Sızın Kitab RƏFİNİZ ÜÇÜN 

SÖZ ÜRƏKDƏN GƏLƏNDƏ

 

Yazı masamın üstündə neçə gündür ki, Bir qalın кitab aralanıb rəflərdə, cərgələnə bilmir. İstedadlı bir qələm sahibi illər boyu müxtəlif mövzularda yazdığı və mərkəzi mətbuat səhifələrində çap etdirdiyi məqalələri bir "çardaq" altına toplayıb, bir-birilə "Sakin" ləşdirib. Bu  məqalələr toplusu müstəqillik yolları ilə irəliləyən Azərbaycanın yeni ab-havasının saflığını numayiş etdirir. Bu, saflıq şəraitində kimlərin zəhməti bahasına dövlətçiliyin əldə möhkəm saxlanması izah edilir. Bu, odlar diyarının əbədi sönməz ocağını yandıranlara, onların fədakarlığına jurnalistin vətəndaşlıq mövqeyindən baxışıdır. Elə bir müstəqilliyin ki, onun basında duranlar Azərbaycanı dünyaya tanıda bilmişlər. Totalitar sovet imperiyasının "xaraba" ligi üzərində yenisini yaratmaq istəyən böyük dövlətlər gözlərini Azərbaycandan çəkməli olmuşlar. Bəs bu müstəqilliyimizin banisi, onun xilaskarı və qoruyucusu kimdir, çətin və əzablı yolların aşrımları necə fəth edilib, necə tamamlanıb? Azərbaycan cahana necə inteqrasiya olunub, neft və qaz kəmərlərini az qala "küreyyi-ərzin" belinə dolayıb iqtisadi qüdrətimizi yenilməz edən kim olmuşdur? Bir gənc qələm sahibinin ürəkdən gələn ilhamla dolu sətirlərində bu suallar da cavabsız qalmamışdır.

Kimdir belə bir oplu kitabın müəllifi? Yadıma gəldi ki, onu "Şəkinin səsi" qəzetinin yubiley şənliklərinin birində görmüşdüm. Elə yaxından tanışlığım olmasa da bu məclisdə çıxışını eşit mişdim. Başqalarından fərqli danışırdı. Hami qulaq asırdı ona. Çıxışı ürəkdən gəldiyi üçün onu dinləyirdilər. Qafar Əliyevi onda tanımışdım. Indi isə yazdığı kitabda onunla "danışır"am "söhbət" edirəm. Görürəm ki, hadisələrə, uğurlara, ən öncə insanlara, qurub-yaradanlara, Azərbaycanı zirvələrdən-zirvələrə aparanlara qiymət verməyi bacarandır.

Qafar Əliyevin kitabda toplanan publisistik məqalələrində üzüdönüklər də onun qələmindən kənarda qalmamışdır. Keçmiş rəhbərlərin səriştəsizliyi, biganəliyi, bir iş bacarmamalarının faciələrlə qurtarması - nüfuzlu qəzetlərin öncül məqalələrinə çevrilmiş, genis oxucu kütləsinə bəyan edilmişdir.

Kitaba toplanan hər bir qəzet məqaləsində təkrarsız, yəni yeni söz, yeni fikir oxucunu yormur, əksinə düşündürür, bildiklərini-bilmədiklərini yeni söz çalarlarında axtarıb tapir, onlarda müəllifin hər bir yazısını izləyib oxumaq həvəsi yaradır.

Kitabın birinci fəsli 5-ci səhifədən başlayır. Fəslin sərlövhəsi "Faciələrdən qurtuluşa döğru"  adlanır. Sonra  "Ön söz" öndər Heydər Əliyevə verilir və orada deyilir: "Azərbacan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almayan soyqırımı tarixin açılmamış səhifələrindən biridir. 1813-cu və 1828-ci illərdə imzalanmış "Gülüstan" və "Türkmənçay" müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının milli faciəsinin davamı kimi torpaqlarımızın zəbti başlandı. Qısa müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Azərbaycan torpaqlarının bir hissəsinin işğalına şərait yaratmaq məqsədi ilə xalqımıza qarşı soyqırımı törədildi".

Kitabın met fəslinin ana xəttini başdan-başa Heydər Əliyevin bu kəlamları təşkil edir. Azərbaycanın ictimai, sosial və mənəvi həyatının sarsıntılı günlərinin acı xatirələri həmin fəsildə necə də reallıqla əks etdirilmişdir. Faktlar, ürək göynədən fotolar, faciənin obrazı Qafar müəllimin kitabında onun bu ağlasığmaz faciələrimiz qələmlə, kağızla, sonra isə "Azərbaycan" qəzeti kimi nüfuzlu mətbu orqanlarında məqalələrə çevrilmişdir. "20 Yanvar" qırğını, Gəncə hadisələri, hakimiyyət uğrunda cərəyan edən Xocalı dəhşətləri, viran qalmış yurd-yuva, qaçqınlıq və s. hadisələr dərdli, yaralı ürəklərdə dözümsüzlük nidalarına çevrilmişdir.

Qafar Məmməd oğlu Əliyevin kitabında hər fəslin məzmununa görə poliqrafiya baxımından keyfiyyətli foto-şəkillər verilmişdir. Fotoların özləri də oxucu ilə "danışır", "ünsiyyət" bağlayır. Tərtibatı əladır. 550 səhifəlik met kitabın formatı üzərində "Şəms" nəşriyyatı əməkdaşlarının yaradıcı isi cəmləşdirilmişdir. Kitabın digər fəsilləri də (kitab üç fəsildən ibarətdir) mövzu və məzmunca tutarlıdır. Oxucuda sonsuz maraq doğurur.

İkinci fəsil Azərbaycan dovlətçiliyinin iqtisadi, siyasi və demokratik islahatlar dövründə ölkə prezidentinin qətiyyəti, uzaqgörənliyi və Azərbaycanın Avropaya intiqrasiya olunmasına həsr edilmişdir. Ölkə başçısının fenomen siyasətçi oldugu müəllifin məqalələrində öz aydın ifadəsini tapmışdır.

Kitabın üçüncü fəsli ulu öndər Heydər Əliyevin xarici siyasət xəttinin bir müstəvi üzərində gedişində Azərbaycan dövlətinin bir Qafqazın geocoğrafi mühitində lider dövlət olaraq dünyada tanınmasının danılmazlığının quru söz deyil, əyaniliyə söykəndiyi topludakı müəllif yazılarının ana xəttini təşkil edir.

Prezident Aparatı İctimai-Siyasi şöbəsinin bölmə müdiri, siyasi elmlər namizədi Qafar Əliyev yazılarında elmi-publisistik bacarığını göstərərkən - qələmə aldığı məsələlərdə öz sözünü, öz baxışını deməyi bacaran istedad sahibi olduğunu nümayiş etdirmişdir. Topluda 40-dan çox problematik yazı, 100-ə yaxın foto-şəkil, "Azərbaycan", "İki sahil", "Səs", həmçinin "Yeni Azərbaycan" və nəhayət, sevə-sevə oxuduğu, öz yazılarını ünvanladığı "Şəkinin səsi" - "İpəkçi" qəzetlərində dərc olunmuş materialarının kiçildilmiş kompüter fotoları da verilmişdir. Bu isə Qaffar müəllimin bir nov qəzetlərə təşəkkür və minnətdarlığıdır.

Kitabın məziyyətlərindən biri də ulu öndərin işini davam etdirən Prezident İlham Əliyevin idarəetmədə, siyasət aləmində heydərçiliyə sədaqətini göstərən yazı və şəkillərin verilməsidir.

Azərbaycan mətbuatı tarixində Q.Əliyevin "Azərbaycanın banisi, xilaskarı və qurucusu" adını daşıyan məqalələr toplusu, həcminə və sambalığına görə müvəffəqiyyətli bi sayıla bilər. Həm də bir müəllifin qələmindən çıxmış bu kitab oxuculara dəyərli  bir hədiyyədir.

Ruzi yeyiləndə, kitab isə oxunanda rahat "həzm" ə gedirsə - ürəyəyatımlılıq baş verir. Bu, sevindirici haldir. Dostumuz və qələm yoldaşımız qoy bundan sonra da belə gözəl kitabları ilə oxucuları sevindirsin. Söz ürəkdən gələndə kəsərli və təsirli olur!

 

Sabir Əfəndiyev,

Milli Akademiyanın elmi aparıcı işçisi,

filologiya elmlər namizədi

 

 

 

-------------------------------------------------- -------------------------------------------------- ------------------------

 

 

ELEKTRİK ENERJİSİ HAQLARININ

YIĞILMASINDA İRƏLİLƏYİŞ VAR

 

 

Şəki şəhərində və rayonun kəndlərində elektrik sayğacları tam quraşdırılıb istifadəyə verildikdən sonra rayonda xeyli miqdarda elektrik enerjisinə qənaət edilmiş, israfçılığın qarşısı alınmış, istifadə olunan enerji pullarının toplanmasında "irəliləyiş" baş vermişdir.

Şəhər icra hakimiyyətində rayon fəallarının, məhəllə nümayəndələrinin, kənd, qəsəbə İcra nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqda bu barədə ciddi söhbət getmiş, Şəki Regional Elektrik Təchizatı İdarə Heyətinin sədri Cuma Mustafayevin məlumatı, Şəki Elektrik Paylayıcı Şəbəkənin müdiri Eldəniz Hacıyevin hesabatı dinlənilmişdir.                    

Yığıncağa Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov yekun vurmuşdur. O, elektrik enerjisi haqlarının yığılmasında rayonun rəhbər işçilərinin vəzifələrindən danışmışdır.

 

<<<Ana səhifə   

 

 

 

Şəkildə: Şəki Elektrik paylayıcı şəbəkəsinin müdiri Eldəniz Hacıyev yığıncaq iştirakçıları qarşısında hesabat verərkən ...

 

Şəkildə: Şəki Regional Elektrik Təchizatı İdarə Heyətinin sədri Cuma Mustafayev (sağdan), şəhər Icra hakimiyyətinin başçısı Nazim İbrahimov və şəhər Icra hakimiyyəti başçısının müavini Həsən Həsənov.