İddiaçı tərəf Şəki "İpək" Açıq tipli SC-i, cavabdeh isə Rəhman Lətifovdur. Mübahisə isə "Marxal" istirahət kompleksi üstündədir. İddiaçı tərəf həmin obyektin əvvəllər Şəki "İpək" şirkətitinə məxsus olmasını, Şəki ipəkçilərinin iməcilikləri ilə meydana çıxmasını əsas gətirərək onu Lətifovlardan geri almaq istəyir. Lətifovlar isə "Marxal"ı ötən əsrin son illərində satın almışlar.
Lakin cavabdeh tərəf bunu siyasi bir oyun hesab edir. Onların fikrincə, əgər Şəki "İpək" Açıq tipli SC-i keçmiş İpək Kombinatına məxsus olmuş obyektləri geri almaq istəyirsə, qoy birinci Sabit Rəhman adına Dövlət Dram teatrının binasını iddia etsin! "İpək" Açıq tipli SC-i, parça istehsal etmək əvəzinə turizmləmi məşğul olacaqmı; yox, burada məqsəd, həmin SC-nin əli ilə "Marxal"-ı bizim əlimizdən almaq və başqasına verməkdir!!!
Qeyd edək ki, Lətifovlar ailəsinin əsas üzvü sadə, lakin çox bacarıqlı bir iş adamı olan Tehran Lətifovdur və o, 2000-ci il Şəki iğtişaşlarında təqsirli bilinərək həbs olunmuşdu. Halbuki həbsinə qədər Tehran Lətifov yalnız səmərəli və çoxşaxəli işgüzar fəaliyyəti ilə tanınırdı. O, 90-cı illərin ortalarında Azərbaycanda kənd təsərrüfatının tənəzzülə uğramış tütünçülük, baramaçılq sahəsini təkbaşına bərpa edə bilmişdi. Məhz, T. Lətifovun səyi nəticəsində Şəkidə İpək sənayesi də qismən bərpa olunmuşdu ( 90-cı illərin əvvəllərinə qədər Şəki Dünyanın ən böyük İpək sənayesi mərkəzi idi və burada 1 ildə istehsal edilən parçanın uzunluğu Yer kürəsinin diametrinə bərabər olurdu!)...
Aydın,
2007-avqust.