"Şəkinin-səsi "qəzetini təsisçi Baş redaktoru Salis Məmmədov 1965-ci ildən indiyə kimi həm də "İpəkçi" qəzetinin redaktorudur.Təvəllidlü 1932-ci Ildır. Bu il 75 yaşı tamam olur. O, SSRI dövründə "Şərəf nişanı" ordeninə, "Lenin Yubiley" medalına və Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına, Azərbaycanın müstəqillik illərində isə "Əməkdar jurnalist" fəxri adına və "Tərəqqi" medalına layiq görülmüşdür.
Salis Məmmədov öz cəsarətli jurnalistlik fəaliyyətinin nəticəsi kimi, istər Sovet, İstərsə də müstəqillik illərində təzyiqlərə məruz qalmışdır. O, Azərbaycanda Sovet dövründə nəşr olunan qəzetlər arasında 1-ci olaraq, redaktorluq etdiyi "İpəkçi" qəzeti üçün, ənənəvi "Bütün ölkələrin proletarları birləşin" şüarından və Azərbaycan KP Səki İpək İstehsal birliyi PK-nin təsisçiliyindən imtina etmişdir! Kim belə bir işə cəsarət edə bilərdi?!
Lakin 1992-1993-cu illərdə - Xalq Cəbhəsinin dövründə, Salis Məmmədova qarşı təzyiqlər daha da artmışdır. Hətta o vaxtkı Mətbuat və İnformasiya naziri Sabir Rüstəmxanlı 2 dəfə televiziyada çıxış edərkən "İpəkçi" qəzetinin ünvanına kəskin fikirlər söyləmiş, onu "Şəkidə oturub, Bakıdakı rəhbərlərin işlərinə qarışmaqda" günahlandırmışdır. "İpəkçi" dövlət müəssisəsinin qəzeti İdi. İstəyirdilər ki müəssisə rəhbərliyinin əli ilə Salis Məmmədovu "təqaüdə" göndərsinlər. Məhz bu zaman müstəqil bir qəzetin, "Şəkinin səsi" nin, yaradılması ideyası meydana çıxdı. Amma necə? Sabir Rüstəmxanlı imkan verərdimi ki o, yeni qəzet təsis eləsin? Üstəlik, təsis üçün dövlət rüsumu da Salis Məmmədovun maddi imkanı ilə müqayisədə çox böyük məbləğ İdi.
Salis Məmmədov "Şəkinin səsi"nin, Mətbuat və İnformasiya Nazirliyində qeydiyyatdan keçməsi üçün o vaxtkı Respublika Prokuroru İxtiyar Şirinova müraciət etdi. Baş prokurorun işə qarışması nəticəsində yeni qəzetin yaradılması yolunda əsas maneə aradan qalxmış oldu. "Şəkinin səsi" üçün dövlət rüsumunu isə Ali Sovetin o vaxtkı deputatı, dostumuz Kazım Məmmədov ödədi ...
1993-cü ilin iyun ayının 15-də, Azərbaycanda ictimai-siyasi vəziyyət xeyli kəskin idi Axşam Milli Məclisdə, Milli Məclisin həm də Prezident səlahiyyətlərini icra edəcək sədri seçilməli İdi. Belə bir gündə, günorta vaxtı "Şəkinin səsi" qəzetinin 1-ci sayı Şəki mətbəəsində nəşr olunurdu. "Şəkinin səsi" qəzeti artıq Azərbaycan ictimaiyyətinə məlumat verirdi ki: "Heydər Əliyev Milli Məclisin sədri seçilmişdir!"
Bəli, Salis Məmmədov əmin idi ki məhz, Heydər Əliyev Azərbaycan Milli Məclisinin sədri olacaqdır!
İndi həmin gün, "qurtuluş günü"dür ...
Baxmayaraq ki Salis Məmmədov, Vəzirov, Mütəllibov, Xalq Cəbhəsi dövründə mərhum, sabiq Prezident Heydər Əliyevi cəsarətli məqalələri ilə müdafiə etmişdir, halbuki həmin vaxtlar o, dövlət müəssisəsi qəzetinin redaktoru İdi və bu yazılarına görə onu vəzifəsindən uzaqlaşdıra bilərdilər, Əliyevlərin hakimiyyəti dövründə isə onlardan 2 təbrik teleqramı və bir də "dəmir" Tərəqqi "medalından qeyri, heç nə almamışdır. Halbuki, "Heydər Əliyev" ordeninin təsis edilməsinin əsas təşəbbüskarı, məhz, Salis Məmmədov olmuşdur və bu hamiya məlumdur - Milli Məclisdə səslənmişdir! Heydər Əliyev, Salis Məmmədovu şəxsən tanıyırdı. Bir dəfə, o, Azərbaycan Ali Sovetinin deputatı kimi, Ali Sovetin sessiyasında iştirak edərkən, Şəkidən seçilmiş deputat Cingiz Əfəndiyevlə söhbət edərkən, onu dəstəklədiyinə görə Salis Məmmədova minnətdar olduğunu bildirmişdir.
Lakin Salis Məmmədov, Əliyevlərin hakimiyyəti illərində bir jurnalist kimi daha cox çətinliklərlə qarşılaşdı. 1994-cu ildə mərhum, sabiq prezidentin adından sui-istifadə edən Nuşirəvan Məhərrəmli - indiki Milli Televiziya və Radio Şurasının sədri, Şəki İH başçısına "Səkinin səsi"nin nəşrini dayandırılması barədə saxta göstəriş verdi, baxmayaraq ki bu qəzet bəzi KIV kimi heç vaxt yalan və böhtana görə məhkəmə tərəfindən cərimə edilməmiş, Azərbaycanın suverenliyini, daima müdafiə etmiş və s. Məsələni şəxsən araşdıran Salis Məmmədov, Nuşirəvan Məhərrəmlinin saxtakarlığa yol verdiyini, prezidentin adından sui-istifadə etdiyini, Prezidentin isə əslində bu məsələdən xəbərdar olmadığını öyrənir və nəticədə "Şəkinin səsi"nin nəşrinə qoyulmuş saxta qadağan öz "qüvvəsi"ni itirmiş olur!
Salis Məmmədov "Şəkinin-səsi" ilə yanaşı həm də 1933-cu ildən çap edilən fəhlə qəzetinin - "İpəkçi"nin də nəşrini dayandırmır. Bu isə Azərbaycanda nəşri davam edən yeğanə fəhlə qəzeti, Sovet termini ilə desək yeganə "çoxtirajlı" qəzetdir. Baxmayaraq ki Salis Məmmədovun heç bir maddi-texniki bazası, hətta kompüteri belə yoxdur! Yalniz bu yaxınlarda AFFA-nin prezidenti Ramiz Mirzəyev Salis Məmmədova bir foto aparat hədiyyə etmiş və Şəki şəhər İcra Hakimiyyəti başçısı Nazim İbrahimov isə "Şəkinin səsi" qəzeti üçün İcra hakimiyyəti aparatının binasında otaq ayırmışdır.
15 iyun 2007
Aydın Məmmədov
Həmçinin, bax: 44 il BİR qəzeti redaktə etmiş adam - Salis Məmmədov 29 yanvar 2009-cu il tarixdə, 76 yaşında dünyasını dəyişdi