QƏHRƏMAN Sənanın bibisi oğludur.





Hacıyev Sənan Samit oğlu 1960- ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olub. Hərbi xidmət əlilidir. Aldığı ağır xəsarət səbəbli baş nahiyyəsində ağır cərrahiyyə əməliyyatı aparılmış, ömürlük əlilliyə düçar olmuşdur.
Hazırda şer yazmaq iqtidarında olmasa da, bu günə qədər 100-ə yaxın şerin müəllifidir. Onun bir neçə şeirini redaksiyamıza atasıtəqaüddə olan müəllim Samit Hacıyev təqdim etmişdir.

Şəhid olmuşdur

 
 

Bibimi ağlar qoydular,

Könlünə dağlar qoydular.

Görəsən necə qıydılar,

Yandı yenə atan sənin.

 

Arzuna gül düzüb getdin,

Baxışınla süzüb getdin.

Ümidini üzüb getdin,

Yandın, yandı əzizlərin!

 

Sən körpə bir çinar idin,

Hər günahdan kənər idin.

Təzə gələn bahar idin,

tez soldu çiçəkləri?!

 

Vətən gözəl, düşmən yaman,

Talelərə düşdü boran.

Heyif səndən, ax Qəhrəman!

Naxışıydın bir gözəlin.

 

 

 

QOYNUNDA, QOYNUNDA

 

Mikayıl Azaflının

«Qoca qartal» şerinə nəzirə

 

susursan, yaşıl çəmən?

Yazmı gedib, qışmı gələn,

Dərəsində yaş göllənən,

Dağ var, qoynunda-qoynunda!

 

 

Ruhum məni lap unudub,

Könlüm odu, közü tutub.

Neyləsəm özü tutub.

Saxlar qoynunda-qoynunda.

 

 

Ellərimiz-elə həsrət,

Bir sonam var, gölə həsrət,

İtirdiyim gülə həsrət,

Bağ var, qoynunda-qoynunda.

 

Könlüm sevir qu səsini,

Şirin dilin nəğməsini.

Acı dil öz qüvvəsini,

Yoxlar qoynunda-qoynunda.

 

 

 

                 

   

VÜSALƏ

 

Vüsalə sən, kəndimizdə doğuldun,

Atan, anan, əmilərin sevindi.

O xoş gündə bizim balamız oldun,

Baban, nənən gülürdü, sevinirdi.

 

Bəlkə indi unutmusan sən bizi,

Ayrılığın ürəyimə dağdı-dağ.

Heç bir zaman unutmadıq biz çizi,

Gözəl bala, gəl eyləmə qaş-qabaq.

 

Sənan əmin qoydu sənin adını,

Amma ki, biz çox dadmadıq dadını.

Bu ayrılıq çox incidir hamını,

Bizə düşən qismətə bax, bəxtə bax!

 

 

Səndən heç istəmirəm çiçəyim,

Ay atadan inciyənim, küsənim.

Arzuna çat, mən eşidim, mən bilim,

Vüqarlı ol, hər an olsun üzün !

 

 

Albomdakı şəklinizə baxırıq,

Neyləsək heç təsəlli tapmırıq.

qar kimi əriyirik, axırıq,

Dərdimizi bilsə, yanar bağça-bağ!