Baş redaktordan
QARABAĞIN TALEYİNİ ÖZÜMÜZ HƏLL ETMƏLİYİK
(«İpəkçi», 4 aprel 1992-ci il)
Qarabağın dağlıq hissəsində baş verən hadisələri sadəcə olaraq soyuqqanlıqda izləmək mümkün deyildir. Çox təəssüf ki, münaqişənin ilk günlərində vəziyyətin belə bir faciəli şəkil alacağını dərk etməyən, yaxud dərk etmək istəməyən respublikanın keçmiş rəhbərlərinin məkrli siyasətinin ağrısını bu gün 7 milyonluq xalq, heç bir günahı olmayan Qarabağ camaatı çəkir.
İndi çoxları, xüsusən yuxarılar “Xocalı faciəsi olmaya bilərdi” sözlərini tez-tez işlədirlər. Əslində, Xocalı soyqırımı millətin hakim dairələrinin,, prezidentin mərkəz qarşısındakı təslimçilik siyasətinə uyub göz görə-görə, bəlkə də bilərəkdən şərait yaratdıqları, törətdikləri cinayətdir. Camaatı sakitləşdirmək üçün belə bir “bayatı” da eşidilir: “Xocalı qırğınının səbəblərini araşdırmaq üçün komissyia yapradılıb. Bu cinayətdə əli olanların hamısı layiqli cəzalarını alacaqlar”. Əvvəla, sinəsinə Xocalı dağı – ana-oğul, körpə, qardaş-bacı, torpaq dağı çəkilmiş həmvətənlərimizin ağrılarını, acılarını, digərgin taleyinə, itirdiklərinə heç bir ədalətli hökm ilə, məhkəmə ilə məlhəm qoymaq mümkün deyil. İtirdiklərimizi heç nə ilə qaytarmaq olmaz.
Ataların “Daldan atılan daş topuğa dəyər” məsəli yada düşür. Görəsən, indi Xocalı faciəsindən “yana-yana” danışan bəzi üzdəniraq millət təəssübkeşləri Xocalı aylardan bəri imdad, yardım istəyəndə, Xocalının başı üzərində ölüm kabusu dolaşanda harada idilər?! Bir də ki, 20 Yanvar faciəsinin nəticələrini tədqiq edən komissiyanın iki ilə yaxın müddət ərzində davam edən fəaliyyətindən sonra xalqa əsl həqiqət deyildimi? Əsl cinayətkarlar ədalət məhkəməsi qarşısınqa cavab verdilərmi? X E Y İ R! Əlbəttə, tarix heç nəyi unutmur. Vaxtilə Mircəfər Bağırov, Beriya və onların başçılıq etdikləri qaniçən vətən, xainləri törətdikləri cinayətlərə görə cavab verdikləri kimi, Qarabağ faciəsini, Xocalı qırğınını, vertolyot qəzalarını törədənlər, yaxud buna şərait yaradanlar da gec-tez xalqın, millətin ədalət məhkəməsindən yaxa qurtara bilməyəcəklər.
Parlamentimiz Elmira Qafarovanın “öz xahişi” ilə, prezidentin isə müxalifətin, xalqın təkidi-təzyiqi ilə istefasını qəbul etdi. Bu istefanı, istefa verənlərin “kişiliyi”, “mərdliyi” kimi qələmə verənlər isə unudurlar ki, bu keçmiş “istefalar” əslində Qarabağda minlərlə ocağın söndürülməsinə, yüzlərlə, minlərlə yurddaşımızın bir tükdən asılı olmasına, indiki gərgin vəziyyətə gətirib çıxarmışdır. Tarixi sessiyada hər iki liderin “xidmətləri” nəzərə alınaraq, onların imtiyazları və hüquqları qorundu. Əlbəttə, belə gərgin məqamda millətin adı qarşısında qisasçı, düşmən epitetlərinin başa yazılmaması xatirinə sərt cəzaya əl atılmamasını başa düşmək olar. Amma, vəzifəsindən, mövqeyindən asılı olmayaraq kimin kim olduğunu xalqa tanıtmaq, unutqanlıq bəlasından xilas olmaq lazımdır.
Qarabağda qanlı cinayətlər törədənlərə, yaxud buna şərait yaradanlara, xalqın taleyi ilə oynayanlara qarşı birtərəfli mövqe tutulması hakimiyyətə gələn yeni qüvvələrin, liderlərin də məsuliyyət hissini azaldır, onlarda xalqın taleyinə qarşı biganəlik, etinasızlıq hissi oyadır.
Mən redaktor kimi çoxminli fəhlə kollektivində tez-tez oluram, istehsalat, sex və filiallarlı gəzir, əməkçilərlə söhbət edirəm. Bir cəhət diqqətimi cəlb edir və rəğbət oyadır ki, artıq Şəkidə, əmək kollektivlərində adamlar müharibənin sərt qanunları ilə yaşamağa başlamışlar. Daha doğrusu, şərait adamları buna vadar edir. Müəssisəmizdə ciddi intizam, tapşırılan iş üçün məsuliyyət hissi, qarşılıqlı tələbkarlıq və qətiyyət normasına çevrilir. Fəhlələrimiz müharibə şəraitində arxa cəbhənin nə demək olduğunu – burada əldə edilən uğurların qələbəmizə təsirli kömək etdiyini yaxşı başa düşürlər. Ona görə də “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı ilə işləyirlər. Lakin zəhmət adamını da yaddan çıxarmamaq, unutmamaq lazımdır. Fəhlə əgər öz halal zəhmət haqqısını ada bilmirsə...
Bununla birlikdə, hər yerdə olduğu kimi, bizim Şəkidə, bizim ipək şirkətimizdə də adamların əsəbləri tarıma çəkilib. Qarabağda, eləcə də sərhəd rayonlarında baş verən qanlı hadisələr, talan edilmiş, yandırılmış kəndlər, yaşayış məntəqəlri, erməni quldurlarının soyqırımı, müharibənin genişləndirmək üçün göstərdikləri amansız cəhdlər şəkililər tərəfindən də qəzəb, nifrət hissi ilə qarşılanır. Təbii ki, bu gün şəkililər, müəssisəmizin çoxsaylı kollektivi, ziyalılar, müxtəlif peşə sahibləri yeni rəhbərlikdən daha qəti, prinsipial, təxirəsalınmaz tədbirlər görməyi, vaxt itirməməyi tələb edirlərRespublika parlamentinin sədri Yaqub Məmmədovun hakmiyyətə gəldiyi qısa müddətdə tutduğu açıq, birbaşa mövqeyi aydın bilinmir. Bununla belə, qeyd etməliyik ki, müxalifət də respublikada sabitliyi hər vasitə ilə pozmağa açıq-aşkar
cəhd göstərən “gözəgörünməz” qüvvələr qarşısında Yaqub Məmmədovun tərəddüdlü mövqeyini məqbul hesab etmir. Hörmətli sədr televiziya ilə müsabiqəsində bu gözəgörünməz qüvvələrin necə hiyləgər, məkrli siyasət yeritdiklərini, hakimiyyət, vəziyə, stol naminə hətta millətin qanını tökməyə hazır olduqlarını Respublika parlamentinin sədri Yaqub
Məmmədovun hakmiyyətə gəldiyi qısa müddətdə tutduğu açıq, birbaşa
mövqeyi aydın bilinmir. Bununla belə, qeyd etməliyik ki, müxalifət də
respublikada sabitliyi hər vasitə ilə pozmağa açıq-aşkar cəhd göstərən
“gözəgörünməz” qüvvələr qarşısında Yaqub Məmmədovun tərəddüdlü mövqeyini
məqbul hesab etmir. Hörmətli sədr televiziya ilə müsabiqəsində bu
gözəgörünməz qüvvələrin necə hiyləgər, məkrli siyasət yeritdiklərini,
hakimiyyət, vəziyə, stol naminə hətta millətin qanını tökməyə hazır
olduqlarını bildirməlidir.
Lakin indiki gərginlik şəraitində Ali Sovetin yeni rəhbərinin öz
prinsipial və qəti mövqeyini bəyan etməməsi, xalqa üz tutmaması, milləti
həqiqi birliyə, həmrəyliyə, düşmənə qarşı mübarizədə yekdil olmağa
çağırmaması, ona olan inam hissini azaldır. Xüsusən paprlament sədrinin
Ağdamda olarkən keçirdiyi müşavirədə ağıllı təkliflərə tərəfdar
çıxmaması, qeyrətli vətən oğullarının dedikləri ilə həmfikir olmaması,
xalq cəbhəsinin sədri Əbülfəz Elçibəyi əməkdaşlığa çağırmaması göstərir
ki, yeni rəhbərlik köhnə rəhbərliyin tütdüğü qətiyyətsiz mövqeyi davam
etdirir.
Şirkətimizin fəhlə, mühəndis, digər peşə sahibləri ilə söhbətdən yəqin
elədik ki, onlar da respublikada yaranmış böhran vəziyyətindən çıxmağın
asan olmayacağını başa düşür, qarabağ münaqişəsindən yaxa qurtarmaq üçün
hərbi qüdrətimizin möhkəmləndirilməsini, etibarlı ordu yaranmasını,
dəmir intizamın təmin olunmasını, xalq cəbhəsinin, millətin qeyrətli
oğullarının hakimiyyətə cəlb edilməsini arzu edirlər.
İstər-istəməz belə bir sual meydana çıxır: Nə üçün mövqelərimizi əldən
vermişik, düşmən niyə üstümüzə bu qədər ayaqlayıb? Səbəb aydındır. Ona
görə ki, Qarabağ məsələsinin ancaq siyasi yolla, danışıqlar yolu ilə
həll ediləcəyinə, regionda sülhün asanlıqla yaradılacağına inananlar
çoxdur. Axı, bu bir həqiqətdir ki, nə Rusiya Prezidenti Yeltsinin, nə də
Qazaxıstan Prezidenti Nazarbayevin... işə qarışmasından ABŞ
Prezidentinin bəyanatına qədər heç nə Qarabağ probğleminin dinc yolla
həll edilməsinə etibarlı zəmin yaradılması barədə rəsmi razılıq əldə
edilməsinə baxmayaraq, düşmən tərəf nəinki atəşi dayandırmamış, əksinə,
daha dəhşətli faciələr törətmişdir. Əlbəttə, xalqımız danışıqlar yolunu
istisna etmir. Lakin Qarabağın, mmillətin taleyini ancaq özümüz, öz
gücümüz, öz birliyimiz, qətiyyətimiz hesabına həll etməliyik.
Azərbaycan tərəfi o zaman danışıqlar stolu ətrafına keçə bilər ki,
erməni quldurları öz texnikası, canlı qüvvəsi ilə sərhədlərimizi,
torpaqlarımızı tərk etsinlər. Zəbt edilmiş ərazimiz özümüzə qaytarılsın,
atəş qeyd-şərtsiz kəsilsin. Ermənistan, mərkəz, rus ordusu, erməni
lobbisi, qonşularımızın xaricdəki havadarları öz bədnam niyyətlərindən
əl çəksinlər. Şəkililər səfərbərlik elan edilməsini, milli ordu yaratmaq
üçün qəti tədbirlər görülməsini, əməliyyatların mərkəzləşdirilməsini
alqışlayırdılar.
Lakin bir həqiqət də var ki, düşmən bizim gücümüzü hiss etməsə, ordu öz
qətiyyətini qısa müddətdə göstərməsə, əsl birlik yarada bilməsək erməni
quldurları bizimlə məğlub olmuş, aciz tərəf kimi rəftar edəcək,
danışıqlar stolu arxasında özlərinin ən ağır, ləyaqətsiz şərtlərini
qəbul etdirəcəklər. 20 Yanvar, Xocalı faciəsindən keçən xalqımız buna
yol verə bilməz. Mərkəzlə söhbətlərdə, görüşlərdə müstəqilliyimizi əldə
etmiş xalqın adından qətiyyətlə, millətin iradəsini ifadə edərək iştirak
etmək, birliyimizə müstəqilliyimizə xələl gətirən hər bir əlaqədən
uzaqlaşmaq lazımdır.
Azərbaycan xalqını təzyiq yolu ilə MBD-yə qəbul etdirmək cəhdlərinə
qarşı axıra qədər mübarizə aparmaq vacibdir. Madam ki, müstəqillik
yoluna qədəm qoymuşuq, zorla müharibəyə cəlb edilmişik – bu yolla
mərkəzin, boğazdan yuxarı milli barışığa, saxta birliyə, despotizmə
səsləyən qüvvələrin yad təsirinə düşməməliyik. Müxalifətin tanınmış
liderlərindən biri – əsl xalq ziyalısı Sabir Rüstəmxanlı belə bir
qənaətə gəlir: “İndiki çətin şəraitdə iki böyük vəzifəni yerinə
yetirməliyik. Birincisi Azərbaycanın müstəqilliyini faktiki cəhətdən
bərpa etməliyik. İkincisi, bu müstəqilliyimizi və ərazi bütövlüyümüzü
qoruyub saxlamalıyıq. Həmin aralıqda bir despotik quruluş da yarana
bilər. Qorxulusu budur. Çünki köhnə sistem yaşadıqca buna imkan da
qalır” (”Azadlıq” qəzeti, 17 mart 1992-ci il).
Qarabağda müharibəyə son qoyulması bizə bir də ona görə lazımdır ki,
respublikamız dərin iqtisadi böhran şəraitindədir. Adamlar qıtlıq,
bahalıq məngənəsində əzilir, qiyməti sabitləşmək əvəzinə, bazardan od
yağır. Alverçilər, kommersiya işbazları hüquq mühafizə orqanlarının
laqeydliyindən, nəzarətin zəif olmasından istifadə edir, adamların
əsəbləri ilə oynayır, süni qıtlıq yaradırlar. İndi bütün sağlam
qüvvələri birləşdirmək, təsərrüfatlarda, müəssisələrdə iş ahəngini
yüksəltmək, adamları rühlandırmaq lazımdır. Şəki Şəhər İcra Hakimiyyəti
aparatının da bu sahədə gördüyü işlərin əməli nəticə verməsi üçün hamı
bir məqsədə xidmət etməlidir.
Tarix boyu zülmün, zalımın sonu olmayıb. Xalqı fəlakətə sürükləyənlərin
cəzasını xalq özü verib. Şübhə etmirik ki, millətimiz, Azərbaycan xalqı
bu çətin sınaqdan da alnıaçıq, üzüağ çıxacaq, özünün əbədi, əzəli
torpağı olan doğma Qarabağına sahib olmaq üçün əsl qətiyyət və hünər
göstərəcəkdir. bildirməlidir.
Lakin indiki gərginlik şəraitində Ali Sovetin yeni rəhbərinin öz prinsipial və qəti mövqeyini bəyan etməməsi, xalqa
üz tutmaması, milləti həqiqi
birliyə, həmrəyliyə, düşmənə qarşı
mübarizədə yekdil olmağa çağırmaması, ona olan inam hissini azaldır. Xüsusən paprlament sədrinin Ağdamda olarkən keçirdiyi müşavirədə ağıllı təkliflərə tərəfdar çıxmaması, qeyrətli vətən oğullarının dedikləri ilə həmfikir olmaması, xalq cəbhəsinin sədri Əbülfəz Elçibəyi əməkdaşlığa çağırmaması göstərir ki, yeni rəhbərlik köhnə rəhbərliyin tütdüğü qətiyyətsiz mövqeyi davam etdirir.
Şirkətimizin fəhlə, mühəndis, digər
peşə sahibləri ilə söhbətdən yəqin elədik ki, onlar
da respublikada yaranmış böhran vəziyyətindən çıxmağın asan olmayacağını başa düşür, qarabağ münaqişəsindən yaxa qurtarmaq üçün hərbi qüdrətimizin möhkəmləndirilməsini, etibarlı ordu yaranmasını, dəmir
intizamın təmin olunmasını, xalq cəbhəsinin, millətin qeyrətli oğullarının hakimiyyətə cəlb edilməsini arzu edirlər.
İstər-istəməz belə bir sual meydana çıxır: Nə üçün mövqelərimizi əldən vermişik, düşmən niyə üstümüzə bu qədər ayaqlayıb? Səbəb aydındır. Ona görə ki, Qarabağ məsələsinin ancaq siyasi yolla, danışıqlar yolu ilə həll ediləcəyinə, regionda sülhün asanlıqla yaradılacağına inananlar çoxdur. Axı, bu bir həqiqətdir ki, nə Rusiya
Prezidenti Yeltsinin, nə də Qazaxıstan Prezidenti Nazarbayevin... işə qarışmasından ABŞ Prezidentinin bəyanatına qədər heç nə Qarabağ probğleminin dinc yolla həll edilməsinə etibarlı zəmin yaradılması barədə rəsmi razılıq əldə edilməsinə baxmayaraq, düşmən tərəf
nəinki atəşi dayandırmamış, əksinə, daha dəhşətli faciələr törətmişdir. Əlbəttə, xalqımız danışıqlar yolunu istisna etmir. Lakin
Qarabağın, mmillətin taleyini ancaq özümüz, öz gücümüz, öz birliyimiz, qətiyyətimiz hesabına həll etməliyik.
Azərbaycan tərəfi o zaman danışıqlar stolu ətrafına keçə bilər ki, erməni quldurları öz texnikası, canlı qüvvəsi ilə sərhədlərimizi,
torpaqlarımızı tərk etsinlər. Zəbt edilmiş ərazimiz özümüzə qaytarılsın, atəş qeyd-şərtsiz kəsilsin. Ermənistan, mərkəz, rus ordusu, erməni lobbisi, qonşularımızın xaricdəki havadarları öz bədnam niyyətlərindən əl çəksinlər. Şəkililər səfərbərlik elan edilməsini, milli ordu yaratmaq üçün qəti tədbirlər görülməsini, əməliyyatların mərkəzləşdirilməsini alqışlayırdılar.
Lakin bir həqiqət də var ki, düşmən bizim
gücümüzü hiss etməsə, ordu öz qətiyyətini qısa müddətdə göstərməsə, əsl birlik yarada
bilməsək erməni quldurları bizimlə məğlub olmuş, aciz tərəf
kimi rəftar edəcək, danışıqlar stolu arxasında özlərinin ən ağır, ləyaqətsiz şərtlərini qəbul etdirəcəklər. 20 Yanvar, Xocalı faciəsindən keçən xalqımız buna yol verə bilməz. Mərkəzlə söhbətlərdə, görüşlərdə müstəqilliyimizi əldə etmiş xalqın
adından qətiyyətlə, millətin iradəsini ifadə edərək iştirak etmək, birliyimizə müstəqilliyimizə xələl
gətirən hər bir əlaqədən uzaqlaşmaq lazımdır.
Azərbaycan xalqını təzyiq yolu ilə MBD-yə qəbul
etdirmək cəhdlərinə qarşı axıra qədər mübarizə aparmaq vacibdir. Madam ki, müstəqillik yoluna qədəm qoymuşuq, zorla müharibəyə cəlb edilmişik – bu yolla
mərkəzin, boğazdan yuxarı milli barışığa, saxta
birliyə, despotizmə səsləyən qüvvələrin yad təsirinə düşməməliyik. Müxalifətin tanınmış liderlərindən biri – əsl xalq ziyalısı Sabir Rüstəmxanlı belə bir qənaətə gəlir: “İndiki çətin
şəraitdə iki böyük vəzifəni yerinə yetirməliyik.
Birincisi Azərbaycanın müstəqilliyini faktiki cəhətdən bərpa etməliyik. İkincisi, bu müstəqilliyimizi və ərazi bütövlüyümüzü qoruyub saxlamalıyıq. Həmin
aralıqda bir despotik quruluş da yarana bilər. Qorxulusu budur. Çünki
köhnə sistem yaşadıqca buna imkan da qalır” (”Azadlıq” qəzeti, 17 mart 1992-ci il).
Qarabağda müharibəyə son qoyulması bizə bir də ona görə lazımdır ki, respublikamız dərin iqtisadi böhran şəraitindədir.
Adamlar qıtlıq, bahalıq məngənəsində əzilir, qiyməti sabitləşmək əvəzinə, bazardan od yağır. Alverçilər, kommersiya işbazları hüquq mühafizə orqanlarının laqeydliyindən,
nəzarətin zəif olmasından istifadə edir, adamların əsəbləri ilə oynayır, süni qıtlıq yaradırlar. İndi bütün
sağlam qüvvələri birləşdirmək, təsərrüfatlarda, müəssisələrdə iş ahəngini yüksəltmək, adamları rühlandırmaq lazımdır. Şəki Şəhər İcra Hakimiyyəti aparatının da bu sahədə gördüyü işlərin əməli nəticə verməsi üçün hamı bir məqsədə xidmət etməlidir.
Tarix boyu zülmün, zalımın sonu olmayıb. Xalqı fəlakətə sürükləyənlərin cəzasını xalq özü verib. Şübhə
etmirik ki, millətimiz, Azərbaycan xalqı bu çətin sınaqdan da alnıaçıq, üzüağ çıxacaq, özünün əbədi, əzəli torpağı olan doğma Qarabağına sahib olmaq üçün əsl qətiyyət və hünər göstərəcəkdir.
Əməkdar jurnalist.