"Jahrbuch Aserbaidschanforschung”un həmtəsisçi-redaktorları:
1. Mərdan Ağayev. Təvəllüdü 1976-cı ildir. Azərbaycan Dillər Universitetinin alman dili fakültəsini bitirib. Sonra DAAD adlı alman fondunun yolu ilə Almaniyada təhsilini davam etdirmişdir.
2. Ruslana Süleymanova. Təvəllüdü 1974-cü ildir. Azərbaycan Dillər Universitetinin alman dili fakültəsini bitirib, eyni zamanda Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunda təhsil alıb. O da Almaniyaya DAAD adlı alman fondunun yolu ilə getmiş və orada təhsilini davam etdirmişdir.
"Jahrbuch Aserbaidschanforschung”un sponsoru:
Başar Kömür. Dünya Azərbaycanlıları Konqresinin sədr müavinidir. O, "Jahrbuch Aserbaidschanforschung”un bütün nəşriyyat xərclərini öz üzərinə götürmüşdür.
"Jahrbuch Aserbaidschanforschung”un nəşr olunduğu yer:
Berlin şəhəri. “Köster” nəşriyyatı.
"Jahrbuch Aserbaidschanforschung”un satış qiyməti:
24,80 Avro.
"Jahrbuch Aserbaidschanforschung”un e.maili:
jaf.aserbaidschan@gmail.com (Yalnız alman dilində yazılmış elmi məqalələr qəbul olunur).
"Jahrbuch Aserbaidschanforschung”un yaranması və məqsədi (yaxud bu məcmuənin “Ön söz”ündə onun həmtəsisçi-redaktorları nə deyirlər) :
„Azərbaycan Tədqiqatları” adlı elmi məcmuənin yaranma ideyası 2005-ci ilin sentyabr ayında bu məcmuənin naşirləri ilə bir alman azərbaycanşünas alimin arasında getmiş söhbətdən irəli gəlmişdir. Bu alman tədqiqatçısı söhbət əsnasında Azərbaycan alimlərinin öz vətənləri haqqında yazdıqları elmi əsərlərin Almaniyada heç tanınmadığını dilə gətirmiş və bunu bir irad kimi bildirmişdi. Bununla da, Azərbaycan haqqında aparılan elmi məlumatlarda elə bir boşluq yaranmışdır ki, bu boşluq ölkəyə dərindən bələd olan şəxslər tərəfindən deyil, „yalançı alimlərin” tədqiqatları tərəfindən doldurulur. Bu iradı nəzərə alaraq, biz belə bir fikrə gəldik ki, elə bir illik məcmuə yaradaq ki, burada nəinki Azərbaycan alimlərinin, habelə alman tədqiqatçılarının Azərbaycanla bağlı elmi əsərlərini toplayaraq nəşr etdirək. Təqdim olunan məcmuə Azərbaycanla bağlı olan müxtəlif sahələri əhatə edir: siyasət, iqtisadiyyat, tarix, dil və ədəbiyyat. Məqalələrin müəllifləri təkcə Azərbaycanda deyil, Avropanın başqa ölkələrində də, məsələn, Almaniya, Fransa, Niderlandda yaşayırlar. Azərbaycan dilində yazılmış məqalələrin qısa məzmunu alman və ingilis dilində də təqdim olunur. Bu, ilk növbədə Azərbaycan dilini bilməyən əcnəbi mütəxəssislərə həmin məqalədə nədən söhbət getdiyini bildirmək üçündür. Yeri gəlmişkən qeyd edək ki, təqdim olunan məqalələrin məzmununa görə naşirlər heç bir məsuliyyət daşımırlar.
Ən sonda, bizə bu məcmuənin ərsəyə gəlməsində kömək etmiş şəxslərə öz minnətdarlığımızı bildirmək istəyirik: Boxum şəhərindən olan xanım Ute Fervimpə, cənab Malte Arends və Ştefan Şaaka, Münster şəhərindən olan cənab Kristian Bertholda, Mayns şəhərindən olan xanım Analiza Kömürə, xanım Katrin Hersberqə, xanım Demet Gökə və Marburq şəhərindən olan Ulrike Vilmsmayerə öz təşəkkürümüzü bildiririk. Bütün nəşriyyat xərclərini öz üzərinə götürmüş Dünya Azərbaycanlıları Konqresinin sədr müavini cənab Başar Kömürə (Mayns şəhərindən) dərin minnətdarlığımızı bildirmək istəyirik. Və sonda bizə hər gün, hər an mənəvi dayaq olmuş Qönçə Yusifovaya və Azad Hacıyeva dərin hörmətimizi bildiririk.
"Jahrbuch Aserbaidschanforschung” haqqında əlavə məlumat
"Jahrbuch Aserbaidschanforschung” hələ nəşr olunmamışdan əvvəl – yanvar ayının 18-də, Azadlıq radiosunun “Qlobus” verilişi onun barəsində məlumat yaymışdır. Nəşr olunandan sonra isə daha da məşhurlaşdı Avropadakı bir çox kitabxanalar onu satın alaraq öz fonduna daxil etmişdir.
"Jahrbuch Aserbaidschanforschung” un Bakıda təqdimat mərasımı
Mart ayının 14-də Azərbaycan Dillər Universitetinin kitabxanasında Almaniyada yenicə nəşrə başlamış "Jahrbuch Aserbaidschanforschung” (“Azərbaycan Tədqiqatları") adlı elmi məcmuənin 1-ci buraxılışının təqdimetmə mərasimi olmuşdur.
Yığıncağı Azərbaycan Dillər Universiteti Alman dili tərcüməci fakültəsinin dekanı Vilayət Hacıyev açdı. O, tədbirdə iştirak edən tələbələrə bu Universitetin məzunları və onun keçmiş tələbələri olan Mərdan Ağayevlə Ruslana Süleymanovanı nümunə göstərərək, onların Almaniyada gördükləri böyük iş – "Jahrbuch Aserbaidschanforschung” u nəşr etmələri barədə məlumat verdi. (Yeri
Sonra "Jahrbuch Aserbaidschanforschung”un 2 həmtəsisçi-redaktorundan biri olan Mərdan Ağayev çıxış edərək məcmuənin nəşr olunma prosesindən, bu zaman meydana çıxan bəzi problemlərdən bəhs etdi. "Jahrbuch Aserbaidschanforschung” ilk buraxılışında məqaləsi dərc olunmuş müəlliflərdən, Azərbaycan Dillər Universitetinindən elmlər namizədi Çərkəz Qurbanlı, Bakı Dövlət Universitetindən professor Vaqif Süleymanlı, Vahid Zahidoğlu çıxış edərək "Jahrbuch Aserbaidschanforschung” nəşrini alqışladılar və Mərdan Ağayevə minnətdarlıqlarını bildirdilər.
Sonda, Mərdan Ağayev "Jahrbuch Aserbaidschanforschung” ilk buraxılışında məqaləsi dərc olunmuş müəlliflərdən bu tədbirdə iştirak edənlərin hər birinə onlara məcmuənin “Köster” nəşriyyatından hədiyyə kimi göndərilmiş 1 nüsxəsini və Almaniya qonorar fondunun blanklarını təqdim etdi və kollektiv şəkil çəkdirildi.
Aydın Məmmədov
- Həmçinin, "Jahrbuch Aserbaidschanforschung” un nəşrini və təqdimat mərasimini Azərbaycan KİV tərəfindən işıqlandırılmaması barədə felyetonu oxumaq üçün bax: >>>
- yenə bu mövzuda Almaniya səfirinin dedikləri öyrənmək üçün bax: >>>
- həmçinin, Mərdan Ağayevin 4 il əvvəl Almaniyadakı fəaliyyətinə dair Azərbaycan KİV-nin yaydığı bir xəbərlə tanış olmaq üçün bax:>>>
- həmçinin, Mərdan Ağayevin 2 il əvvəl Almaniyadakı digər fəaliyyətinə dair "Trend" İnformasiya Agentliyinin yaydığı bir xəbərlə tanış olmaq üçün bax:>>>
- Həmçinin, bax 14 mart təqdimat mərasimində çəkilmiş foto şəkillərə