Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri Üzrə Komissiya tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üzrə müsabiqə keçirilir. Şəki şəhərində fəaliyyət göstərən aşağıda qeyd olunan dövlət orqanlarında olan vakant vəzifələr müsabiqəyə çı xarılmışdır.
Vakant dövlət qulluğu vəzifəsinin olduğu dövlət orqanı |
Vakant dövlət qulluğu vəzifəsinin olduğu yerli (regional) bölmənin adı |
Vakant vəzifənin adı |
Vakant yerlərin sayı |
Vəzifənin tutulması şərtləri |
Kənd Təsərrüfatı Nazirliyi |
Şəki Ərazi Kənd Təsərrüfatı İdarəsi |
Baş məsləhətçi hüquq və kadr məsələləri üzrə |
1yer |
Hüquqşünaslıq ixtisas istiqaməti üzrə ali təhsil, ixtisas üzrə azı 1 il iş stajı; kompüter (MS, WİNDOWS, MS OFFİCE, İNTERNET və s. orta səviyyədə) və xarici dil (rus dili orta səviyyədə) bilikləri |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Şəki Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin ünvanlı sosial yardım və sosial müavinətlər sektoru |
Baş məsləhətçi |
2yer |
Kompüter (MS, WİNDOWS, MS OFFİCE, İNTERNET və s. orta səviyyədə) və xarici dil (rus dili orta səviyyədə) bilikləri |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Şəki Rayon Məşğulluq Mərkəzi |
Baş məsləhətçi |
1yer |
Kompüter (MS, WİNDOWS, MS OFFİCE, İNTERNET və s. orta səviyyədə) və xarici dil (rus dili orta səviyyədə) bilikləri |
|
|
|
1yer |
Kompüter (MS, WİNDOWS, MS OFFİCE, İNTERNET və s. orta səviyyədə) və xarici dil (rus dili orta səviyyədə) bilikləri |
İqtisadi İnkişaf Nazirliyi |
Şəki-Zaqatala regional şöbəsi (Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonları) Şəki şəhəri |
Böyük məsləhətçi |
1 yer |
Coğrafiya, iqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri üzrə alı təhsil, kompüter (MS, WİNDOWS, MS OFFİCE, İNTERNET və s. orta səviyyədə) və xarici dil (rus dili orta səviyyədə) bilikləri |
Məsləhətçi |
1yer |
kompüter (MS, WİNDOWS, MS OFFİCE, İNTERNET və s. orta səviyyədə) və xarici dil (rus dili orta səviyyədə) bilikləri |
Həmin vəzifələrin tutulmasına iddia edən vətəndaşlar 2007-ci ilin 6 oktyabr tarixinədək sənədlərini Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri Üzrə Komissiyaya təqdim edə bilərlər. Komissiyanın ünvanı: AZ 1072, Bakı şəhəri, K. Rəhimov küçəsi, 874-cü məhəllə. Sənədlər şəxsən, yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Vakant vəzifələr və müsabiqənin keçirilməsi qaydaları barədə daha ətraflı məlumat Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri Üzrə Komissiyanın rəsmi internet saytında (www.csc.gov.az) yerləşdirilmişdir.
ŞƏKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİ.
CUMA XAMOY OĞLU MUSTAFAYEV ŞƏKİ REGİONAL ENERJİ TƏCHİZATI MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİN BAŞ DİREKTORU TƏYİN EDİLMİŞDİR
"Azərenerji" Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyevin əmri ilə Cuma Xamoy oğlu Mustafayev Şəki Regional Enerji Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru təyin edilmişdir.
C. X. Mustafayev 1963-cü ildə Yevlax şəhərində anadan olmuşdur. Ali təhsilli mütəxəssisdir. Fərqlənmə diplomu ilə Azərbaycan Dövlət Politexnik İnstitutunun energetika şöbəsini bitirmişdir. Bir müddət öz ixtisası üzrə müxtəlif təşkilatlarda səmərəli fəaliyyət göstərmiş, bundan sonra Mingəçevir şəhər İcra Hakimiyyətində bir sıra məsul vəzifələrdə çalışmışdır.
Respublikada onun kimi təcrübəli mütəxəssislərə olan ehtiyac nəzərə alınaraq, o, təyinatla Şəki Regional Enerji Təchizatı Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru vəzifəsinə irəli çəkilmişdir. Həmin cəmiyyət beş rayonun – Şəki, Balakən, Zaqatala, Qax və Oğuz rayonlarının bütün elektrik şəbəkələrini və təsərrüfatlarını öz ətrafında birləşdirir.
Yeni Azərbaycan Partiyasının və "Şəkinin səsi" qəzeti redaksiya heyətinin üzvüdür.
Ailəlidir. 4 övladı var.
Arzu ABDULHƏMİDOV,
"Şəkinin səsi" qəzeti redaksiya heyətinin üzvü.
TOMAS HAMMARBERQ FİKRƏT MƏMMƏDOVLA GÖRÜŞÜB
Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberq ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür. Bu barədə APA-ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişdir. Ölkədə həyata keçirilən demokratik dəyişikliklərdən söz açan nazir insan hüquqlarının etibarlı müdafiəsinə xidmət edən məhkəmə sisteminin müasirləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, ədliyyə orqanlarının inkişafı, o cümlədən penitensiar sistemin fəaliyyətinin yaxşılaşdırılması üzrə aparılan islahatlar, korrupsiya ilə mübarizə sahəsində görülən işlər barədə məlumat verilmişdir.
T. Hammerberq ölkəmizdə insan hüquqlarının qorunmasına xüsusi diqqət yetirildiyini vurğulayaraq, ötən il Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planını yüksək qiymətləndirmiş, bu sənədin icrası ilə bağlı görülən işlərlə maraqlanmışdır. O, şəhər çərçivəsində baş çəkdiyi penitensiar müəssisələr, o cümlədən Qobustan həbsxanası ilə bağlı təəssüratlarını bölüşmüşdür.
Qonaq ədliyyə və məhkəmə sistemində aparılan islahatları yüksək qiymətləndirərək qeyd etmişdir ki, yeni məhkəmələrin fəaliyyətə başlaması, hakimlərin sayının artırılması və onların ədalətli təyinatı insan hüquqlarının etibarlı qorunmasına xidmət edir.
ŞƏKİLİ GƏNCLƏRİN YENİ DƏSTƏLƏRİ VƏTƏNİN İŞĞAL OLUNMUŞ TORPAQLARINI AZAD ETMƏK ÜÇÜN ORDU SIRALARINA YOLA DÜŞÜRLƏR
Ölkə prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə bu ilin oktyabr ayının 1-dən həqiqi hərbi xidmətə növbəti çağırış elan edilmişdir. Qeyd edək ki, ötən yay çağırışı müvəffəqiyyətlə keçmiş və başa çatdırılmışdır. Odur ki, respublikanın hərbi komissarı həm Şəki şəhər hərbi komissarının, həm də bu işdə komissarlığa yaxından kömək göstərmiş Şəki Şəhər İcra Hakimiyyətinin xidmətlərini xüsusi olaraq vurğulamışdır: Şəki Şəhər Hərbi Komissarının ötən çağırışdakı qazandığı uğurlar respublikanın digər rayon komissarlığına müsbət nümunə kimi göstərilmiş və şəhər icra başçısının ünvanına göndərilmiş razılıq məktubunda da xüsusi olaraq vurğulanmışdır.
Şəki Şəhər Hərbi komissarı Azər Məmmədyarov müxbirimizlə müsahibəsində demişdir:
Əməyimizin, zəhmətimizin ölkənin hərbi komissarı tərəfindən yüksək qiymətləndirilməsi kollektivimizi daha da ruhlandırmışdır. Prezidentimizin yeni sərəncamı ilə əlaqədar olaraq əsgər yaşına çatmış gənclərimizin ordu sıralarında payız çağırışına da yaxşı hazırlaşmışıq. Belə bir hal fərəh doğurur ki, gənclərimiz artıq ordu sıralarında ləyaqətlə xidmət edir, torpaqlarımızı düşmənlərdən qoruyur, komandirlərin tapşırıqlarını cəsarətlə yerinə yetirir, texnikanın sirlərinə dərindən yiyələnir, bilik və bacarıqlarını durmadan artırırlar. Artıq rayonumuzda fərarilik hallarına demək olar, son qoyulmuşdur.
Şəki Şəhər hərbi Komissarlığı gənclərin ordu sıralarına payız çağırışının da mütəşəkkil qaydada başa çatdırılması, hörmətli Prezidentimiz İlham Əliyevin bununla bağlı yeni sərəncamının rayon ərazisində tələb olunan qaydada həyata keçirilməsinə xüsusi diqqət yetirir, bu sahədə yol verilmiş nöqsan və çatışmazlıqları qətiyyətlə aradan qaldırılır.
Şübhəsiz, əsgər yaşlı gənclərin ordu sıralarına mütəşəkkil qaydada səfərbər edilməsi işi bizim tərəfimizdən ciddi nəzarətə götürülmüşdür. Bununla bağlı gördüyümüz işlərin ümumi nəticəsindən razı qalmaq olar. Bu gün babalarımızdan miras qalan torpağımızı özümüz qorumalıyıq.
Odur ki, əsgəri xidmətə yola saldığımız, yaxud borcunu şərəflə yerinə yetirib geri dönən əsgərlərimizə xüsusi mehribanlıqla yanaşırıq. İgid oğullarımızın şərəfinə məclislər, el şənlikləri keçirilməsi artıq ənənə şəklini almışdır. Onların qəhrəmanlığı gənclərə nümunə göstərilir.
Vətəni göz bəbəyi kimi qorumaq lazımdır. Lakin bu da danılmaz bir həqiqətdir ki, əgər Vətən ancaq silahla qorunsa, bu axırda necə deyərlər, "ovçuluqla" bitər. Vətənpərvərlik isə mənəviyyatdan doğur, yeniyetmələrin, məktəbli gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə bundan sonra da ciddi diqqət yetirilməlidir. Silahdan öncə məktəbli gənclər mənəvi cəhətdən Vətəni müdafiə etməyə hazır olmalıdır. Bu mənada Şəkinin ali, orta ixtisas və kütləvi məktəblərində, müəssisələrində hərbi vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq və digər təsirli vasitələrdən istifadə etmək çox vacibdir.
Şübhəsiz ki, hər dəfə olduğu kimi, növbəti çağırışın da mütəşəkkil qaydada keçirilməsinə nail olacağıq.