MİLLİ QƏHRƏMAN  ÇİNGİZ MUSTAFAYEVİN AD GÜNÜ ONUN ANA YURDU ŞƏKİDƏ DƏ GENİŞ QEYD EDİLMİŞDİR


<<< əvvvəli

Ceyhun. 1990- ilin yanvarı. Şəhərdə vəziyyət ağır idi. Çingiz komendant saatında bir yerdə dayanmırdı: bir sualın cavabını tapmaq istəyirdi. Bu insanların tökülən qanlarına görə kim məsuliyyət daşımalıdır?!

1990- il. Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu 1991-ci ildə Azərbaycan dövlət televiziyasında telereportyor kimi çalışmağa başladı. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkləri tezliklə Amerika Avropanın aparıcı teleagentlikləri televiziyalarına yol tapdı. Beləliklə, Çingiz "215 KL" studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə "215 KL" studiyasını tamaşaçılar da məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.

Ekranda "215 KL" studiyası ilə bağlı "Şuşa kadrı" göstərilir.

Ceyhun:

Çingiz qismətini İnşaat Mühəndisləri İnstitutunun rəqs kollektivi ilə Bolqarıstana getdiyi qastrol səfərində tapdı. 1990- ildə evləndi, ailə qurdu. Bundan sonra da Çingiz tez-tez döyüş bölgələrinə baş çəkirdi. Uşaqları çox sevən Çingiz özü ata oldu. Ancaq doğma balasının üzünü doyunca görə bilmədi. Anası da onun nigarançılığını çəkirdi. Çingiz tez-tez döyüş bölgələrinə gedib-gəlirdi. Anası qədər yalvarırdı, ağlayırdı, onu saxlamaq mümkün olmurdu. O, tək reportyor yox, həm mübariz vətənpərvər döyüşçü idi.

Naxış ananın narahatçılığı əslində təkcə Çingizdən deyildi. O biri oğlanları Vahid Seyfulla da tez-tez cəbhə bölgəsinə yollanırdılar. Naxış ana gecə-gündüz Allaha yalvarırdı: – başqa cavanlarla bərabər 3 oğlunun da bəladan uzaq olmasını diləyirdi.

1991-ci il. Noyabrın 20-si. İçərisində Azərbaycanın bir qrup dövlət xadimləri ziyalılarından ibarət olan vertolyot Ağdamın Qarakənd kəndində qəzaya uğradı. Çingiz isə bura gələn ilk reportyorlardan oldu.

 

Ç. Mustafayev Azərbaycan-Ermənistan müharibəsinin 1992-ci ilə qədər olan əsl salnaməsini yaratdı. Bütün dünya onu daha çox Xocalı faciəsinin dramatik səhnələrini lentə alarkən xalqın faciəsinə ağlayan Çingizin fəryadı ilə tanıdı.

1991-ci il. Reportyor fəaliyyətinə Qarabağ müharibəsi ilə eyni vaxtda başlayan Çingiz televiziya sahəsində cəmi bir ilə yaxın çalışdı. Amma, bu az müddətdə onun səsi nəinki Azərbaycan Rusiyanın, hətta dünyanın ən qabaqcıl telekanallarından gəlməyə başladı.

1992-ci il, iyunun 13-ü. Çingiz qardaşı Vahid Mustafayevlə birgə Ağdamın Naxçıvanik kəndində oldu. Həmin gün səhər Vahid döyüş bölgəsindən çəkilən lenti Moskvaya apardı. Həmin vaxt Vahid Mustafayev "Vesti" proqramına da reportajlar hazırlayırdı. 1992-ci il iyunun 15-i. Ağdamın Naxçıvanik kəndi. Azərbaycan ordusu Naxçıvanik uğrunda hücuma keçdi. Əsgərlərin önündə olan reportyor Ç. Mustafayev hücumun ən şiddətli anlarını lentə aldı.

Bu vaxt səs kəsilir. Ekranda kadrlar nümayiş olunur. Bütün yuxarıda göstərilən mətn saat əqrəbinin səsi ilə müşayiət olunmaqla oxunur. Çingizin yaralanması epizodu göstərilərkən saat səsi yüksəlir birdən dayanır.

Rasim:--O, ölümü ilə göstərdi ki, öləndə bax belə ölərlər.

Çingiz şəhiddir! Azərbaycan torpağının şəhidi! Çingiz hər kəsə nəsib olmayan müqəddəs bir ziyarətgahda Şəhidlər Xiyabanında uyuyur.

Ana gözləyirdi ki, oğlunun neçə-neçə yaşını qeyd edəcək, neçə-neçə şam yandıracaq. 32 son. Varlıqla yoxluq arasında qısa məsafə belə göstərilirmiş.

Ağlama Naxış ana! Onlar ölməyib ki, sən ağlayasan. İnsanlıq, mənlik, şərəf öz yerindədir. Şəhidlər heç vaxt ölmür.

Ç. Mustafayevin yaşadığı ömür, gördüyü işlər, canını belə əsirgəmədiyi Vətən indi onu unutmur illər keçsə unutmayacaq. Unudulmayanlar isə yalnız cismən həyatdan gedənlərdir

Bu gün Qafqazda Mərkəzi Asiyada ilk olan ANS, ÇM 102 FM radiostansiyası məhz Ç. Mustafayevin adını daşıyır "Döyüş alnımıza yazılıb" devizi ilə fəaliyyət göstərir.

Səs: – Radionun devizi səslənir. Bundan sonra saat əqrəbinin yenidən səsi eşidilir. Bu, Çingizin ölümündən sonra onun yeni bir ömür yaşamasını göstərir.

Ceyhun: – 2007-ci il. Öz ölümünü kameraya köçürən, lakin ölümündən sonra ölməzliyin zirvəsinə qalxan Ç. Mustafayev 13 ildir ki, bu xalqın qəhrəmanıdır. Ermənilərin Azərbaycana qarşı həyata keçirdikləri soyqırım siyasətini lentə alıb, bütün dünyaya çatdıran Milli Qəhrəmanımızın cəsarəti, mübarizliyi qəhrəmanlığı bu gün gənclərə jurnalist nəslinə bir örnəkdir.

Kadrlar: H. Əliyev: – "Çingizlə bağlı fikirləri" şərh olunur.

Səhnədə daha iki aparıcı "peyda" olur.

1-ci aparıcı:

Bu gün Ç. Mustafayevin əbədi təntənəsinin bayramıdır. Buraya yığışdığımız bu mədəniyyət ocağı da elə Milli Qəhrəmanın adını daşıyır. Bu klub şəkili balalara demək olar ki, Ç. Mustafayevdən yadigar, müqəddəs bir məkandır.               

2-ci aparıcı:

Bir ildir ki, bu ocaq belə hərarətlə, istiqanlılıqla çalışır, bu günü səbirsizliklə gözləyir. İnşallah, neçə-neçə illər keçəcək, bu ocaq daima vətən oğullarını yad edəcəközü vətənpərvərlər yetişdirəcək. onların şərəfinə neçə-neçə təntənəli günlər keçirəcək. Bir daha Milli Qəhrəman Ç. Mustafayevin timsalında vətən uğrunda həlak olan bütün oğulların qarşısında baş əyirik. Qoy, onların ruhu şad olsun.

Bu anım bayram münasibətilə biz Ç. Mustafayevin anası ailə üzvləri qarşısında baş əyirik onun oğlunun timsalında bütün Azərbaycan oğullarına Çingiz kimi vətənpərvər qəhrəman olmağı arzulayırıq.

Bu gün biz bütün şəhid anaları qarşısında baş əyirik.

Seçdiyi yola, məslək, bütün varlığı ilə inanan, ömrü boyu yaralı, dəyərli işlər görməyə can atan, bununla da adilikdən ayrılanölümündən sonra daha bir ömür yaşadan, unudulmaz bir insan olan Çingiz Mustafayevin bu gün doğum günüdür.

Mahnı.

1-ci aparıcı: – Ç. Mustafayev vətənpərvər bir azəri oğlu idi. Təbiət bu cavana istedadı səxavətlə bağışlamışdı. O, hisslərini həm sözlə, həm qəlbi ilə ifadə edə bilirdi. Özü ortabab yox, yüksək səviyyədə. Belə zəngin istedadın bol-bol bəhrələr verməsi üçün uzun ömür bəlkə adi adamlara lazım olduğundan daha da artıq ömür gərək idi. Lakin istedad verməsi ilə səxavətli olan təbiət bu yerdə xəsislik edib, o, erkən açdı, tez soldu. Ancaqyox, o ölümü ilə ölməzliyə qovuşdu.

Çingiz haqqında mahnı səslənir

1-ci aparıcı sözünə davam edir: Bu gün Çingizin keçdiyi qısa, lakin şərəfli ömür yolu, hər bir gəncə, vətəninə, xalqına qəlbən bağlı olan hər bir Azərbaycan övladına bariz nümunə olmalıdır. Çingiz Azərbaycan üçün doğuldu Azərbaycan üçün canını qurban verdi. Əslində, Çingiz kimi el oğullarımız, qəhrəmanlarımız, öz əməlləri ilə ölümdən qat-qat güclü olduqlarındanaciz, cılız ölüm onların mövcudluğundan, var olmalarından qorxub çəkinir, öz qüdrətini, bacarığını göstərə bilmir."

Fikirlər içində çırpınır könlüm,

Gedən yer üzünə bir daha gəlmir.

Həyatda hamını qoparır ölüm,

Yalnız dahilərə toxuna bilmir.

Bircə şəhidlərə dolaşa bilmir

Yalnız Çingizləri öldürə bilmir.

2-ci aparıcı: Sonu görünməyən ucsuz-bucaqsız, öz arzusu ilə seçdiyi bu yolda elin şəhid övladı, Azərbaycanın Milli Qəhrəmanı kimi hər kəsə nəsib olmayan uca zirvəyə qalxdı. Çingiz getdiyi yolun çətinliyinə qədər məsuliyyətli olduğundan xəbərdar idi, ölümünün onu addım-addım izlədiyini, onu hər vaxt yaxalaya biləcəyini çox gözəl anlayırdı. Lakin buna baxmayaraq, seçdiyi haqq yolundan dönmədi.

"Cənab leytenant"  mahnısı səslənir.

1-ci aparıcı:--Sonunda Çingiz tale kitabının vaxtsız vərəqlənib, bitməsi, ömür karvanının qırılıb yarı yolda qalmasına baxmayaraq istədiyinin müəyyən hissəsinə nail oldu. Arzularını, çatdırmaq istədiyini bəyan etməyə, sübuta yetirməyə, çətinliklə, əzab-əziyyətlə sonu ölüm olsa belə nail oldu. Sonunda yetişdi Çingiz öz arzuladıqlarına. Gözləri ilə görməsə ruhu duydu. Sonda böyük lider H. Əliyev müstəqil, suveren, demokratik bir dövlət kimi Azərbaycanın bünövrəsini qoydu.

2-ci aparıcı: Çox təəssüf əfsuslar ki, şərəfli missiyanı yerinə yetirmək üçün, vətən, torpaq yolunda canını qurban vermiş Çingiz bu günləri görmədi. Bu gün bizim Çingizə, onun fenomenliyinə, istedadına, daha doğrusu Çingizin özünə onun bizə olduğundan daha çox ehtiyacımız var. Bizim Çingizdən öyrənməli, eşitməli, duymalı olduğumuz çox həqiqətlər, açılmamış düyünlər var. Çingizdən sonra bağlı qalmış qapıların açılması üçün açarları, zülmət gecələrin aydınlı səhərlərini Çingiz özü ilə götürdü. Daha doğrusu, Çingiz onları bizə çatdırmaq, həvalə etmək istəyirdi. Zamanında, anında isə biz onu duymadıq. Daha doğrusu bilərəkdən duymaq istəmədik.

"Məmləkətim" adlı mahnı səslənir

1-ci aparıcı:

  ardı >>>