Kompüterlə şüura nəzarət
Beyni zədələnmş xəstələrlə, düşüncə yolu ilə ünsiyyət qurmağı təmin edən bir kompüter yaradıldı
Portsmouth Universitetindən kompüter tədqiqatçısı, beyni ziyan görmüş xəstələrə düşüncə təsiri ilə ünsiyyət qurma şansı verən bir kompüter icad etdi. “Medikal Laboratuar Dünyası” adlı jurnalda çıxış edən Dr Paul Gnanayuthamın bu kompüteri belə işləyəcək: "Sistem naninvaziv olaraq işləyəcək və problar (Analıdıq, elektromanyetik ya da ultrasonik cihazların ucunda bir qəbuledici olan hərəkətli hissə) saç bantına yapışdırılaraq adamın başına ilişir. Saç bantı beyin dalğalarını (EEG), əzələ hərəkətləri (elektromiyografi) və göz hərəkətlərini (EOG) yığır. Bu siqnallar daha sonra amplifikatörə köçürülür. Bu belə məna verir: Kompüter beyin-bədən interfeysini təcrid edə bilir və bunu kursoru nəzarət etmək üçün istifadə edir. Sistem yalnız dərmanla yatırılmayan, yatırdılmayan xəstələr üzərində istifadə edilə bilir. Xəstələr, gözlərini sağa və sola hərəkət etdirərək kursoru da sağa və sola istiqamətləndirəcək; qaşlarını da aşağı və yuxarı qaldıraraq kursoru yuxarı və aşağı hərəkət etdirəcək. Əgər xəstələr düşüncələrini, istəklərini gözündə canlandırsa, beyin dalğaları kompüter tərəfindən oxuna biləcək. Kursor ekranda sadalanan "Bəli", "Xeyr", "Təşəkkür edirəm", "Televiziyanı bağla", "İşıqları aç, bağla" və s. kimi sadə əmrləri işarə edəcək. "
İndi bu həkim hazırladığı kompüteri daha da təkmilləşdirmək üçün maliyə mənbəyi axtarır.
Zaman
(MƏNBƏ:)
Türkcədən cevirdi: A. Məmmədov.