411/6

ŞƏKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISININ 2007-CİİLİN OKTYABR, NOYABR VƏ DEKABR AYLARINDAŞƏHƏRİN MƏHƏLLƏ, QƏSƏBƏ VƏ KƏNDLƏRDƏ KEÇİRƏCƏYİ SƏYYAR QƏBULLARI HAQQINDA

M   Ə   L   U   M  A   T


 

"Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında (2004-2008-ci illər)" və "Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2003-cü il tarixli Fərmanına uyğun olaraq Şəki Şəhər İcra Hakimiyyəti başçısının yerlərdə səyyar qəbullarının xüsusi qrafik əsasında - mütəmadi keçirilməsi və burada  əhalinin tələb və təkliflərinin öyrənilməsi və icrasına nəzarətin təşkil edilməsini nəzərə alaraq

QƏRARA ALIRAM:

1. Şəki Şəhər İcra Hakimiyyəti başçısının 2007-ci ilin oktyabr, noyabr və dekabr aylarında şəhərin məhəllələrində, qəsəbə və kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki təsdiq edilsin.

2. Səyyar qəbullar zamanı qaldırılan məsələlərin icrasının təmin olunması məqsədilə qanunamüvafiq tədbirlərin həyata keçirilməsi aidiyyəti şöbələrin rəhbərlərinə tapşırılsın.

3. Qəbul zamanı qaldırılan məsələlərin əlavə olunan forma (S29) üzrə hər həftənin şənbə günü analitik sistemə ötürülməsinin təmin edilməsi Şəki Şəhər İH aparatının ümumi şöbəsinin müdiri S. Yusifova tapşırılsın.

4. Səyyar qəbulların təsdiq olunmuş qrafiki yerli mətbuatda dərc olunsun.

 

                               Nazim İBRAHİMOV,

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı.

 

 

ŞƏKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISININ BU İLİN

DÖRDÜNCÜ KVARTALINDA ŞƏHƏRİN MƏHƏLLƏ, QƏSƏBƏ VƏ KƏNDLƏRDƏ KEÇİRƏCƏYİ SƏYYAR QƏBULLARIN QRAFİKİ

 

S/S

Qəbulun keçiriləcəyi yer

Qəbulun keçiriləcəyi tarix

1

Oxud kəndi

04.10.2007

2

Baltalı kəndi

11.10.2007

3

Torpaqağac məhəlləsi

17.10.2007

4

Baş Kəldək kəndi

23.10.2007

5

Fətəli məhəlləsi

01.11.2007

6

Qudula kəndi

07.11.2007

7

Seşməli kəndi

14.11.2007

8

Cəyirli kəndi

21.11.2007

9

Kiş kəndi

06.12.2007

10

Dodu məhəlləsi

11.12.2007

11

Turan qəsəbəsi

19.12.2007

12

Küdürlü kəndi

26.12.2007

<<< Ana səhifə