Azərbaycan dili üzrə mühüm ofis proqramları və s.
Elə bir müddət, özü də uzun bir müddət olub ki, Azərbaycan dili üçün bəzi mühüm ofis proqramları, məsələn, "mmssp3az", yaxud "wordconv" və s. yerləşdirilmiş saytlar, məsələn, www.unicode.az saytı işləməyib. Dilmanc.az saytında isə həmin proqramların adları var idisə, özləri yox idi. O zaman biz bu səhifəni yaratdıq və Azərbaycan dili üzrə bütün ofis proqramlarını buraya toplamağa başladıq. Təxminən, 1 il ərzində, həmin proqramlar, hansı ki adlarını çəkdik, internetdə yalniz bizim veb səhifələrdə mövcud idi və yalniz bizim veb səhifələrdən yüklənilirdi. Biz, Azərbaycan dili üçün yaradılmış ofis proqramlarını daima təbliğ edirik, onlar barədə məlumatları həmişə veb saytlarımızın Ana səhifələrində yerləşdiririk. Çünki bu, dilimizin tərəqqisidir, elmimizin inkişafıdır və ən əsası ısə odur ki, onların yaradılmasına Azərbaycan alimləri böyük zəhmət və enetji sərf ediblər və bunlar Azərbaycan xalqın sərvətidir!
"Dilmanc" tərcümə sisteminin yeni - 2_5 versiyası!
"Dilmanc" tərcümə sistemi yeni - 2.5 versiyası
Diqqət, bu avtotərcüməçini imkan daxilində hər dəfə onun öz rəsmi saytından yükləyin:
Əgər həmin saytın açılmasında nəsə bir problem varsa onda bizim saytdan istifadə edin:
İngilis dilindəki mətni Azərbaycan dilinə tərcümə etmək üçün Azərbaycan alimlərinin yaratdığı "Dilmanc" maşın tərcüməsi proqramı bizi qane etmirsə...
digər çıxış yollarımız da var, İngiliscə-tütkcə maşın tərcüməsi proqramını, konkret olaraq "Sametran"ın, yaxud "Proçeviri"nin köməyi ilə ingilis dilində olan mətni əvvəlcə türk dilinə tərcümə edək, sonra isə bizim "Dilmanc" vasitəsi ilə türk dilindən Azərbaycan dilinə çecirək. Nəticə qənaətbəxsh ola bilər. Əsas problem isə, türk dilində olan mətni bizim "Dilmanc"a yükləyərkən türk əlifbasının spesfik hərflərinin, məsələn, "ş", "ı" və s. in "Dilmanc"da dəstəklənməməsidir. Deməli biz "Samademo"dan götürdüyümüz mətni "Dilmanc"a yerləşdirərkən, həmin hərfləri yenidən yazmalıyiq. (Əgər "Proçeviri"nin son (2-ci) versiyasindan istifadə edə bilsəniz, belə problemlə qaşılaşmazsınız.)
Sametranın demo versiyasını buradan yüklə: samedemo.zip
Qeyd: Ümumiyətlə, avtotərcüməçilər vasitəsi ilə ingilis dilindən bizim az-çox bildiyimiz dillərdən hansına daha dəqiq tərcümə alındığını bilmək istəyirsinizsə, qeyd edək ki bu rus dilidir. Əgər, avtotərcüməçilərin ingiliscədən rus dilinə tərcüməsini şərti olaraq 70-90 % dəqiq hesab etsək, türk dilinə tərcümələri 40-60 %, "Dilmanc"ın azərbaycan dilinə etdiyi tərcüməni isə vur-tut 30% dəqiq hesab etmək mümkündür! Müqayisə üçün baxın:
Birbaşa internet vasitəsi ilə söz və qısa ifadələrin Azərbaycan dilindən ingilis, fransız və rus dilinə, bu dillərdən də və üstəlik, alman dilindən də Azərbaycan dilinə tərcümə!
Yaxud, Poliqlotun yeni 1.1 versiyası
Buna 20000-ə yaxın sözdən ibarət Azərbaycan – Rus lüğəti əlavə olunmuşdur.
Poliqlot (Windows ver.1.1) yükləmək (20Mb)
Orfoqrafiya lüğəti
“Azərbaycan dilinin orfoqrafiya lüğəti” Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli 71 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş yeni orfoqrafiya qaydaları əsasında tərtib edilmişdir “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli 71 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş yeni orfoqrafiya qaydaları əsasında tərtib edilmişdir.
Lüğət həcminə, sözlərin sayına görə əvvəlki nəşrlərdən fərqlənir. Belə ki, 1975-ci ildə kiril əlifbası ilə çap edilmiş sonuncu “Azərbaycan dilinin orfoqrafiya lüğəti” (artırılmış və təkmilləşdirilmiş üçüncü nəşri) cəmi 58 000 sözü əhatə edirdisə, latın qrafikası ilə nəşr olunan yeni orfoqrafiya lüğətində 80 000-ə yaxın sözün düzgün yazılışı göstərilmişdir.
Oxuculara təqdim olunan orfoqrafiya lüğətini AMEA-nın Nəsimi adına Dilçilik institutunun lüğət şöbəsinin əməkdaşları hazırlamışlar. Lüğətin redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ağamusa Axundovdur.
Orfoqrafiya lüğəti AMEA-nın Nəsimi adına Dilçilik institutunun Elmi Şurasının 10 mart 9004-cü il tarixli qərarı ilə təsdiq olunmuşdur.
Lüğətin elektron variantını tərtib edənlər: professor Məsud Mahmudov və t.e.n Əbülfət Fətullayev.
Orfoqrafiya lüğətinin elektron variantını yüklə: Orfoqrafiya2.exe
Orfoqrafiya yoxlayıcısı AzeriSpellChecker
Azərbaycan dilində yığılmış mətnlərdə sözlərin yazılışının orfoqrafik düzgünlüyünün yoxlanması üçün proqram. Sistem Azərbaycan əlifbasının Unicode standartları tətbiq olunan Microsoft Office paketinin bütün son versiyalarında (Microsoft Word 2000/XP/2003)-də istifadə edilə bilər:
Microsoft Word Çeviricisi
Bu proqram köhnə şriftlərlə yazılmış Word fayllarını yeni Unicode şriftlərinə çevirir. Bunun üstün cəhətləri ondan ibarətdir ki, sizin Word faylınızın formatını korlamadan çevirmə əməliyyatını yerinə yetirir: wordconv.zip
Hicri təqvimi Miladiyə, Miladini isə Hicriyə çevirmək üçün avtomat sinxron cədvəl
Klassik Azərbaycan ədəbiyyatında işlənən Ərəb və Fars sözləri lüğəti, iki cilddə
I cild. Bakı, "Şərq-Qərb", 2005, 416 səh., tirajı 25000. 494.361203-dc 21 ISBN 9952-418-93-8
II cild. Bakı, "Şərq-Qərb", 2005, 472 səh., tirajı 25000. 494.361203-dc 21 ISBN 9952-418-94-6
Klassik Azərbaycan ədəbiyyatında işlənən Ərəb və Fars sözləri lüğətinin elektron variantını yüklƏ: ArabFars.zip
YAXUD BİRBASHA BİZİM VEB SAYTDAN İSTİFADƏ ET:
1-Cİ CİLD
2-Cİ CİLD