408/7

DÖVLƏT QNT-LƏRİN İNKİŞAFINDA  MARAQLIDIR


QAFAR ƏLİYEV: «Azərbaycan dövlətçiliyinə xələl gətirən qeyri-hökumət təşkilatlarına heç bir yardım edilməməlidir»

Dövlətin ölkədə demokratikləşmə proseslərinin həyata keçirilməsi onun sürətləndirilməsində maraqlı olduğu atılan bir sıra addımlarla təsdiqini tapır. Bu barədə açıqlama verən Prezidentin İcra Aparatının İctimai-Siyasi Şöbəsinin Dünya Azərbaycanlıları ilə sektorunun müdiri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Qafar Əliyev "Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi konsepsiyası"nın prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənməsini buna sübut kimi göstərib. Dövlətin QHT-lərin inkişafında daim maraqlı olduğunu söyləyən sektor müdiri bu sahədə fəaliyyət göstərən qeyri-sağlam qüvvələrin olduğunu da bildirib. "OLAYLAR" İA-na müsahibəsində Qafar Əliyev prezident seçkiləri ərəfəsində ölkədə mövcud olan ictimai-siyasi vəziyyət seçkilərə hazırlıq prosesindən danışıb. 

 

– Qafar müəllim, seçki öncəsi vəziyyətdə iqtidar müxalifətin prezident seçkilərinə hazırlıq səviyyəsini necə qiymətləndirirsiniz? Ümumilikdə ölkədəki ictimai-siyasi vəziyyət sizi qane edirmi?

– Sevindirici haldır – ki, ölkədə ictimai-siyasi sabitlik mövcuddur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitlik bu gün davam edir. Düzdür, müəyyən zaman kəsiyində bu sabitliyi pozmağa cəhdlər olsa da, bunların qarşısı alınıb. İctimai-siyasi vəziyyətin sabit olmadığı bir ölkədə heç bir seçkidən danışmaq olmaz. Bu mənada qarşıdan gələn prezident seçkilərinin demokratik şəkildə, sakit ab-havada keçəcəyi şübhəsizdir. O ki qaldı seçkinin keçirilməsi formasına, Mərkəzi Seçki Komissiyası seçki komissiyalarının tərkibinin necə təşkil olunmasına, bu istiqamətdə müxtəlif fikir mübadiləsi aparılmaqdadır. ATƏT-in Bakı ofisi, Avropa Şurasının müvafiq komissiyaları bununla bağlı müəyyən təkliflər verirlər. Seçki prosesinin daha da demokratik keçirilməsi istiqamətində təkliflər irəli sürülür. Azərbaycan rəhbərliyi öz növbəsində bu məsələləri təhlil edib məqbul olan variantı seçir. Seçki Məcəlləsinə hər hansı formada dəyişikliyin edilməsi gözləniləndir. Bütün bunlar seçki ərəfəsində baş verəcək. Ancaq indidən demək olar ki, prezident seçkiləri Azərbaycanda çox demokratik şəraitdə, azad ədalətli keçiriləcək dövlət başçısı İlham Əliyev yenidən xalqın böyük əksəriyyətinin səsini qazanaraq yenidən növbəti müddət üçün ölkə prezidenti seçiləcək. Siyasi təhlillər onu deməyə əsas verir ki, İlham Əliyevlə qarşı-qarşıya dayana biləcək heç bir siyasi partiya nümayəndəsi yoxdur. İqtidar seçkilərin keçirilməsinə tam hazırdır. Yeni Azərbaycan Partiyasının seçkilərdə prezidentliyə namizədi məlumdur. Yəni hakim partiyanın prezidentliyə namizədi hazırkı dövlət başçısı İlham Əliyevdir. İlham Əliyevin alternativi yoxdur. Hətta Birləşmiş Ştatlarda prezident seçkiləri ərəfəsində istər Respublikaçılar, istərsə Demokratlar Partiyasında daxili qurultay keçirilir seçim edilir. Bəzən prezident postuna bir neçə namizədin adı verilir partiyadaxili seçimdə həmin namizədlərdən biri irəli çıxır partiya həmin şəxsin namizədliyini dəstəkləyir. Azərbaycanda hakim Yeni Azərbaycan Partiyasının qurultayı keçirilsə belə partiyanın sədri kimi cənab prezident İlham Əliyevin yekdilliklə, alternativsiz qaydada prezidentliyə namizədliyi irəli sürüləcək. Hesab edirəm ki, cənab İlham Əliyevin cəmiyyətdə olan nüfuzu, onun həyata keçirdiyi işlər, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu daxili xarici siyasəti uğurla davam etdirilməsi İlham müəllimin cəmiyyətdə kifayət qədər nüfuz sahibi olduğunu göstərir o, bu seçkilərdə mütləq qalib gələcək. Müxalifət düşərgəsinə gəldikdə isə bu düşərgədə vəziyyət o qədər xoşagələn deyil. Siyasi partiyaların zəifləməsi, ictimai-siyasi həyatda onların rolunun nəzərəçarpacaq dərəcədə hiss olunmaması, onların siyasi proseslərdə müşahidəçiyə çevrilmələri hiss olunmaqdadır. Bunun səbəbi nədir? Nəyə görə müxalifət partiyaları Azərbaycanın ictimai-siyasi həyatında müşahidəçiyə çevriliblər? Bunun səbəbi onların yarandığı gündən taktika strategiyalarını düzgün qurmamalıdır. Həmçinin müxalifət getdikcə sosial bazadan məhrum olur tədricən müxalifətin sərgisi seyrəlir. Ən başlıcası müxalifətin yeni ideyası yoxdur. Onlar yeni bir ideya tapıb onun arxasınca gedə bilmirlər.

– Yeni Azərbaycan Partiyasının qurultayı vaxta nəzərdə tutulub?

– Hesab edirəm ki, prezident seçkiləri ərəfəsində Yeni Azərbaycan partiyasının qurultayı keçiriləcək partiya prezidentliyə namizədini irəli sürəcək.

– Prezidentin sərəncamı ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi konsepsiyası" ölkədə vətəndaş cəmiyyətinin daha da inkişaf etdirilməsinə dərəcədə müsbət təsirini göstərəcək?

– Ümumiyyətlə, dövlət qeyri-hökumət təşkilatlarının inkişafında, onların bir qurum kimi formalaşmasında maraqlıdır. Eyni zamanda dövlət cəmiyyətin demokratikləşməsində siyasi partiyaların rolunun artırılmasını istəyir. Ancaq təbii ki, burada sağlam dövlətçilik maraqlarına xidmət edən qeyri-hökumət təşkilatları ilə siyasi partiyalardan söhbət gedir. Əgər dövlət hakimiyyət əmin olduqda ki, hər hansı bir qeyri-hökumət təşkilatı həqiqətən öz nizamnamə proqramına uyğun şəkildə fəaliyyət göstərərək dövlətin kifayət qədər diqqət ayıra bilmədiyi sahələrə maraq göstərir, belə olan halda dövlət həmin qeyri-hökumət təşkilatlarının inkişafına yardım göstərməyə borcludur. Azərbaycan dövlətçiliyinə xələl gətirən qeyri-hökumət təşkilatlarına heç bir yardım edilməməlidir. Həmin qeyri-hökumət təşkilatları hər vasitə ilə fəaliyyətlərini genişləndirmək istəyirlər. Mən bu kimi qeyri-hökumət təşkilatlarına hər hansı formada yardım edilməsinin əleyhinəyəm. Əslində bu gün Azərbaycanda fəaliyyət göstərən bir çox ictimai-siyasi qurumlar qeyri-hökumət təşkilatları özləri göstərdikləri fəaliyyətlərin dövlətçilik üçün dərəcədə zərərli olduğunun fərqini düşünə bilmirlər. Azərbaycan dövlətinə dövlətçiliyə, müasir demokratik cəmiyyət quruculuğuna, ölkənin demokratikləşməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edən qeyri-hökumət təşkilatlarının inkişafında dövlət maraqlıdır. Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında təsdiq edilmiş konsepsiyada göstərildiyi kimi bunun üçün dövlət qeyri-hökumət təşkilatlarına yardım edəcək.

– Belə çıxır ki, qeyri-sağlam formada fəaliyyət göstərən qeyri-hökumət təşkilatları dövlətin yardımını almaq üçün bundan sonra milli maraqlara zidd fəaliyyətdən uzaqlaşacaqlar...

– Mən belə düşünmürəm. Qeyri-hökumət təşkilatları Azərbaycan dövlətinin daxilinə müxtəlif istiqamətlərdən edilən yad təsirin nəticəsində yarana bilər. Yəni bu cür qeyri-hökumət təşkilatlarının olması nəzəri cəhətdən mümkündür. Ona görə dövlət orqanları, kütləvi informasiya vasitələri, o cümlədən vətəndaşlar ayıq-sayıq olmalıdırlar. Hansı qeyri-hökumət təşkilatının işlə məşğul olduğuna diqqət yetirilməli, nəzarətdən kənar qalmamalıdır. Rəsmi statistikaya görə, ölkədə 6 mindən çox qeyri-hökumət təşkilatı var. Demək olarmı ki, bunların hamısı sağlamdır Azərbaycan dövlətçiliyinə, milli maraqlara xidmət edir?

– Qafar müəllim, Dünya azərbaycanlılarının II qurultayında prezident İlham Əliyev diaspora sahəsində işin sürətləndirilməsi, bu sahədə quruculuq işlərinin artırılması məqsədilə tapşırıq tövsiyələrini vermişdi. Dövlət başçısının tapşırıq tövsiyələrinə uyğun olaraq ötən müddət ərzində hansı işlər görülüb?

– Prezident İlham Əliyevin bizim qarşımızda qoyduğu ən mühüm vəzifələrdən biri dünya azərbaycanlılarını təşkilatlandırmaq, diaspora təşkilatlarını əlaqələndirmək, türk dünyasının diaspora təşkilatları arasında əlaqələri inkişaf etdirmək digər məsələlərdir. Qeyd etdiyim kimi dövlət başçısının qarşımıza qoyduğu əsas vəzifələrdən biri türkdilli dövlətlərin diaspora təşkilatlarının fəaliyyətlərinin əlaqələndirilməsi idi. Bunun üçün türkdilli dövlətlərdə bir sıra mühüm tədbirlərin keçirilməsi qərara alındı. Azərbaycan Türk diaspora təşkilatlarının məlum toplantısı, eləcə I Bakı forumu buna örnəkdir. Bundan başqa ayrı-ayrı türk respublikalarında "Türkdilli dövlətlərin inkişafında liderlərin rolu" mövzusunda konfranslara start verilib. Belə konfranslardan birincisi Qırğızıstanda keçirildi. Ona yaxın dövlətin rəsmi nümayəndəsinin iştirak etdiyi konfransda müəllifi olduğum "Müasir Azərbaycanın banisi, xilaskarı qurucusu" kitabının qırğız dilinə tərcümə edilmiş variantının təqdimatı keçirildi. Qeyd edim ki, bu ümummilli liderimiz, mərhum prezident Heydər Əliyevlə bağlı qırğız dilinə tərcümə edilmiş ilk kitabdır. Kitabda Heydər Əliyevin istər sovet hakimiyyəti, istərsə müstəqil Azərbaycana rəhbərlik etdiyi dönəmdə Azərbaycanın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər, Heydər Əliyevin sayəsində xarici daxili siyasətdə əldə edilən uğurlar, eləcə Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində mərhum prezidentin yorulmaz fəaliyyəti barədə geniş məlumatlar əksini tapıb. Konfransa digər türk respublikalarından da böyük maraq vardı. Həmin konfrans növbəti dəfə Qazaxıstanda təşkil olunacaq. Mərhələ-mərhələ bu konfranslar bütün türk respublikalarında keçiriləcək. Konfransın sonuncu mərhələsi Azərbaycanda olacaq. Belə bir konfransın keçirilməsi təşəbbüsü ilə Azərbaycan tərəfi çıxış edib. Konfransın keçirilməsində məqsədimiz Heydər Əliyevin zəngin irsini türkdilli respublikalarda geniş yaymaqdır. Bu da öz növbəsində türkdilli dövlətlərin diaspora təşkilatlarının birləşdirilməsinə yol açan vasitələrdəndir. Ümumilikdə biz bu təbliğatıAtatürk-Heydər Əliyevdevizi adı altında aparırıq. Daha dəqiq desək, türk dünyasının liderləri devizi altında türk dünyasının birliyinə nail olmaq istəyirik. Hesab edirəm ki, bu da prezident İlham Əliyevin diaspora qarşısında qoyduğu ən mühüm vəzifələrdən birinin icrası istiqamətində atılan addımdır. Burada türkdilli dövlətlərin yaxınlaşması, onların inteqrasiyasından söhbət gedir.

– Türk dünyasının elm adamları aparıcı mətbuat nümayəndələrinin toplantısının keçirilməsi vaxta nəzərdə tutulub?

– Bütün istiqamətlərdə işlər gedir lazımi təşəbbüslər göstərilir.

 

                       ("Azad Azərbaycandan)




<<< Ana səhifə