DOYMADIM
(doğma Şəkiyə)
Ana Şəkimizin dağ havasından,
"Sona bülbüllər"in səs, avazından.
"Marxal" dərəsindən, Kiş qalasından,
Yaz nəfəsli çiçəklərdən doymadım.
Keçib getdim qarlı dağın özündən,
Sular içdim "Damarçı"nın gözündən.
"Xan yaylağı", Oxud, Dodu düzündən,
Dağ ətirli küləklərdən doymadım.
Səbuhidən, Rəşid bəydən güc aldım,
Nakamı, Cumanı yadıma saldım.
Böyük şair Bəxtiyarla ucaldım,
Şer dolu ürəklərdən doymadım.
Sənətkar yurdudu Şəki torpağı,
Böyük "Xan sarayı", Muştağın bağı.
Gözəl şəbəkəsi, qızıldan tağı,
Naxışlardan, o rənglərdən doymadım.
Gözəllik tacıdır bilki dünyanın,
Ölməyən tablodur mülkü dünyanın,
Tanrıdır rəssamı ilki dünyanın,
O vurduğu bəzəklərdən doymadım.
Hər toxum ruzudur torpaqdan çıxan,
Meyvələr barımdır budaqdan çıxan,
Əlləri yandırıb ocaqdan çıxan,
İsti, qaynar çörəklərdən doymadım.
İlk eşqimdir gəncliyimi andıran,
İnsan kimi yaşamağı qandıran.
Ürəyimi alışdıran, yandıran,
O gözəllik qəşənglərdən doymadım.
Qurtuluşam, yüz yaşasın düz deyən,
Şəkimizə doğru sevgi bəsləyən.
Bizi haqqa, insanlığa səsləyən,
Göydən gələn mələklərdən doy
GÜLÜB QAYITDIM
(Anam Firatın əziz xatirəsinə)
Yıxıldım məzarın baş daşındaca,
Dondum, buza, döndüm yol başındaca –
Anamı itirdim beş yaşımdaca,
Alışıb, odlanıb, ölüb qayıtdım.
Daşdan paltar geydim gülməyim deyə,
Anasız qalmağı bilməyim deyə.
İynəylə gor qazdım ölməyim deyə,
Qismətlə ruzumu bölüb qayıtdım.
Boy atdım fələklə boğuşmaq üçün,
Pislərlə döyüşüb vuruşmaq üçün,
Ana sığalına qovuşmaq üçün,
Nənəmin üstünə gəlib qayıtdım.
Canıma dörd yandan bulud büründü,
Dalımca qaranlıq, zülmət süründü.
Birdən başım üstdən günəş göründü,
Onu anam bilib, bilib, qayıtdım.
Qurtuluş, el bilir mən nələr çəkdim,
Qismət olmasaydı tez öləcəkdim.
Səma zirvəsində üç ağac əkdim,
Allahın yanından gülüb qayıt
GƏLDİ…
(yaramaz olanlara aiddir)
Bir kimsə qalmadı o aldatmadı,
Gözləri gördüyü nəyi satmadı.
Halal yaşamağa gücü çatmadı,
Haramın dalınca yollanıb gəldi.
Xoşladı namussuz, həm arsız olsun,
Cır toxum əkəni qoy barsız olsun.
İstədi gül əkib günahsız olsun,
Vücudu, varlığı korlanıb gəldi.
Yalandan ağlayıb göm-göy göynədi,
Ölənə yalandan rəhmət söylədi.
Gündüz yas yerində dua eylədi,
Gecələr evinə "hallanıb" gəldi.
Çox aldı özünə payı böləndə,
Sevindi aş yesin yoxsul öləndə.
Hardasa çobansız quzu görəndə,
Quduz, canavar tək tullanıb gəldi.
Yaxını, doğmanı pis günə qoydu,
Nə gözləri doydu, nə qarnı doydu.
"Əl tutan" dostları taladı, soydu,
Lüt idi, haramla pullanıb gəldi.
Qurtuluş, ayrılma özün özündən,
Yaramazın çörək gəldi gözündən.
Düşdü insanlıqdan, elin gözündən,
Axırda eşşək tək nallanıb gəldi.
ALA SATAN
Bazarda bir ana gördüm,
Qoyub yerdə göy satırdı.
Əl-ayağı buza dönmüş,
Üz-gözü göm-göy, satırdı.
Saçlarına qar ələnmiş,
Baxışları qəmli idi.
Başına yağış yağırdı,
Sir-sifəti "nəm"li idi.
Gələnləri seyr edirdi,
Niyyətinə çatsın deyə.
Qışın bu oğlan çağında,
Göyərtini satsın deyə.
Əllərini bir-birinə,
İsinməkçün sıxırdı o.
Alıcının qabağına,
Addım atıb çıxırdı o.
Göyərtinin altındakı,
Zənbil yaman sulanmışdı.
Yağışların damcısından,
Üstü-başı bulanmışdı.
Beş-on dəstə kişniş idi,
O qocanın qabağında.
Yağış suyu dolanırdı,
Üz, gözündə, yanağında.
Ona baxdım, qoca nənəm,
Gözlərimdə gəlib durdu.
Elə bildim duran yerdə,
Məni bir ildırım vurdu.
Birdən cavan, cumbul oğlan,
"Neçəyədi ala?"-sordu.
Fərəhləndi ala satan,
"On qəpik"dir, bala, - dedi.
– "Belə olur bazarlara,
Bahalığı salırsınız.
Cibimizdə olanları,
Əlimizdən alırsınız".
Bu sözləri bağırtıyla,
Deyib getdi cumbul oğlan.
O qocanın ürəyini,
"Yeyib" getdi cumbul oğlan.
Möhtəkirlik axtarırdı,
Cumbul oğlan bu qarıda.
Bəlkə onun milyon idi-
Həm dövləti, həm varı da.
Kədər məni yaman tutdu,
Xəyallara dalıb getdim.
Üç qat artıq pulun verib,
Göyərtini alıb getdim.
Qarı alıb torbasını,
Yavaş-yavaş addım atdı.
Öz-özümə sual etdim:
– Bu nə gündü, nə həyatdı?
Bəlkə elə bahalığı,
"Cumbul" oğlanlar salırdı.
Yoxsul olan insanlara,
Göyərti satmaq qalırdı.
Qurtuluş Süleymanlı.
ÜNVANIM: Şəki şəhəri, Telefon: (0177) 6-05-94