ALMANİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ DOKTOR PER KRİSTOFER ŞƏKİNİN QONAĞI OLMUŞDUR
Şəhər icra hakimiyyətində keçirilən görüşdə hörmətli qonağı səmimi salamlayan icra hakimiyyətinin başçısı Nazim İbrahimov, ölkələrimiz arasında ikitərəfli - istər iqtisadi, istərsə də mədəni sahədə əlaqələrin uğurla inkişaf etdiyini xüsusi vurğulamışdır. Səfir PerKristoferStankina bu səfərin qədim Şəki ilə daha yaxından tanış oimaq, habelə rayonun təhsil müəssisələrində alman dilinin tədrisi vəziyyətini öyrənmək məqsədi daşıdığını diqqətə çatdırmışdır.
Azərbaycan - Almaniya əlaqələrinin bütün sahələr üzrə sürətlə inkişaf etdiyini məmnunluqla qeyd edən səfir, Şəki şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulmasında Almaniyanın KFT Bankı ilə əməkdaşlığın daha da genişləndirilməsində mühüm rol oynayacağını, artıq yaxın bir neçə həftədən sonra layihənin reallaşması istiqamətində konkret işlərə başlanılacağını qeyd etmişdir.
Şəkinin tarixi, mədəniyyəti və turizm imkanları imkanları barədə məlumat verən icra başçısı Nazim İbrahimov Şəki "Xan sarayı"nın bərpasında alman mütəxəssislərinin əməyini çox yüksək qiymətləndirmiş, gələcəkdə Şəki ilə Almaniyanın müxtəlif şəhərləri arasında dostluq və qardaşlıq münasibətlərinin yaradılmasının turizm və mədəni sahədə əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini bildirmiş, alman turistlərini və iş adamlarını Şəkiyə dəvət etmişdir.
Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim edilmişdir.
Sonra səfir PerKristoferStankina, Regional Turizm İnformasiya Mərkəzində Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadovanın və şəhər təhsil şöbəsinin müdiri Firədun İbrahimovun iştirakı ilə Şəki rayonunda alman dilini tədris edən müəllimlərlə görüşmüş, onların arzu və təkliflərini dinləmişdir. Səfirə məlumat verilmişdir ki, hazırda rayonun 9 məktəbində alman dili fənni tədris olunur. Bu fənnin tədrisi ilə 13 nəfər ali təhsilli müəllim məşğuldur. Alman dilini öyrənən şagirdlərin sayı isə 1072 nəfərdir.
Səfər proqramına uyğun olaraq Almaniya səfiri daha sonra Orta Zəyzid kəndindəki 1 nömrəli orta məktəbə getmiş, müəllim və şagirdlərlə görüşmüş, tədris ocağına dərs ləvazimatları hədiyyə etmişdir.
M. Salis