www.lent.az  saytının redaktorlarını  "Şəkinin səsi" qəzetinə qarşı saxtakarlığa və təhrifə yol verməkdə ittiham edən ikinci tərəf, onara qarşı məhkəmə iddiası qaldırılmasında israrlıdır!


 

    Google tərəfindən skaner edilmiş internet səhifələrində "Şəkinin səsi" qəzetinin adını yoxlayarkən, aşkar etdik ki, www.lent.az informasiya saytında bizim qəzet barədə qeyri-obyektiv informasiya getmiş və qərəzli ifadə işlədilmişdir. 

   Saytın redaktorları "Bizim yol" qəzetinin 16.07.2008-ci il  tarixli buraxılışından, yaxud həmin qəzetin internet səhifəsindən götürdükləri məqaləni (Bax:)  öz saytlarında yerləşdirərkən (Bax:)  təhrifə yol verməklə, "Şəkinin səsi" qəzetinin adını da ora daxil etmişlər. Başqa sözlə,  www.lent.az redaktorları  "Bizim yol" da "Şəki xəbər" qəzeti barədə getmiş həqarətli ifadəni təhrif edərək "Şəkinin səsi" nə  aid etməklə yayılmışlar. 

   "Bizim yol" qəzetində isə "Şəkinin səsi" qəzetinin adı ümumiyyətlə çəkilməmişdir. Sadəcə, "Şəki xəbər" qəzetinin "Soros" fondundan 1500 $ qrant almasından söhbət gedərkən  texniki səhv nəticəsində, "Şəki xəbər" əvəzinə "Şəki səsi"  ("Şəkinin səsi"nin yox, "Şəki səsi"nin!)  "hansı məzlumun səsinə hay verib?" deyə xatırlanmışdır. Www.lent.az redaktorları isə həmin ifadəni ""Şəkinin səsi" hansı məzlumun səsinə hay verib?" – deyə dəyişdiriblər!

  Yuxarıda sadalananlara əsasən 01 – 03 .08.2008-ci il tarixlərində  www.lent.az saytına, və "Bizim yol" qəzetinə bi neçə etiraz məktubu göndərərək  müvafiq internet səhifələrində  düzəliş edilməsini, təkzib verilməsini, o cümlədən "Bizim yol" qəzetində təkzib verilməsini tələb etdik.  Www.lent.az saytından adı məlum olmayan birisi bizə cavab verdi ki onlar guya "heç bir saxtakarlığa, təhrifə yol verməyiblər!" 

      Biz öz kollegiyalarımıza qarşı məhkəmə iddiası qaldırmaq fikrində deyilik, amma  Www.lent.az sayt redaktorlarının inadkarlıği bizi məcbur edir ki, həqiqəti üzə çıxarmaq üçün məhkəməyə müraciət edək.

 

                                        Aydın Məmmədov,

 "Şəkinin səsi" qəzetinin redaktoru

 

 <<< ana səhifə

 

Qeyd: Artıq  "lent.az" dakı təhrif aradan qaldırılmışdır! (01.10.2008)