Azərbaycanda işgüzar səfərdə olmuş Türkiyə Respublikasının Tapu və Kadastro Gent müdiriyyətinin nümayəndə heyəti Daşınmaz Əmlakın Reyestr Xidməti rəisi Arif Qaraşovun müşayiəti ilə Şəki şəhərinin də qonağı olmuşdur. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov hörmətli qonaqları icra hakimiyyəti binasının qarşısında səmimi qarşılamış, salamlamış və sonra öz kabinetində qəbul etmişdir.
Nümayəndə heyətinin başçısı Zəki Adil türkiyəli qardaşlarımızın Azərbaycana, o cümlədən Şəkiyə gəlişinin məqsədi haqqında məlumat vermişdir. Vurğulanmışdır ki, Türkiyədə Dünya bankının maliyyə vəsaiti hesabına həyata keçirilən daşınmaz əmlakın qeydiyyata alınması sahəsində böyük uğurlar əldə edilmişdir. Yaşayış massivləri və yol çəkilişi layihələrinin hazırlanmasında, onların xəritələrinin tərtib edilməsində bir çox xarici dövlətlərin, o cümlədən dost və qardaş Azərbaycanın da bu ölkənin köməyinə ehtiyacı vardır. Biz bu istiqamətdə Şəki üçün də çox iş görə bilərik. Çünki bu sahədə Türkiyənin 160 illik təcrübəsi vardır.
Qonaqlar Daşınmaz Dövlət Reyestr Qeydiyyatı İdarəsinin Şəki şöbəsində də olmuşlar. Şöbənin rəisi İmran Bahadov türkiyəli həmkarlarına Şəkidə görülən işlər barədə məlumat vermişdir. Türkiyəli qonaqlar bu şöbə ilə daim işgüzar əlaqələr yaradacağına, ona hər cür kömək göstərəcəklərinə söz vermişlər.
Həmin gün qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, ona öz dərin ehtiramlarını bildirmişlər