Avropa İnsan Hüquqları Müdafiə təşkilatının Qafqaz bölgəsi üzrə təmsilçisi
Intiqam Məmmədovun Almaniyadan 2-ci məktubu
"Xalq evi " Avropa Insan Hüquqları Müdafiə təşkilatı tərkibli, VNB himayəsi ilə qurulan və bir cox xalqların nümayəndələrindən ibarət yeni yaradilmiş bir qurumdur. Almaniyada yeni cixmiş qanunlar əsasinda, mühacirlərin ölkəyə inteqrasiya olunması və bu istiqamətdə xalq evinin yaranması təşəbbüsü irəli sürulmüşdür. Eləcə də, artıq bu işlə əlaqədar, Almaniyanın Aşağı Saksonya vilayətinin Diepholz bölgəsinin Barnstorf şəhərində kurs təşkil olunmuş, mühacirlərin inteqrasiya proqramının həyata kecməsinə başlanmışdir. Bu dinləmələr kecən aylardan, yəni sentyabır ayının 21-dən 23-kimi, oktyabir ayının 12-dən 14- kimi, gələcək aylarda isə noyabr ayının 09-dan, 11-nə və son olaraq noyabır ayının 30-dan dekabr ayının 2-nə kimi davam etdiriləcəkdir.
"Xaıq evinin“ təşkilatçi rəhbərlərindən Klaus-J. Schmelz və Rəhmi Tuncer cənabları, tədbirdə hər hansı bir işin görülməsi və çalişmaları haqqında konsepsiya proqramını qurumun təmsilcilərinə izah etdilər. Eləcə də dinləniləndən sonra, sənədləşdirilmiş formada olan konsepsiya proqramı təmsilçilərə təqdim olundu.
Proqramda əsas məsələlərin həyata kecirilməsinin nədən ibarət olacagı da izah olundu. Mühacirətdə olan xalqların nümayəndələri, Almaniyaya inteqrasiya olunma qanunları şərtləri altında, ünsiyyətdə olduqları ölkə daxili dillə paralel, doğulub böyümüş uşaqların məktəblərdə öz ana dillərində də kursların açılması əsas məsələlərdən biri kimi qiymətləndirildi. Siyasi fəaliyyətdə olan insanların haqqlarının qorunması istigamətində işlər, hər dəfə çıxan yeni qanunlar haqqında mühacirlərə xəbər verilməsi, vəkillərlə onlarin arasinda əlaqələndirilmə sahəsindəki təkliflər Rəhmi bəy Tuncer tərəfindən təqdim olundu və təmsilçilər tərəfindən dəstəkləndi. Sağlamlıq ocaqlarına ehtiyacı olanlara koməklik gostərilməsi, qeyri sağlam olan şikəst insanlara qayğı, sosial cəhətdən agır vəziyyətdə yaşayanlara və az yaşlı uşaqların, eləcə də qocaların sosial rifahını yaxsılaşdırmaq istiqamətində, sosial yardım idarələri ilə iş birliyinin həyata keçirilməsi, məhkəmələrdə tərcüməçilərə ehdiyacı olanlara tərcümə işində kömək göstərilməsi və bir çox bununla bağlı işlərin görülməsində fəal iştirak etmək təklifi Klaus.J- Schmelz tərəfindən təklif olundu.
Təmsilçilərdən olan dostlarımız Zahide Guner , Maiya Salokova, Filiz Yilmaz, Maqdalene Tape, Neriman Erkilic, Əli , Samire Babayeva, Heidrun Hedderich, N.Nurcan Kutlu, Gulden Kleber tərəfindən suallar verildi, "fikir və təkliflər dialoqu" şəkilində məsləhətləşmələr aparıldı.
İrəli sürülmüş təşəbüs əsasında Xalq evinin sosial xidmət işininə indidən start verilmiş, gələn ildən isə bu təşkilatın tam gücü ilə fəaliyyət göstərməsi və təmsilcilərdən gördükləri işlər haqqında hesabat alınması nəzərdə tutulmuşdur.
Avropa İnsan Hüquqları Müdafiə təşkilatının Qafqaz bölgəsi üzrə təmsilcisi
Intiqam Məmmədov.
Həmçinin bax: Avropa Insan Hüquqları Müdafiə təşkilatının Qafqaz bölgəsi üzrə təmsilçisi İntiqam Məmmədovun MƏLUMATI -na