"Şəkinin səsi"

Dünya Azərbaycanlıları Konqresi Mətbuat xidməti


 

 

22 avqust üçün Dünya Azərbaycanlıları Konqresinin planlaşdırdığı iki tədbir

1. Mətbuata Açıqlama 

      Bildiyimiz kimi 22 Avqust Yolbayımız Ulu Öndər Əbülfəz Elçibəyin vəfatının ildönümüdür. Bu münasibətlə Dünya Azərbaycanlıları Konqresinin sədri prof. Qulamrza Səbri Təbrizi və DAK İdarə Heyəti üzvləri Güneyli və Quzeyli milli fəallar ilə birlikdə sabah (22 Avqust) saat 14:00-da Ulu Öndərin məzarı önündə anım mərasimi keçirəcəklər.

      Bununla əlaqədar DAK sədri prof. Qulamrza Səbri Təbrizi əvvəlcədən mərhum Əbülfəz Elçibəyin ailəsinə, yaxınlarına və silahdaşlarına dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin! 
 
                                         

  Dünya Azərbaycanlıları Konqresi Mətbuat xidməti.    

    

2. Mətbuata Açıqlama 
 

           Sabah səhər saatlarında Dünya Azərbaycanlıları Konqresi İran İslam Respublikasında Azərbaycanlılara qarşı baş verən olaylara münasibət bildirmək üçün dünyada yaşayan çoxmilyonlu soydaşlarımızın haqlarını müdafiə etmək məqsədilə İran İslam Respublikasının prezidenti Əhmədinejatın Bakıya rəsmi səfərinə etiraz əlaməti olaraq mədəni surətdə dinc aksiya keçirməyi planlaşdırır.  

         Aksiya 22 Avqust 2007-ci ildə, saat 12:00-dan 12:30-a kimi İran İslam Respublikasının  Bakıdakı səfirliyi qarşısında həyata keçiriləcəkdir.

         Bu məqsədlə bütün kütləvi informasiya vasitələri tərəfindən bu görüşün işıqlandırılıb ictimaiyyətə çatdırılmasını  xahiş edirik. 
 
                                                

 Dünya Azərbaycanlıları Konqresi Mətbuat xidməti.        

                                                 Əlaqə tel: 4925089

 

3. Mətbuata Açıqlama

         Bu gün səhər saatlarında Dünya Azərbaycanlıları Konqresi İran İslam Respublikasında Azərbaycanlılara qarşı baş verən olaylara münasibət bildirmək üçün dünyada yaşayan çoxmilyonlu soydaşlarımızın haqlarını müdafiə etmək məqsədilə İran İslam Respublikasının prezidenti Əhmədinejatın Bakıya rəsmi səfərinə etiraz əlaməti olaraq mədəni surətdə dinc aksiya keçirmişdir.  
      Yürüş zamanı Aksiya iştirakçılarından bir neçə nəfər, o cümlədən DAK-ın fəallarından sayılan Əjdər Tağızadə, Əliriza Amanbəyli, Səftər Rəhimli, Rəşad Xasayoğlu, Anar Əliyev və digərləri tutularaq 9 № polis bölməsinə aparılmışdır. Aksiya iştirakçılarından digər bir qrup isə səfirliyin binası yaxınlığında avtobusa məcburi mindirilərək Ulduz metro stansiyası ətrafında boşaldılmışdır.  

Dünya Azərbaycanlıları Konqresi Mətbuat xidməti.

 

4. Dünya Azərbaycanlıları Konqresinin Tehran rejiminin başçısı Mahmud ƏhmədinəjadınBakıya səfəri ilə bağlı

 

BƏYANATI

 

Avqustun 21- Tehran rejiminin başçısı Mahmud Əhmədinəjad Azər­baycan Respublikası prezidentinin rəsmi dəvəti ilə Bakıya gəl­mişdir. Bu onun Azərbaycana ilk rəsmi səfəridirTehran rejiminin başçısı M.Əhmədinəjadın Orta Asiya dövlətlərini ziyarət etdikdən son­ra Azər­baycan Respublikasına səfər etməsi bunu göstərir ki, İran adlanan ölkənin daxilində saysız-hesabsız prob­lemlər mövcuddur. Bu problemlərlə qarşı-qarşı qalaraq çıxış yolu tapmayan ölkə təmsilçisi indi çözümü qonşu dövlətlərdə axtarır. Daxildə hər gün bir ostana səfər edən rejim başçısı ölkəsində əsarətə alınmış millət­lərin haqlı istəklərinə cavab verməkdən aciz qalaraq prob­lemlərin həlli üçün özü­ yardımçı axtarmaqdadır.

Tehran rejiminin qarşısında duran çətinliklər sayılmaqla qurtaran  deyildir. Onu da qeyd edək ki, ölkənin problemləri təkcə idarəçilik iqtisadi sahə ilə məhdudlaşmır. Hamıya bəllidir ki, uranı zəngin­ləşdirməklə Qərb dün­yasına meydan oxuyan bu rejim millətləri işsizlik, aclıq, səfalət, narko­maniya kimi ağır problemlərlə üz-üzə qoymaqdadır. Ancaq rejim iyirmi səkkiz il içərisində dəfələrlə çətin­liklərdən xilas olaraq ömrünü davam etdirmək üçün yol tapa bilmişdir. Hər zaman ən qəddar üsullarla millətlərin azadlığını demokratik hüquqlarını pozan rejim bu dəfə çözülməyən bir problem güclü maneəyə rast gəlmişdir. Bu da Azərbaycan türklərinin azadlıq, hür­riyyət istəyi ilə inadkarcasına baş qaldır­ma­sıdır. İstər daxildə, istərsə xaricdə hər kəsə bəlli olmuşdur ki, ölkənin şah damarı olan millətlər məsələsi bu hakmiyyətin ölüm ya olum məsələsidir.

Qırx milyondan artıq olan Azərbaycan türkü Güneydə istiqlal, azad­lıq, demokratiya şüarı ilə ayağa qalxaraq bu rejimdən milli bəşəri haqlarını tələb etməkdədir. Tehran rejimləri anlayıblar ki, hakimiyyət dəyişikliklərinə baxmayaraq Azərbaycan türkləri öz milli istəklərindən vaz keçməmişlər. Hakimiyyətin qurduğu dar ağacları, rəva gördüyü işgəncələr sürgünlər Azərbaycan türklərinin milli iradəsini sındıra bilməmişdir. İndi isə bu rejimin başçısı Bakıda Güney Azərbaycan türklərinin əsarət ömrünün uzadılmasına yollar axtarır. Ancaq hansı müqavi­lələr bağlanırsa-bağlansın, fars şovinist rejimi bilməlidir ki, Azər­baycan türklərinin milli haqları danılmazdır. Hakimiyyət saxta ittihamlarla həbs etdiyi siyasi məh­busları dərhal azad etməli, edamlara ­gəncələrə son qoy­malı, söz mətbuat azadlığını təmin etməli, bey­nəlxalq normalara boyun əyərək Azər­baycan türklərinin əsas istəyi olan istiqlal azad­lığı qəbul etməlidir

Dünya Azərbaycanlıları Konqresi Mətbuat xidməti.
   

5. Mətbuata Açıqlama 


         Nəzərinizə çatdırırıq ki, 28 Avqust 2007-ci ildə saat 11:00-da Dünya Azərbaycanlıları Konqresi Güney Azərbaycanda həbsə alınan soydaşlarımızın haqlarının müdafiəsi məqsədilə Beynəlxalq Mətbuat Mərkəzində  mətbuat konfransı keçirəcək.

          Uzun illlərdən bəri Güney Azərbaycanda yaşayan soydaşlarımızın insan haqlarının pozulması, ana dilində bir məktəbi belə olmayan 35 milyondan artıq bir xalqın milli irsindən, adət-ənənələrindən məhrum edilməsi heç bir beynəlxalq hüquq normalaına sığmır. İran anti-demokratik rejimi altında siyasi əqidəsinə və söz azadlığına görə zindanlarda əziyyət çəkən neçə-neçə övladlarımız hələ də böyük işgəncələrə məruz qalır. Onlarının haqq səsinin dünyaya çatdırılmasında hər bir azərbaycanlının, o cümlədən də beynəlxalq və ictimai təşkilatların, kütləvi informasiya vasitələri və media işçilərinin böyük rolu vardır.

          Biz, Dünya Azərbaycanlıları Konqresi olaraq İran rejiminin saxta ittihamlarla həbs etdiyi siyasi məhbusların dərhal azad edilməsini, edamlara və işgəncələrə son qoyulmasını, söz və mətbuat azadlığının təmin edilməsini, beynəlxalq normalara uyğun olaraq Güney Azərbaycan türklərinin istiqlal və azadlığının təmin edilməsini İran hakimiyyətindən tələb edirik.

          Bütün bunlarla əlaqədar kütləvi informasiya vasitələri və media nümayəndələrindən görüşü işıqlandırmaq üçün konfransda iştiraklarını xahiş edirik.

                                         Dünya Azərbaycanlıları Konqresi

Mətbuat xidməti 

<<< Ana səhifə