GOOGLE  "İlham Əliyev"  sorğusunda ilk olaraq bizim saytdan iqtibas gətirir...


 

  Təxminən, 1 il əvvəl GOOGLE axtarış sistemi vasitəsi ilə "Şəkinin səsi" qəzetinin adını axtarırdım, cəmi, 2-3 nəticə tapıldı. Qərara aldım ki, gərək, qəzetin veb saytını yaradım. Düzdür, internet saytı yaratmaq işində nə nəzəri biliyim vardı, nə də təcrübəm, nə bunu hansısa veb ustasına düzəltdirməyə yetəcək pulum, nə də özüm düzəltmək üçün hansısa veb ustasının nəzəri biliyindən və təcrübəsindən yararlanmaq imkanım. Üstəlik, o vaxt da fərdi kompüterim yox idi, necə ki indi. Amma...

  Hal-hazırda, 2008-ci ilin dekabrın 21-i üçün, GOOGLE axtarış sistemi vasitəsi ilə internetdə "Şəkinin səsi" qəzetinin adı ("Şəkinin səsi") 103000 dəfə tapılır! "Şəkinin səsi" veb saytının adı bir sıra nüfuzlu beynəlxalq internet kataloqlarına daxıl edilib, o cümlədən, bizim 2 sayt "Google nternet kataloqu"nda Azərbaycan dilli Azərbaycan > KİV və Xəbərlər" kateqoriyası üzrə qeydə alınmış 18 veb sayt arasındadır ( Bax: ); 2 saytımız  " Azərbaycan > İnzibati bölgələr" kateqoriyası üzrə ( Bax: ), 1 saytımız isə Azərbaycan > Cəmiyyət və Mədəniyyət" kateqoriyası üzrə Google İnternet Kataloq'una daxil edilib ( Bax: ).

  • əgər siz, GOOGLE-nin axtarış xanasına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adını - İlham Əliyev, yazıb, prezidentin şəklini axtarsanız, 361 nəticədən 2-ci, yaxud 3-cü sırada "Şəkinin səsi" veb saytında olan şəkil təqdim ediləcəkdir (Bax: Google.az; Google.ru; Google.com );  özü də GOOGLE əksər hallarda nəinki şəkil, hətta mətn axtarışı üzrə də birbaşa, bu şəkilləri göstərir (Bax: Google.az; Google.ru; Google.com ); Konkret axtarışda, yəni dırnaq içində ("İlham Əliyev")axtarışında isə bizim saytın nəticəsi şəkil üzrə 1-ci, mətn üzrə isə ya 1-ci, ya da 2-cidir (Bax, şəkil axtarışı üzrə: Google.az; Google.ru; Google.com . Bax, mətn axtarışı üzrə:Google.az; Google.ru; Google.com ). Bizim şəkillərdən birincisi, məhz, prezident seçgiləri - yəni ötən ilin ən aktual mövzusu, ilə bağlı məqalədə yerləşdirilmişdir. Sərlövhəsi "İLHAM ƏLİYEV AZƏRBAYCANIN ÜMİD ÇIRAĞIDIR, ONUN YENİDƏN PREZİDENT SEÇİLƏCƏYİNƏ HEÇ BİR ŞÜBHƏ YOXDUR" olan məqalə, 2007-ci ildə "Şəkinin səsi"-"İpəkçi"nin baş redaktoru, əməkdar jurnalist Salis Məmmədov tərəfindən böyük uzaqgörənliklə qələmə alınmışdır... 
  • Həmçinin, millət vəkili, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəblinin adı üçün 688 nəticədən 1-ci, 2-ci və 3-cüsü bizim saytdandır (bax:). Bundan başqa, Hadi Rəcəblinin adı üzrə mətn axtarışında 47400 nəticədən 2-cisi bizim saytdandır (bax: );
  • Abid Şərifov üçün 424 nəticədən ilk 2-si "Şəkinin səsi"ndəndir (bax: );
  • Elmira Süleymanovanın adı üzrə 643 şəkildən də ilk 2-si (bax: );
  • ABŞ səfiri Ənn Dersi-nin adı üzrə 117 şəkildən ilk 3-ü(bax: );
  • Almaniya səfiri Per Kristofer-in adı üzrə 30300 nəticədən 1-cisi ( bax: );
  • Milli qəhrəman Çingiz Mustafayevin adı ilə şəkil axtarışında 610 nəticədən 1-cisi bizim saytdandır(bax:);
  • Şəkinin adı üzrə mətn axtarışında "Şəkinin səsi" veb saytı nəzdində yaradılmış "Şəki tarixi" saytı 417000 nəticə sırasında 4-7-ci yerdə durur( bax: ). Yeri gəlmişkən, bu sayt 4-cü Google PR-ı almış ilk Şəki saytıdır, 
  • Fətəli xan Xoyskinin adı üçün mətn axtarışında "Şəkinin səsi" veb saytı nəzdində yaradılmış "Fətəli xan Xoyski barədə sayt" 15200 nəticə sırasında 2-ci yerdədir (bax: );
  • Ən sonda maraqlı bir təsadüfü də qeyd edim. 2-il əvvəl, mərhum Ramiz Mirzəyev bizə bir fotoaparat hədiyyə etdi, bundan bir il sonra o haqq dünyasına qovuşdu, Allahın işinə bax, bu gün GOOGLE-də onun adı ilə şəkil axtarışı üzrə 1930 nəticədən 1-ci və 2-cisi bizim sayta aiddir (bax:)! Düzdür, bu şəkillər onun bağışladığı fotoaparat vasitəsi ilə çəkilməyib, amma bunu da qeyd edək ki mərhum  adi fotoaparatla çəkilmiş məhz,həmin şəkillərlə tanış olandan sonra qəzetimizdə dərc olunan fotoşəkillərin keyfiyyətinin yaxşılaşması üçün, bizə indi də istifadə etdiyimiz fotoaparatı bağışlamışdı. Allah ona rəhmət eləsin.
                                                                                 

Aydın Məmmədov, "Şəkinin səsi" qəzetinin redaktoru

Sonuncu dəfə redaktə edildi: 21.01.2009. 1.30 

 <<< ana səhifə