ŞƏKİ ŞƏHƏR İCRA BAŞÇISI CƏNAB NAZİM İBRAHİMOVA
Hörmətli Nazim müəllim!
Siz Şəki Şəhər İcra Hakimiyyətinin başçısı seçildikdən sonra Şəki rayonu ərazisində görülən işlər göz qabağındadır. Xüsusilə kənd zəhmətkeşlərinə göstərdiyiniz qayğı hamı tərəfindən yüksək qiymətləndirilir.
Məhz Sizin göstərdiyiniz qayğı sayəsində illərdən bəri yarımçıq qalmış "Cəfərabad-Təpəcənnət Su Xətti" istifadəyə verildi: Bir çox kəndlər içməli su ilə təmin olundu. Bizim kəndimizin əhalisi də sudan korluq çəkirdi. Siz bir neçə dəfə kəndimizə gəldiniz, kəndin problemləri ilə maraqlandınız. Keçən ilin noyabr ayında Sizin göstərişiniz və yardımınız sayəsində 1300 metr uzunluğunda olan su xətti yenidən çəkildi və istifadəyə verildi.
Ancaq Siz bir rəhbər kimi özünüz hiss etdiniz ki, bu su xətti də kənd əhalisinin içməli suya olan tələbatını ödəməyəcək. Yenidən Sizin göstərişinizlə kəndimizdə artezian quyuları qazıldı. Fevral -iyun aylarında dövlət xətti ilə iki artezian qazıldı. İndi hər ikisindən yüksək keyfiyyətli içməli su çıxır. Tezliklə həmin artezianlardan çıxan su çənlərə vurularaq, kəndin çox hissəsinə paylanacaq.
Bəli, indi demək olar ki, kənd əhalisinin içməli suya olan tələbatı 100 faiz ödənilmişdir.
Hörmətli Nazim müəllim! Kəndi- mizə göstərdiyiniz yüksək qayğıya görə Sizə kənd əhalisi adından xüsusilə, gecəli-gündüzlü bulaq başında su üçün növbə gözləyən qadınlar adından öz minnətdarlığımızı bildirir, Sizə uzun ömür, cansağlığı arzu edirik. Biz qayğıya cavab olaraq söz veririk ki, bundan sonra da dövlətimizin çiçəklənməsi üçün əlimizdən gələni edəcəyik.
"ŞİRİNBULAQ" KƏND SAKİNLƏRİ ADINDAN:
T.ABDULLAYEVA, Ş.VƏLİYEV, T.DOSTİYEV,
S.BƏBİŞOVA, S.MUSTAFAYEVA, K.ABDULLAYEVA.