Şəkili alimin on min kitabı var
Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirdikdən sonra “Şəki” qəzetində, yerli radioda çalışıb. Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin bölgə müxbiri, Şəki şəhər Partiya Komitəsinin şöbə müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya qrupunun rəhbəri olub. Hazırda AMİ-nin Şəki filialında dərs deyir.
Filologiya elmləri namizədi Sabir Əfəndiyev çoxlu sayda şeir və poemaların, oçerk və felyetonların, dram əsərlərinin, “Şəki lətifələri”, “Əsgər marşları”, “Təşbehnamə”, “Dərinamə”, “Öyüdnamə”, “Ermənilər kimdir, biz kimik?” adlı kitabların, “İlisu ensiklopedik məlumat dərgisi”nin müəllifidir. Hazırda müəllif "Şəkinin ensiklopediyası və etnoqrafiyası" adlı kitablar çapa hazırlayır.
Foto Salis: Şəki İH başçısı N. İbrahimov Sabir Əfəndiyevə Fəxri Fərman təqdim edərkən 2008
Bu qədər gərgin işin qabağında Hacı Sabir 10 minə qədər fondu olan kitabxana yaradıb. Bibliofil-alim SİA-nın Şəki-Zaqatala bürosunun əməkdaşı ilə müsahibəsində bildirib ki, bu zəngin xəzinədən oxucular məmnuniyyətlə istifadə edirlər. Bu günlərdə “Azərbaycan” qəzetinin yubileyi keçirilərkən Üzeyir Hacıbəyovun imzası ilə çap edilən, heç yerdə tapılmayan ilk nüsxələrini Hacı Sabir Əfəndi öz kitabxanasından götürərək, məmnuniyyətlə redaksiyaya hədiyyə edib. Redaksiya əməkdaşları isə qəzet vasitəsi ilə Hacı Sabirə minnətdarlıqlarını bildiriblər.
Qocaman publisist bu günlərdə anadan olmasının 75 illik yubleyi münasibətilə Şəki şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilib.
Mənbə: http://www.sia.az/view.php?lang=az&menu=9&id=5561
(Foto "Şəkinin səsi"ndən)