həyata keçirildiyini bildirmişdir.

Çıxışının sonunda universitetin rəhbəri Kiş məktəbi ilə əlaqələrin bundan sonra da ardıcıl davam etdiriləcəyini, yaxın vaxtlarda məktəbə daha bir neçə kompüter avadanlığının hədiyyə ediləcəyini qeyd etmişdir. Rektor, eyni zamanda, məktəbin birinci sinif şagirdlərini cari dərs ilində geyim, çanta və məktəbli ləvazimatları ilə təmin edəcəklərini də bildirmişdir. Habelə 2008-ci ildə Şəkidə bina şəraiti daha çox yarıtmaz olan məktəb üçün yeni binanın tikintisinə kömək göstərəcəklərini nəzərə çatdırmışdır.

Görüşdə universitetin professoru Həsən İsrafilov da iştirak etmişdir.      

                       

                                  A. AZƏRİ,

 "Azərbaycan təhsili" qəzetinin  redaktoru.

  

 
AŞAĞI GÖYNÜK KƏNDİNDƏ YERLƏŞƏN 114 SAYLI KƏND BİRİNCİ SEÇKİ DAİRƏSİ ÜÇÜN YENİ TİKİLMİŞ İNZİBATİ BİNA İSTİFADƏYƏ VERİLMİŞDİR

 Avqustun 11-də Şəki rayonunun Aşağı Göynük kəndində yerləşən 114 saylı Şəki kənd birinci seçki dairəsi komissiyasının inzibati binasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimi giriş sözü ilə açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov kənd sakinlərini və seçki komissiyasının üzvlərini təbrik etmişdir. İcra başçısı yeni inzibati binanın istifadəyə verilməsini seçkilərin şəffaf və demokratik keçirilməsi, habelə dairə seçki komissiyasının fəaliyyəti üçün əlverişli şəraitin yaradılması istiqamətində atılan növbəti addımlardan biri olduğunu bildirmişdir.

Mərasimdə çıxış edən Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tağıyev seçkilərin demokratik keçirilməsini insanların hüquq və a zadlıqlarının qorunmasına yönələn proses olduğunu bildirmiş, cəmiyyətin demokratik inkişafının həmin ölkədə seçkilərə münasibətlə ölçüldüyünü qeyd etdikdən sonra Azərbaycanda bütün sahələrdə olduğu kimi, seçkilərin keçirilməsində də əsaslı islahatların aparıldığını bildirdi MSK təmsilçisi, ölkəmizdə keçirilən bütün seçkilərin vahid bir qanunla - Seçki Məcəlləsi ilə tənzimləndiyini və bu qanunun beynəlxalq standartların tələblərinə tam cavab verdiyini xüsusi qeyd etmişdir. Ölkəmizin başçısının təşəbbüsü ilə Azərbaycanın bütün rayonlarında dairə seçki komissiyaları üçün yeni binaların tikildiyini, DSK-ların maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tələblərə uyğunlaşdırılması istiqamətində konkret tədbirlərin həyata keçirildiyini nəzərə çatdıran Azər Tağıyev, komissiya üzvlərinə qarşıdan gələn seçki proseslərində uğurlar arzulamışdır.

Mərasimdə çıxış edən 114 saylı Şəki kənd birinci seçki dairəsi dairə seçki komissiyasının sədri Məharət Məmmədov və Aşağı Göynük kənd seçki məntəqəsinin sədri Qənirə Səmədova göstərilən diqqət və qayğıya görə ölkəmizin rəhbərliyinə minnətdarlığını bildirmişlər.

Rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları yeni binada komissiya üzvləri üçün yaradılmış şəraitlə tanış olmuşlar. Daxili imkanlar hesabına inşa edilən, 240 kvadratmetr sahəsi olan 8 otaqlı yeni inzibati binada komissiya üzvlərinin normal fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılmış, bina müasir tələblərə cavab verən avadanlıqla təchiz olunmuşdur.      

Açılış mərasimində Azərbaycan Prezidenti İcra Aparatının məsul işçisi Məhərrəm Quliyev iştirak etmişdir.

                Mustafa DADAŞOV,

                     AzərTAc-ın müxbiri.
 


 
  BƏLƏDİYYƏ QULLUQÇULARI HƏMKARLAR İTTİFAQI

ŞƏKİ RAYON KOMİTƏSİNİN II KONFRANSI 

 

14 avqust 2007-ci il tarixdə Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin II konfransı keçirilmişdir. Konfransın işində Azərbaycan Bələdiyyə Qulluqçuları Respublika Komitəsi Aparatının rəhbəri - təşkilat şöbəsinin müdiri cənab Mətləb Əliyev iştirak etmişdir.

Konfransı giriş sözü ilə BQHİ Şəki Rayon Komitəsinin sədri Səyyarə xanım Əliyeva açmışdır. O, açılış zamanı bu konfransın bütün nümayəndələrini və onların təmsil etdikləri kollektivləri səmimi salamlamış və şərəfli işlərində uğurlar arzulamışdır. Səyyarə xanım Əliyeva eyni zamanda əvvəllər bələdiyyələrdə işləmiş və sonralar dünyasını dəyişmiş bələdiyyə işçilərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini konfrans iştirakçılarından xahiş etmişdir. Bundan sonra konfrans açıq elan edilmiş və öz işini davam etdirmişdir.

Konfransın sədri, katibi və digər işçi orqanları seçildikdən sonra gündəlikdə duran və müzakirəsi vacib hesab edilən aşağıdakı məsələlərin müzakirəsinə başlanmışdır.

1.BQHİ Şəki Rayon Komitəsinin 2003-2007-ci illər ərzində gördüyü işlərə dair hesabatı.

2.Təftiş komissiyasının hesabatı.

3.BQHİ Şəki Rayon Komitəsinin yeni tərkibinin seçilməsi.

4.Təftiş komissiyasının seçilməsi.

5.Azərbaycan BQHİ Respublika Komitəsinin II qurultayına nümayəndələrin seçilməsi.

6.Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının Məclis üzvlüyünə namizədlərin irəli sürülməsi haqqında.

Konfransın yuxarıda göstərilən gündəliyi və iş qaydası təsdiq edildikdən sonra məsələlərin ayrı-ayrılıqda müzakirəsinə başlanılmışdır. Birinci məsələ ilə əlaqədar BQHİ Şəki Rayon Komitəsinin sədri Səyyarə xanım Əliyeva geniş məruzə ilə II konfransa hesabat verilmişdir.

Hər iki məruzə dinlənildikdən sonra müzakirələr başlanmışdır. Konfransda iştirak edən nümayəndələrdən çıxış etməyə yazılan Bədiyev Ramiz Bədi oğlu  (Biləcik bələdiyyəsinin sədri), Cümşüdov Sabir Ələkbər oğlu (Zunud bələdiyyəsi həmkarlar təşkilatının sədri), Əhməd Əbdürrəhimov (Öryət kənd bələdiyyəsinin sədri), Şirəli Quliyev (Şəki bələdiyyəsi həmkarlar təşkilatının sədri),  Məlahət Kərimova (Baş Gəldək bələdiyyəsinin sədri), Davud Hüseynov (Aşağı Daşağıl bələdiyyəsinin sədri) və başqaları çıxış edərək, həmkarlar təşkilatının hesabat dövründəki fəaliyyətindən ətraflı söhbət açmışlar. Ətrafında birləşdikləri rayon komitəsinin və onun sədrinin gördüyü işləri qənaətbəxş qiymətləndirmişlər. Konfransda çıxış edənlər və yerdən arayış şəklində mənalı fikir və təkliflər də söylənilmişdir.

Müzakirələrin sonunda hər iki məsələ ilə əlaqədar geniş və məzmunlu qərar qəbul olunmuşdur. Deyilmiş təkliflərin isə ümumiləşdirilib Azərbaycan BQHİ Respublika Komitəsinə göndərilməsi məsləhət bilinmişdir.

Konfransda geniş tərkibdə rayon komitəsinin 19 nəfərdən ibarət üzvü seçilmişdir. Həmçinin təftiş komissiyasının 5 nəfərdən ibarət yeni tərkibi seçilmişdir.

Konfrans Azərbaycan BQHİ Respublika Komitəsinin II qurultayına 3 nəfərdən ibarət nümayəndə heyətinin seçilməsi barədə qərar qəbul etmişdir.

Sonda təşkilat məsələsinə baxılmışdır. Səyyarə Vəli qızı Əliyeva yenidən yekdil səslə BQHİ Şəki Rayon Komitəsinin sədri vəzifəsinə seçilmişdir. Eyni zamanda Şirəli Rəşid oğlu Quliyev və Solmaz Məmməd qızı Hüseynova rayon komitəsi sədrinin müavinləri seçilmişlər.

Konfrans rayon komitəsinin sədri Səyyarə xanım Əliyevanın Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına Məclis üzvü seçilməsi barədə namizədliyini də irəli sürmüşdür.

Konfransın işində məsul nümayəndə kimi iştirak edən Azərbaycan BQHT Respublika Komitəsi aparatının rəhbəri - təşkilat şöbəsinin müdiri cənab Mətləb Əliyev  yekun nitqi söyləmişdir.

 

                                        "ŞƏKİNİN SƏSİ"

 


AZƏRBAYCAN RESPUBLİKASININ HƏRBİ KOMİSSARI  RESPUBLİKA ÇAĞIRIŞ KOMİSSİYASININ SƏDRİ
 
№ 4860                                                                                      20. O7.  2007-Cİ İL

 

RESPUBLİKA HƏRBİ KOMİSSARI, GENERAL-LEYTENANT ƏLİAĞA HÜSEYNOVUN ŞƏKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI NAZİM İBRAHİMOVA TƏŞƏKKÜR MƏKTUBU

Hörmətli Nazim müəllim!

Respublikada, eləcə də rayon və şəhərlərdə vətəndaşların həqiqi hərbi xidmətə çağırılmasında çətin və problem məsələlərdən biri son illərdə çağırışdan boyun qaçıran çağırışçıların sayının artması idi.

Yaranmış problemi aradan qaldırmaq məqsədi ilə Respublika Hərbi Komissarlığının kollektivi hərbi xidmətə çağırışdan boyun qaçıran çağırışçıları aşkar edib, həqiqi hərbi xidmətə çağırmaq, çağırış tapşırığını tam və vaxtında yerinə yetirilməsi haqqında öhdəlik qəbul etmişdir.

Respublika hərbi komissarlığı, o cümlədən Şəki rayon hərbi komissarlığı qəbul etdiyi öhdəliyə sadiq qalaraq keçən dövr ərzində hərbi xidmətə çağırışdan boyun qaçıran çağırışçıların tam əksəriyyətini aşkar edib, həqiqi hərbi xidmətə çağırmış, çağırış tapşırıqlarını vaxtından əvvəl yerinə yetirmişdir.

Şəki rayonunda həmin problemin həll edilməsində, çağırış üzrə tapşırıqların yerinə yetirilməsində şəxsən Sizin, rayon icra hakimiyyətinin, onun yerlərdəki nümayəndələrinin, rayon hüquq-mühafizə orqanlarının əməyi az olmamışdır.

Hörmətli Nazim müəllim! Respublikamızda milli hərbi quruculuğun mühüm sahələrindən olan, vətəndaşların həqiqi hərbi xidmətə çağırılmasında yaxından iştirak etdiyinizə, rayonda çağırış tapşırıqlarının vaxtından əvvəl yerinə yetirilməsində göstərdiyiniz əməli köməyə görə Sizə təşəkkürümü bildirir və müvəffəqiyyətlər arzulayıram.

 

Hörmətlə, Əliağa HÜSEYNOV,

                                                                                              general-leytenant.    

 

 

QAYĞINIZA GÖRƏ MİNNƏTDARIQ

 

ŞƏKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISININ BİRİNCİ MÜAVİNİ CƏNAB HƏSƏN HƏSƏNOVA

 

Hörmətli Həsən müəllim! 4.08.2007-ci il tarixdə sizin imzaladığınız məktubu alıb oxuduq. Nəzərinizə çatdırım ki, bundan sonra "KamAz" markalı yük maşınına ehtiyat hissəsi verilmişdir. Hal-hazırda sürücü Əvəz Məmmədov maşını təmir etməklə məşğuldur. Bizə bildiribdir ki, ən uzağı bir-iki günə maşını təmir edib, Aşağı Şabalıd kənd sakinlərini əkin sahəsinə aparıb gətirəcəkdir. Bu qayğıya görə Nazim müəllim başda olmaqla sizin hamınıza minnətdarlığımızı bildiririk. Həmçinin maşina ehtiyat hissəsinin verilməsində bizə yardım etmiş Şəki Olimpiya Kompleksinin prezidenti İlham Ələsgərova da təşəkkürümüzü çatdırırıq.

                          

 Qurban İSLAMOV, 

               Aşağı Şabalıd kənd  məktəbinin   müəllimi.

 


2 YAŞIN MÜBARƏK, «ŞƏKİ BƏLƏDİYYƏSİ»!

 

ŞƏKİ BƏLƏDİYYƏSİNİN SƏDRİ GÜLNAZ SALAMOVA VƏ «ŞƏKİ BƏLƏDİYYƏSİ» QƏZETİNİN BAŞ REDAKTORU MURAD HƏBİBƏYOVA

 

 

  Çox hörmətli Sədr və Baş redaktor!

Sizi və Sizin şəxsinizdə Şəki Bələdiyyəsinin və orqanınız olduğu qəzetin bütün yaradıcı kollektivini "Şəki bələdiyyəsi"nin ilk sayının çapdan çıxmasının və həyata vəsiqə almasının 2 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza xoş arzularımı bildirirəm.

Cəsarətli və mübariz mövqeyi ilə seçilən "Şəki bələdiyyəsi" qəzeti nəinki Şəki-Balakən bölgəsində, bütövlükdə ölkədə böyük hörmət və nüfuz qazanmışdır. Qəzetiniz özünə məxsus dəst xətti ilə, fəal həyat mövqeyi ilə seçilir, prinsipiallıqla daim haqqın, ədalətin keşiyində dayanar, öz ölkəsinə, öz xalqına , ölkə prezidentinə layiqli xidməti şərəf işi hesab edir. Qəzetinizə ünvanlanan təbriklərdə də bu qəzetin iki illik mübariz, cəsarətli, milli mətbuatımızın şanlı ənənələrinə sadiq qalan döyüşkən mətbu orqanı kimi səciyyələnməsi - qəzetin fəaliyyətinə ən yüksək qiymət kimi dəyərləndirilməlidir.

Arzum budur ki, "Şəki bələdiyyəsi" bundan sonra da öz amal və məqsədinə sadiq qalsın, oxucularını məzmunlu, operativ və obyektiv yazıları ilə sevindirsin.

Biz qəzetin formalaşmasında, oxucular arasında böyük şöhrət qazanmasında "Şəki bələdiyyəsi" qəzetinin baş redaktoru Murad Həbibəyovun, şəhər bələdiyyəsinin sədri Gülnaz xanım Salamovanın şəxsi xidmətlərini, jurnalist sənətinə vurğunluğunu peşəkarlıq və mübarizlik əzmini də yüksək qiymətləndirir, bu qəzetlə bərabər onun iki illik ad gününü təbrik etməkdən məmnunluq duyuruq.

Sizə can sağlığı, uzun ömür, tutduğunuz müqəddəs və şərəfli yolda yaradıcılıq uğurları arzulayırıq.

 

                                                      M.SALİS,

 “Şəkinin səsi” – “İpəkçi” qəzetlərinin baş 

redaktoru, Respublikanın Əməkdar  jurnalisti


 

 TƏBRİK EDİRİK! 

 

 DAHA BİR XOŞ XƏBƏR 

AFFA prezidenti Ramiz Mirzəyev UEFA-nın “Fair Play” komitəsinin ikinci vitse-prezidenti seçilmişdir.


 
 

 

ŞƏKİNİN ŞHÖRMƏTLİ QONAĞI:

  

VLADİMİR NİKOLAYEVİÇ ŞİSKİN

 

Moskva Beynəlxalq Münasibətlər Universitetinin dekanı Vladimir Nikolayeviç Şiskin öz ailə üzvləri ilə birlikdə yay istirahətini Şəkidə keçirmiş, bu qədim diyarın məşhur tarixi abidələri ilə maraqla tanış olmuş, hər yerdə mehribanlıqla qarşılanmışdır. Dünyanın ən görkəmli alimlərindən biri kimi tanınan bu moskvalı qonağımız Şəkidə yüksək qonaqpərvərliklə qarşılandığı üçün şəhər icra hakimiyyəti başçısının müavinləri Zərinə xanım Cavadova və Firon Əliyev vasitəsilə bütün şəkililərə öz dərin minnətdarlığını çatdırmışdır

 


 

AİLƏ SAĞLAMLIĞI İLƏ BAĞLI MARAQLI TƏDBİR

 

Şəki Şəhər İcra hakimiyyəti ictimai-siyasi şöbəsinin müdiri Rəfael Mənəfovun iştirakı ilə turizm mərkəzində keçirilən bu tədbir böyük maraqla qarşılanmışdır.

Tədbirdə beynəlxalq təşkilatların nümayəndələri verilən suallara cavab vermiş, sağlamlıqla bağlı öz fikirlərini bildirmişlər.

 

 


ŞƏKİ POÇTAMTININ XİDMƏTİNDƏN İSTİFADƏ EDİN!

 

HÖRMƏTLİ HƏMVƏTƏNLƏR!

 

Əgər vaxtınıza və pulunuza qənaət etmək istəyirsinizsə Şəki Poçtamtında aşağıda göstərilən poçt xidmətlərindən səmərəli istifadə edə bilərsiniz.

·        Şəhərlərarası danışıq haqlarının qəbulu;

·        Aylıq telefon haqlarının qəbulu;

·        Enerji haqlarının qəbulu;

·        Qaz haqlarının qəbulu;

·        Su və kanalizasiya haqlarının qəbulu;

·        Zibil tullantı haqlarının qəbulu;

·        Azərsell abunə və danışıq haqlarının qəbulu;

·        Poçt ödəniş nişanlarının satışı;

·        Sadə, sifarişli və qiymətli məktub, banderol qəbulu;

·        Bağlamaların, kiçik paketlərin qablaşdırılması və qəbulu;

·        Açıqca və zərf satışı; 

·        "Sim-sim" kart satışı;

·        "Cin kart"ı satışı;

·        İnternet kart satışı;

·        Telefon aparatı satışı;

·        Kompüter avadanlıqlarının satışı;

·        Digər kommersiya mallarının satışı;

·        Dövrü mətbuata abunə və onların çatdırılması;

·        Dövrü mətbuatın satışı;

·        Faks xidməti;

·        Teleqramların qəbulu və çatdırılması;

·        Pul baratlarının qəbulu və ödənişi;

·        Müxtəlif növ danışıq kartlarının satışı;

·        Mühafizə haqlarının qəbulu;

·        Mənzil kirayə haqlarının qəbulu;

·        Sürətli poçt xidməti;

·        Şəhərlərarası telefon danışıq (ŞATD) qəbzlərinin çatdırılması;

·        Müavinət və sosial pensiyaların ödənişi;

·        Bank reklam açıqçaların yayılması.

 

                          İsmayıl İMANOV,

 “Azərpoçt" DM-nin filialı Şəki  poçtamtının rəisi.

 

 

ŞƏKİ MƏRKƏZİ RAYON XƏSTƏXANASI AŞAĞIDAKI BOŞ YERLƏRİN TUTULMASI ÜÇÜN

 

MÜSABİQƏ ELAN EDİR

 

Daşüz kənd həkim ambulatoriyasında - baş həkim

Şəki Vərəm Əleyhinə Dispanserdə -həkim-ftiziatr

Şəki Vərəm Əleyhinə Dispanserdə - orta tibb işçisi

Turan sahə xəstəxanasında - tibb bacısı (tibb qardaşı)

Mərkəzi rayon xəstəxanasının aptekində - provizor-texnoloq

Ünvan: Şəki şəhəri, M. Rəsulzadə-164.

Telefon: 4-20-52.

 

Sehran MƏMMƏDOV,

    Şəki MRX-nın baş həkimi.


 

2. 1

 

 

 

 

 

 <<< Ana səhifə