"Şəkinin səsi-2007"

Rabitə Nazirliyinin rəsmi  www.rabitadunyasi saytı məlumat verir ki,

Dilmanc maşın tərcüməsi sisteminin sayt ünvanı dəyişib


 

    Artıq ingiliscə-azərbaycanca, azərbaycanca-ingiliscə avtomatik tərcüməyə ehtiyacı olanlar və bunun üçün Dilmanc maşın tərcüməsi sistemindən istifadə edənlər proqramı, proqram yeniliklərini www.inkotex.az ünvanından deyil, www.dilmanc.az və www.translate.az internet saytlarından yükləyə biləcəklər. Xatırladaq ki, Dilmanc tərcüməsi sistemini hazırlayan Layihə qrupu təxminən 2003-cü ilin əvvələrindən Azərbaycan dilindən ingilis dilinə proqramın ilk versiyasını yaratmaq üzərində çalışmağa başlayıb. Bu vaxt ərzində Azərbaycan dilindən ingilis dilinə kompüter tərcümə sisteminin qurulması prosesində tədqiqat qrupu Azərbaycan dilinin formal qrammatikasını yaratmış və onun əsasında ilkin dildə formal morfoloji, sintaktik və semantik analiz, ingilis dilində cümlənin sintezi alqoritmlərini işlənib hazırlanıb. Cümlə üzvlərinin formal əlamətləri, fellərin valentliyi, ingilis cümləsi fraqmentlərinin sintezi konstruksiyaları və s. qrammatik bazaları yaradılıb. Söz və söz birləşmələri avtomatik lüğətlərinin, şəkilçi zəncirlərinin qurulması və həmçinin omonimliyin və polisemiyanın ləğvi ilə əlaqədar konkret prinsip və texnologiyalar işlənib hazırlanıb.
     Xatırladaq ki, Dilmanc MTS-i hazırlayan "İntellektual sistemlər" qrupu artıq bu adla deyil, "Milli E-İdarəçilik Şəbəkəsi Təşəbbüsü layihəsinin işçi qrupu" adı ilə fəaliyyət göstərəcək. 

<<< ana səhifə