07.03.08.  Poçtamıza gələn bir məktub - Dəvətnamə:


 

Hörmətli "Şəkinın səsi" qəzetinin əməkdaşları!

     "British Council" təşkilatının adın dan, sizi 15 mart narixində saat 11.00-da Şəki Saray" Hotelinin konfrans zalında keçiriləcək “Jurnalistlərdən jurnalistlərə”adlı kitabın təqdimatına dəvət edirəm.

     Kitab British Council teshkilatinin dəstəyi ilə həyata keçirilən "DövlətProqramlarının Monitorinqində Medianın Rolunun Artırılması" layihəsi çərçivəsində hazırlanıb.

      Kitabda jurnalistikanın prinsipləri, jurnalist etikası, Cənubi Qafqaz ölkələrinin KİV haqqında qanunlarının şərhi, jurnalist araşdırması,dövlət proqramlarının monitorinqində mətbuatın rolu, informasiya mənbələri haqqında təcrübələr və tövsiyələr əksini tapıb.

      Jurnalistlər ühün məlumat kitabı olan“Jurnalistlərdən jurnalistlərə” nəşri, artıq layihə çərçivəsində Bakı şəhərindəkeçirilmiş müxtəlif tədbirlərdə jurnalistlərə paylanıb. Layihənin proqramına uyğun olaraq həmin kitabların regionlarda da paylanması nəzərdə tutulub. Bununla baglı, mart ayında Gəncə, Şəki, Quba, LənkəranMingəçevir şəhərlərində yerlijurnalistlər üçun həmin kitabın təqdimatının keçirilməsi planlaşdırılıb.

    Artıq ötən heftə Quba və Lənkəranda təqdimat keçirilib. Növbəti təqdimat isə Şəki, Gəncə ve Mingəçevirdə olacaq.

      Xahiş edirəm tədbirdə iştirakınızı təsdiq edəsiniz. Bu kitabı əldə etmək istəyən digər həmkarlarnızı da tədbirə dəvət edirik. Bu kitabın təqdimatında iştirak etmek isteyənlərdən xahiş olunur iştiraklarını tesdiq etsinlər.  Onların sadəcə, əlaqə nömrələri (telefon ve e-mail) və adları teləb olunur. Etraf rayonlardan gələnlərin (Qax, Balakən Zaqatala və s.) neqliyyat xərcləri ödəniləcək 

     Sualınız olarsa, xahiş edirəm müraciət edə bilərsiniz

 Hörmətlə, Samir Əliyev

Layihə koordinatoru

tel: 437 19 88
mob: (50) 334 32 75

samir_aliyev@yahoo.com

<<< Ana səhifə