Əslində cənab Ilyas Ismailovun Respublika prokuroru işlədiyi dövrdə də "Şəkinin səsi"nə qarşı iddiaları uğursuz olmuşdur!


Millət vəkili İ. İsmayılov  "Şəkinin səsi"nin bu - 10 yanvar tarixli sayında dərc olunmuş onun özü barədə olan məqaləyə öz münasibətini digər KÜV vasitəsi ilə bildirərkəni bizim qəzetimiz barədə çaşdırıcı, düzgün olmayan ifadələr işlətmişdir; məsələn: http://olaylar.az/  saytında belə bir xəbər dərc olunmuşdur:

İlyas İsmayılov "Şəkinin səsi"ni məhkəməyə verəcək

  Qəzet partiya sədrinə böhtan atıb

  "Şəkinin səsi" qəzeti ötən saylarında Ədalət Partiyasının rəhbəri İlyas İsmayılova sərt ittiham irəli sürüb. Qəzetin yaydığı məlumata əsasən partiya sədri ölkənin baş prokuroru işlədiyi zamanlarda "ermənilərə xidmət edib". Bu ittihamlara cavab verən partiya funksioneri Mütəllim Rəhimli "OLAYLAR"a açıqlamasında həmin qəzet və qəzetin baş redaktoru haqqında məhkəmə qərarının olduğunu bildirdi: "Şəkinin səsi" qəzeti vaxtilə İlyas İsmayılovun əleyhinə silsilə yazılar dərc edirdi və bununla bağlı İlyas İsmayılov məhkəməyə müraciət etdi. Məhkəmə qəzetin günahkar olduğu və İlyas İsmayılova böhtan atdığı barədə qərar qəbul etdi". Mütəllim Rəhimli həmçinin bu yazıların qəzetə və jurnalistə yaraşmayan hərəkət olduğunu bildirdi. Onun sözlərinə görə, bu məsələ ilə əlaqədar Ədalət Partiyası həmin qəzeti və yazının müəllifini məhkəməyə vermək niyyətindədir. Bununla bağlı yaxın günlərdə iddia ərizəsi məhkəməyə təqdim olunacaq.

         1 həftə sonra isə http://www.hafta-ichi.com saytında oxuyuruq:

   İlyas İsmayılov məhkəməni çoxdan udub 

    ƏDALƏT Partiyası sədri, millət vəkili İlyas İsmayılov "Həftə içi"nə bildirib ki, mətbuatda "Şəkinin səsi" qəzetini məhkəməyə verməsi ilə bağlı yayılan informasiya artıq öz operativliyini itirib. Çünki adıçəkilən qəzetlə məhkəmə çəkişməsi olub və İ.İsmayılovun xeyrinə qərar çıxarılıb: "İndi belə məlumatı yenidən gündəmə gətirmək faydasızdır. O zaman barəmdə yalan və şər-böhtan yazan qəzet haqqında ədalətli qərarı məhkəmə verdi". Partiya sədri dedi ki, qəzeti məhkəməyə verməzdən öncə yazı müəllifinin qızı atasının əvəzindən dəfələrlə ondan üzr istəyib və o da bir müddət həmin məqalələrə əhəmiyyət verməməyi qərarlaşdırıb: "Amma sonradan gördüm mən güzəştə getdikcə qarşı tərəf daha da hücuma keçir. Ona görə də məhkəməyə müraciət etdim". İ.İsmayılovun sözlərinə görə, "Şəkinin səsi" qəzetində daha çox onun Tovuz rayon prokuroru işlədiyi dövrdə guya Tovuzu ermənilərə vermək, əvəzində rayon mərkəzində heykəlinin qoyulması ilə bağlı xəbərə etiraz edib və bu üzdən də şərəf, ləyaqətinin təhqir olunduğunu əsas tutaraq qəzetlə qanun dili ilə danışıb: "Onların irəli sürdüyü iddialar gülməli idi, heç bir fakta söykənmirdi. Məhkəmədə də əllərində əsasları olmadığından uduzdular".
Nahid
 
    Əslində isə cənab İ. İsmayılovun Respublika prokuroru islədiyi dövrdə "İpəkçi" qəzetinə qarşı irəli sürdüyü iddialarının demək olar ki hamısı məhkəmə tərəfdən rədd ölunmuşdur!           
    Cənab İ. İsmayılov Ədliyyə naziri işlədiyi dövrdə də bizim qəzetə qarşı məhkəmə iddiası qaldirdi, ən məhşur vəkilləri bu işə cəlb etdi, ətək-ətək pul xətclədi, amma nəinki məhkəməni udmadı,  heç məhkəmənin bir iclasının belə keç irilməsinə nail olmadı!