411/1 

ŞƏKİDƏ "BEYNƏLXALQ MÜƏLLİM GÜNÜ"NƏ

HƏSR EDİLMİŞ TƏDBİR


 

Şəki Şəhər İcra Hakimiyyətinin iclas salonunda "Beynəlxalq müəllim günü"nə həsr edilmiş bayram yığıncağı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov bu bayram münasibətilə Şəkinin bütün təhsil işçilərini təbrik etmiş, onlara yeni-yeni nailiyyətlər və cansağlığı arzulamışdır. İcra başçısı öz çıxışında bildirmişdir ki, bu gün rayonda 4,5 min nəfər müəllim çalışır və 30 min nəfərdən yuxarı şagird təhsil alır. Bu il test imtahanlarında iştirak etmiş 1660 məzundan 352 nəfəri ölkənin müxtəlif ali məktəblərinin tələbəsi olmuşdur. Onlardan 254 nəfəri 2006-2007-ci illərdə orta məktəbi bitirən gənclər, 98 nəfəri isə əvvəlki illərin məzunlarıdır. Tələbə adını qazananlardan 45 nəfəri 500-dən, 21 nəfəri isə 600-dən çox bal toplamışdır. İcra başçısı yüksək bal toplayan tələbələrin adlarını çəkmiş, eyni zamanda ölkə Prezidentinin bir gün öncə imzaladığı sərəncamı ilə 10 saylı orta məktəbin riyaziyyat müəllimi Fikrət Əsgərovun "Əməkdar müəllim" fəxri adının verildiyi, Şəki liseyinin fizika müəllimi Yasin İlyasovun isə "Tərəqqi" medalı ilə təltif olunduğu barədə xoş xəbəri yığıncaq iştirakçılarının diqqətinə çatdırmış və hər iki müəllimi Şəki Şəhər İcra Hakimiyyəti adından təbrik etmişdir.

Sonra çıxışlar başlanmışdır. Söz müəllimlərə verilmişdir. Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Firədun İbrahimov Şəki təhsil işçilərinin uğurlarından danışmış, eyni zamanda təhsildə yol verilən bir sıra nöqsan və çatışmazlıqlardan bəhs etmişdir. Şəkinin baş həkiminin müavini Nağdalı Balaşov və digər təşkilatların rəhbərləri öz kollektivləri adından Şəki müəllimlərinin bayramını təbrik etmişlər.

Daha sonra ictimai-siyasi şöbənin müdiri Rəfael Mənəfov Şəkinin bir qrup qabaqcıl təhsil işçisinin mükafatlandırılması ilə bağlı Şəhər İcra Hakimiyyəti başçısının qərarı ilə yığıncaq iştirakçılarını tanış etmişdir.

– Azərbaycanın daim yüksək amallara xidmət göstərmiş müəllim ordusu ölkəmizin hərtərəfli inkişafı naminə vətənpərvər, yüksək savadlı gənclərin hazırlanması yolunda var qüvvəsini sərf edir. Bütün fəaliyyətini olduqca qədim, nəcib və xeyirxah bir işə – insanların savadlanması işinə həsr edən müəllimlərimizin əldə etdiyi nailiyyətlər bizi çox sevindirir. İftixar hissi ilə qeyd olunmalıdır ki, zəngin maarifçilik ənənələrinə malik təhsil sistemimiz aparılan islahatlar nəticəsində bu gün müasir beynəlxalq standartlara cavab verməkdədir. Şəkinin təhsil işçiləri də bütün dövrlərdə zamanla həmahəng addımlayıb, gənclərin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində əllərindən gələni əsirgəmirlər. "Beynəlxalq Müəllim günü" münasibətilə Şəkidə təhsil sahəsində əldə etdikləri uğurları və gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərini nəzərə alaraq –

 

ŞƏKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISI NAZİM İBRAHİMOVUN TƏBRİKİ

 

QƏRARA ALIRAM:

Adları qeyd olunan müəllimlər qiymətli hədiyyələrlə mükafatlandırılsınlar:

 

1.HƏMİDOV Elşad Həmid oğlu - Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının müəllimi.       

2.CƏLİLOVA Samirə Nadir qızı - Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının müəllimi.       

3.MƏMMƏDOV Teymurçin Müxrəddin oğlu - Şəki Pedaqoji Texnikumu direktorunun müavini.

4.BAĞBANLI Arif Ələkbər oğlu - Şəki Pedaqoji Texnikumunun müəllimi.

5.MƏHƏRRƏMOV Mənsur Yusif oğlu - Şəki Dövlət Texniki Kollecinin müəllimi.

6.İSMAYILOVA Səba Ələfsər qızı - Şəki Musiqi Texnikumunun müəllimi.

7.ƏHMƏDOVA Rəna Qurban qızı - Şəki şəhər 3 saylı orta məktəbin ingilis dili müəllimi.

8.HƏŞİMZADƏ Bəyaz Səttar qızı - Şəki şəhər 5 saylı orta məktəbin ibtidai sinif müəllimi.

9.AĞAYEVA Arzu Rauf qızı - Şəki şəhər 8 saylı orta məktəbin rus dili müəllimi.

10.MƏMMƏDOVA Qəribə Həbibulla qızı - Şəki şəhər 10 saylı orta məktəbin ibtidai sinif müəllimi. 

11.MUXTAROVA Xalidə Məmmədsaleh qızı - Şəki şəhər 11 saylı orta məktəbin dil, ədəbiyyat müəllimi.

12.ABDULHƏMİDOVA Talehə Fərrux qızı - Şəki şəhər 12 saylı orta məktəbin ibtidai sinif müəllimi.

13.CABBAROVA Səyyarə Bəxtiyar qızı - Şəki şəhər 20 saylı orta məktəbin ədəbiyyat müəllimi.

14.HƏSƏNOVA Solmaz İslam qızı - Şəki Fizika-Riyaziyyat və Humanitar Təmayüllü Liseyin ibtidai sinif müəllimi.

15.SADIQOVA Əminə Kamil qızı - Şəki şəhər 18 saylı orta məktəbin tarix müəllimi.

16.ƏHMƏDOV Əhməd Qiryət oğlu - Şəki Şəhər Təhsil Şöbəsinin metodisti.

17.HƏSƏNOV İsmixan Müslüm oğlu - Baş Göynük kənd 2 saylı orta məktəbin ingilis dili müəllimi.

18.MƏMMƏDOVA Simuzər Zaman qızı - Baş Göynük kənd 1 saylı orta məktəbin ibtidai sinif müəllimi.

19.BAXIŞOVA Bahirə Ramiz qızı - Kiş kənd 4 saylı orta məktəbin ibtidai sinif müəllimi.

20.HƏMİDOVA İqlimə Hüseyn qızı - Baş Zəyzid kənd orta məktəbin ibtidai sinif müəllimi.

21.KƏRİMOVA Dilarə Məmmədəli qızı - Baş Küngüt kənd orta məktəbin ingilis dili müəllimi.

22.CÜMƏZADƏ Pəri Şaban qızı - Şəki şəhər 2 saylı Uşaq Bağçasının müdiri.

 

Nazim İBRAHİMOV,

                                               Şəki Şəhər İcra Hakimiyyətinin başçısı. 

 <<< Ana səhifə