"Şəkinin səsi"

Sentyabrın 28-də Ombudsman Elmira Süleymanova Şəkidə ictimai dinləmələr keçirmişdir


Elmira Süleymanova:  “Bu gün regionlarda Ombusman Aparatına daxil olan şikayətlərin böyük əksəriyyəti toypaq islahatları və bu zaman qarşıya çıxan problemlərlə bağlıdır!”

“    Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının Akt zalında keçirilən bu tədbiri, giriş sözü ilə açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov, əvvəlcə Azərbaycan Prezidentinin 2006-cı il 28 dekabr tarixlı sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi Üzrə Milli Fəaliyyət Planı"nın ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində uğurlu addım kimi səciyyələndirmişdir. Nazim İbrahimov Şəki, Mingəçevir, Balakən, Zaqatala, Qəbələ, Qax, Oğuz, Yevlax rayonlarını əhatə edən belə  böyük regional tədbirin Şəkidə keçirılməsini  Şəki üçün əlamətdar bir hadisə olduğunu qeyd etmişdir.Bu gün regionlarda Ombudsman Aparatına daxil olan şikayətlərin böyük əksəriyyəti toypaq islahatları və bu zaman qarşıya çıxan problemlərlə bağlıdır!” . Bu sözlər Ombudsman Elmira Süleymanovanın Şəkidə keçirdiyi regional-ictimai dinləmələr müşavirəsində səslənmişdir. Bu dinləmələrə respublikanın şimal-qərb bölgəsinin məhkəmə, hüquq-mühafizə orqanları, vergi idarələri, bələdiyyələr, dairə seçki komissiyaları, qeyri-hökumət təşkilatları və ictimaiyyətin nümayəndələri qatılmışdılar. Müşavirədə çıxış edın Elmira Süleymanova Azərbaycanda insan hüquqlarının müdafiəsi və bu istiqamətdə aparılan islahatlardan danışmışdır. Bölgə əhalisinin qarşılaşdığı problemlərə toxunan Ombudsman, yerli sakinlərlə bağlı xeyli  şikayətlərin olduğunu xüsüsi vurğulamışdır. O, regionlardan daxil olan şikayətlərin torpaq islahatları ilə bağlı olduğunu bildirmişdir.

       Elmira Süleymanova həmçinin, Ombudsman Aparatına daxil olan şikayətlərin hamısının ayrı-ayrılıqda araşdırildığını şöyləmişdir.

      Tədbirdə müstəqil hüquq mərkəzinin rəhbəri Aydın Kərimovun "Milli Fəaliyyət Planında göstərilən vəzifələrin həyata keçirilməsində vətəndaş cəmiyyəti institunun rolu" mövzusunda məruzəsi  də dinlənilmişdir....