ABŞ prezidenti George Buş oğlu George Buşun prezidentlik müddəti başa çatır, lakin biz, atası kimi onun da adını düz yaza bilmədik!
İndi deyə bilmərəm, amma mən Şəkidə orta məktəbdə oxuyanda Azərbaycan dilindən imla yazdığımız zaman müəllim tez-tez təkrar edərdi: “ğül “g”-sı” – “cücə “c”-sı” , yaxud “çay “ç”-sı” – “kitab “k”-sı” Şagirdlərin çoxu bu səsləri qarışdırardı, düzü, mən elə indiyə qədər danışıqda “ce” ilə “ge” -nı, “çe” ilə “ke” ni çox çətinliklə fərqləndirə bilirəm və məktəbdə oxuduğum zaman isə ən böyük arzularımdan biri də məhz, bu idi ki – nə olardı ki “çe” səsi ilə “ke” səsini, “ke” səsi ilə “ç” səsini bir hərlə yazardıq!
Bu səslərin qarışdırılması hallarına televiziya və radio verilişlərində də tez-tez təsadüf etmək mümkündür. Qarışdıranlar isə ən çox Naxçıvan bölgəsindən olanlar və rus dilində təhsil alanlardır.
Bunlar ciddi bir şey deyil, ciddi odur ki, Azərbaycan ədəbi dili və yazısı üçün cavabdeh olan Dilçilik İnstitutun, və dilçilərinin fəaliyyətsizliyi sayəsində söz gedən səslər ədəbi dilimizdə və yazımızda da qarışdırılıb!
Məsələn, Amerika prezidentinin əsil adı “George” dir. İngilis, alman, fransız, ispan, bir sözlə Avropanın latın əlifbalı demək olar ki bütün dillərində onun adı elə “George” kimi də yazılır. İngilis dilinin qaydalarına görə sözün sonundakı “e” hərfi oxunmaz, Buna görə ingilislər “George” ni “georg” kimi oxumalıdırlar. Bu zaman isə tələffüzdə sözün ikinci səsi “e” -də itir. Deməli, “George” sozü ingilis dilində “gorg” kimi tələffüz edilir. Biz isə yazıriq “Corc” ?!
Düzdür, rus dilində və ərəb əlifbalı dillırdə də elədir, məsələn, “Джорд” , " جورج " . Amma bunun obyektiv səbəbləri də var. Belə ki rus və ərəb əlifbalı yazılarda “ge” səsinı işarə etmək üçün ayrıca hərf yoxdur, rus yazısında “ г ”hərfindən və fars yazısındakı “ﮒ” hərfidən yalnız sonra incə saiti ifadə edən hərf gəldiyi təqdirdə bu hərflər bizim “ge” kini tələffüz olunar, digər hallarda bizim “qe” kimi. Ona görə də rus yazısında “Горг”, fars yazısındaگورگ" ” yazılmaz, çünki belə yazılsa “qorq” oxumalır. Bizim əlifbada isə “ge” səsi üçün ayrıca “g” hərfi var və bu hərfdən sonra nə gəlir gəlsin, yalnız “ge” oxunmalıdır! Bəs elə isə “George Buş” u biz niyə “Corc Buş” kimi yazmalıyıq?! Ya sözü olduğu kimi yazaq: George Buş, ya da ingilis dilindəki transkripsiyasını: “Gorg Buş”!
İndi isə söz gedən səslərin oxşarlığı barədə bir neçə kəlmə. Dilçilik institutunun indiyə qədər məşğul olmadığı məsələ (Onlar nə işlə məşğuldurlar ya rəbb, bunu ilk dəfə mən, elmi dərəcəsi olmayan adi bir vətəndaş, icad edir?) . Dilçilərimiz qeyd edirlər ki “çe” və “ce” səslərinin hər biri iki səsdən ibarətdir: “çe” = “te” + “şe” və “ce” = “d” + “je”. Əlbəttə ki bizim dilçilər “çe” səsbirləşməsi ilə “çe” səsbirləşməsinin transkripsiyasını düz göstərə bilməyiblər. Necə ola bilər ki “çe” səsbirləşməsi sürtünən səs olmadığı halda onun tərkibində sürtünən “ş” səsi olsun? Yaxud, “ce” səsbirləşməsi sürtünən səs olmadığı halda onun tərkibində sürtünən “j” səsi olsun? Belə ki “çe” “ şe” dən tez tələffüz olunar, “ce” isə “je” dən. Sürtünən səsləri, sürtünməyən səslərdən tez tələffüz etmək mümkün deyil. Əgər, məsələn, sürtünən “ve” ni tez tələffüz etmək istəsən “be” alınacaq, sürtünən “fe” də isə “pe” . Deməli, “ç” səsbirləşməsinin tərkibində doğrudan da “şe” səsi varsa və bu səsi tez tələffüz etmək istəsək “ke”, “c” səsbirləşməsinin tərkibindəki “s” -ni isə tez tələffüz etmək istəsək “ge” alınmalıdır. Bu halda isə “çe” səsbirləşməsinin transkripsiyası: “te” + “ke” və “çe” səsbirləşməsinin transkripsiyası: “d” + “ge” olur.
Deməli, “çe” səsbirləşməsinin tərkibində “ke”, “ce” səsbirləşməsinin tərkibində isə “ge” səsi olduğu üçün “çe” -nin tələffüzü “ke”-yə, “ce”-nin tələffüzü isə “ge” yə xeyli uyğundur. Vəssəlam.
Aydın Məmmədov
05.11.2008