MİLLİ QƏHRƏMAN  ÇİNGİZ MUSTAFAYEVİN AD GÜNÜ ONUN ANA YURDU ŞƏKİDƏ GENİŞ QEYD EDİLMİŞDİR


    
     2-ci aparıcı: – Dünyada çox şeylərə ümid bəsləmişik, çox şeylərə ümidlə baxmışıq. Hətta, düşmənlərimizə ümid bəsləmişik sonunda onların xeyrinə uduzmuşuq. Çingiz onun təki neçə-neçə oğulların vaxtsız axan qanı, cavan gəlinlərin dul qalması, balaların atasız böyüməsi, anaların kökslərindən vulkan təki püskürüb çıxan, övlad harayı, bir-birinin ardınca verilən vətən torpaqları, bir-birini boy-boy oxşayan qara mərmərli daş məzarlar bəslədiyimiz ümidlərin qurbanı oldu.

Baş aparıcı:

– Elə ümid etdik ki, bu günümüz tapdandı, sabaha ümidlə baxdıq. Yenə gözləyək, ümid edək. Yeganə bir şeyi unutmamalıyıq, qanla, qurbanla, şəhidlə verdiyimiz torpağı qanla, mərdliklə döyüşərək, çətinliklərə sinə gərərək alacağıq.
Başqa çıxış yolumuz yoxdur. Biz bizdən zor gücünə alanları özümüzə qaytarmalıyıq. Bu gün çətinliklə olsa, ümummilli liderimiz mərhum H.Əliyevin səyləri nəticəsində əldə etdiyimiz müstəqilliyimizi, azad bir dövlət kimi fəaliyyətimizi qoruyub saxlamalıyıq. (Mahnı səslənir). Bu gün Çingizin ismi qocadan-cavana, böyükdən-kiçiyə hamının dilinin əzböərinə çevrilib. Çingizin qəlbindəki vətən sevgisi, torpaq məhəbbəti onun xalqın, millətin gözündə pillə-pillə, damla-damla zirvələrə qaldırır. Bu gün Azərbaycan Respublikasında fəaliyyət göstərən bir neçə müəssisə, şirkət, təhsil-tərbiyə ocaqları Azərbaycanın Milli qəhrəmanı Çingizin adını daşıyır, xatirəsini əziz tutur. Hər sabah "Döyüş alnınıza yazılıb" deyərək Azərbaycan xalqını səfərbərliyə, birliyə səsləyən, bir zamanlar mərhum Çingizin demək istədiklərini izləyicisinə çatdırmağa çalışdıqlarını – layiqincə icra edən ANS ÇM radiosu da Milli Qəhrəmanın adını daşıyır.

1-ci aparıcı:

– Səsin Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda belə eşidilən ANS Şirkəti qərəzsiz, vicdanlı, milli ruhda qurduğu rejimi ilə özünün adını daşıdığı şəhidin ucalığını təsdiqləməyi bacardı. Əslində, Çingiz Azərbaycan xalqı tərəfindən sağlığında da qəbul olunmuşdur. Azərbaycan Çingizi elə Çingiz olduğuna görə sevib qəbul edib.

2-ci aparıcı:

– Sən bəlkə dünyanın ən xoşbəxti, ən bəxtəvərisən, şəhid qardaşım! " üçün" sorma. Çünki səbəbi bəllidir. Ali bir zirvəyə ucalmısan. Sən şəhidsən. Doğulduğun, boy atdığın torpağın qəhrəman şəhidi! Böyüdüyün ana vətənin ölməz, həmişəyaşar şəhidi! Bu gün dönüşü mümkün olmayan, getdiyin son yol, səni torpağın qoynuna yox, ölməzliyin zirvəsinə, əbədiliyyə damla-damla qovuşdurur. Şirin canından çox sevdiyi Azərbaycanın vurğunu idin, sevirdin millətini, xalqını, torpağını. Millətpərəst, azadlıq sevən bir igid, bir ərən idin. Çingizi susdurmaq, “dondurmaq mümkün deyildi. O, Azərbaycan üçün doğulmuşdu. Azərbaycan uğrunda da şəhid, qurban oldu.

1-ci aparıcı:– Bu gün danılmaz bir reallıqla üz-üzəyik ki, hər bir sabahı görmək istəyən gənc ilk növbədə Çingiz məktəbinin yetişdirməsi olsun. Ömrünü təmənnasız bəşər ömrünə calasın. Tarixin yaddaşına təkrarsız iz salsın. Tanrının ömür payı bəxş etdiyi hər bir bəndənin qisməti deyil, ola da bilməz. Ey Azərbaycanın əyilməz, sınmaz, qürurlu gələcəyi olan gəncləriheç olmasa bu gün qismətinizə düşən ömür payını elə yaşayın ki, geri dönərkən arxada qoyduqlarınızı görüb üzünüz qızarmasın.

Ey Azərbaycan gənci! Gözün görə-görə adicə ömrünü ləyaqətlə, dəyanətlə, qürurla, başucalığı ilə yaşa. Necə ki, Çingiz yaşadı. Qısa, lakin mənalı, maraqlı bir ömür. Sən yaşa ki, səni yaşatsınlar. Sən qoru ki, səni olduğun kimi qarşılayıb, qorusunlar, sən xalqını, millətini sev ki, o da zamanında səni sevsin, bağrına bassın. Bir sözlə gənc Azərbaycınımın gənc övladı, unutma ki, səni unudub yaddan-çıxarmasınlar.ahnı, rəqs son.

 <<< Ana səhifə