1918-ci il soyqiriminin
əks-sədasi
R .F. RZAYEVA
"Şirvanşahlar Sarayı Kompleksi"
Dövlət Tarixi-Memarlıq qoruq-
muzeyinin direktoru
S. M. MƏMMƏDOVA
Elmi işlər üzrə direktor müavini
Uşaqlıqda atam mənim əlimdən tutar, Şirvanşahlar Sarayına gətirərdi. Burada – “Şah məscidi”nin həyətində düşüncəyə dalar, sonra yasin oxuyardı. Ağlım kəsəndə atam mənə bu müqəddəs yerdə şəhid babamın basdırıldığını, 18-ci ilin Mart qırğınında ermənilər tərəfindən qətlə yetirildiyini söylədi. Atamdan sonra, mən səhhətim imkan verənəcən buraya gəlir, babamı yad edirdim. Allah babamın simasında bütün şəhidlərimizə rəhmət eləsin.
Tamilla Qasım qızı Xəlilova
Tarixi ədəbiyyatdan məlumdur ki, Dağıq Qarabağın çox və ya az dərəcədə erməniləşməsi sonralar baş vermişdir. Qarabağ Rusiyaya erməni torpağı kimi deyil, xalis müsəlman ölkəsi kimi birləşdirilmişdir. Mötəbər mənbələrin birində deyilir: "Müharibə bitdikdən sonra, biz 1826-1828-ci illər – iki il ərzində Zaqafqaziyaya 40 mindən çox İran, 84 min Türkiyə ermənisi köçürdük və onları erməni əhalisinin yox dərəcəsində olduğu Yelizavetpol və Erivan quberniyalarının ən yaxşı torpaqlarında, eləcə də Borçalı, Axalsixi və Axalkalasi qəzalarında yerləşdirdik." (Н. Н. Ш а в р о в а «Новая угроза русскому делу в Закавказье…». С. Петербург, s.59-60, 1911, B., 1990, s. 63).
Ata-baba torpaqlarımızda yurd salmış bu nankor qonşularımız elə o vaxtlardan vaxtaşırı milli qırğınlar törətməklə, qətl və qarətlər, min bir hiylə yolu ilə torpaqlarımıza qətrə-qətrə sahib çıxmağa, buralarda möhkəmlənməyə başlamışlar. Bu kütləvi soyqırımlardan biri də 1918-ci ilin mart hadisələridir. Bolşeviklər daşnak qüvvələrinin köməyi ilə 1918-ci il martın 30-31-i, aprelin 1-də və daha sonrakı günlər Bakıda, Şamaxı, Quba, Lənkəran, Salyan və Kürdəmirdə Azərbaycanlıları kütləvi şəkildə qırmışlar. Misli görünməmiş bu təcavüzü daşnak başçıları Avetisov, Qazarov, Amazasp, Lalayan, Aminov və başqaları həyata keçirmişlər.
Bu hadisədən az sonra, silah gücünə yaranmış Sovet quruluşu bu kimi faciələri ciddi-cəhdlə xalqımıza unutdurmağa çalışsa da, bu barədə danışanlara "xalq düşməni" damğasını vursa da, qoca tarixin salnamələrində baş vermiş faciələrdən sükutla keçib, səhifələrini ağ qoysa belə, tarix Vətən övladlarının, təkcə nisgilli, yaralı ürəklərində deyil, həm də milli dəyərlərimizdə, mədəni-tarixi abidələrimizdə yaşayaraq unudulmadı. Bu gün özünün müstəqil, demokratik dövlətini əzmlə inkişaf etdirən Azərbaycan, tarixin bərqərar etdiyi ağ səhifələrini dünya ictimaiyyətinin mühakiməsinə verir. Ümummilli liderimiz, mərhum eks-prezident H.ƏIiyev 1918-ci il 31 Mart “Azərbaycanlıların Soyqırımı günü” ilə əlaqədar Azərbaycan xalqına müraciətində demişdi: "...Xalqımıza qarşı əsrlər boyu müntəzəm surətdə ağır cinayətlər törədilmiş, məkrli niyyətlər gerçəkləşdirilmişdir. Öz ağırlığına, miqyasına və nəticələrinə görə bunlar həm də bəşəriyyətə qarşı cinayətlər kimi xarakterizə olunmalı, beynəlxalq hüquqi-siyasi qiymətini almalı, onun ideoloqları və təşkilatçıları layiqincə cəzalandırılmalıdır. Bunu təmin etmək bizim hamımızın ümumi vəzifəmizdir".
Tarixdən bəllidir ki, əksinqilabçı erməni millətçi-burjua partiyası olan "Daşnaksütun" hələ 1890-cı ildə yaradılmışdır. Onun əsas proqram məqsədi bütün vasitələrlə, o cümlədən də silahlı yolla muxtar burjua dövləti yaratmaq olmuşdur. Onların torpaq iddiaları əsrlər boyu ruslara, gürcülərə, azərbaycanlılara, həm də türklərə qarşı olmuşdur. 1921-ci ildə antisovet üsyanı qaldıran daşnakların əksəriyyəti üsyan yatırıldıqdan sonra xaricə qaçmışdır. "Daşnaksütun" partiyasının ABŞ-da, Fransa, Yunanıstan, İran və digər xarici dövlətlər ərazisində təşkilatları vardır.
Hələ I dünya müharibəsi başlanmazdan ermənilər hər cür iftira və yalanlarla Avropanı Türkiyənin əleyhinə qaldırır, xaricdə yaşayan soydaşlarından ibarət könüllü silahlı dəstər düzəldib Qafqaza göndərirdilər. Bu erməni dəstələri Azərbaycanın kənd və şəhərlərini qarət edib dağıdır, rusları müsəlman əhalisinin əleyhinə qaldırırdılar. Bu səbəbdən Bakıda Əsgər Vəkilləri Şurası yaradılmışdı. Bolşevik bayrağı altında şuraya daxil olan Şaumyan, Arakisyan, Avakyan və digərləri müsəlmanları şuranın tərkibinə daxil olmağa qoymurdular. Qırmızı orduya ruslar və ermənilər qəbul edilirdilər. Ordunun başında isə erməni cəlladı Avakyan dururdu.
1918-ci il martın 15-də Bakı Sovetinin iclasında "Cənubi Qafqazda işlərin vəziyyəti" haqqında məruzə edən Şaumyan, əslində həmin iclasda azərbaycanlıların soyqırımına "xeyir-dua" vermişdi. Hələ 1918-ci ilin yanvarında Bakıya gəlmiş müsəlman korpusunun komandanı general Talışinski həbs edilmişdi.
Mart soyqırımında Bakının azərbaycanlılardan ibarət olan Məmmədli, Çəmbərəkənd və Zibilli dərə deyilən məhəllələrinin əhalisi tamamilə məhv edildi. Erməni əsgərləri vəhşilik törədərək qadın və uşaqları daha işgəncə ilə öldürürdülər. Azərbaycanlıları qırarkən onların əmlaklarını da məhv edir, qiymətli əşyalarını qənimət kimi götürürdülər. Soyqırımda azərbaycanlılara məxsus ictimai binalar, milli rəmzlər və mədəniyyət ocaqları da dağıdıldı: "Kaspi", "Açıq söz" qəzetlərinin redaksiyaları, Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi "İsmailiyyə" binası, Şirvanşahlar Sarayının "Key-Qubad" adlı məscidi və bir çox binalar yandırıldı. Sarayın yuxarı həyətindəki divarlarda, habelə şah məscidinin minarəsində, divarlarında indiyədək açıq-aydın görünən güllə yerləri 18-ci ilin dəhşətli gülləbaranından xəbər verir. 1918-ci ilin Mart soyqırımından 88 il keçir, o dövrün müasirləri olmuş insanlar artıq aramızdan seyrəlir. Lakin bütün bunlara baxmayaraq, xalqımız öz tarixi yaddaşını yaşatmış və yaşadacaqdır. Onu unutmağa bizim mənəvi haqqımız yoxdur. O qanlı-qadalı faciələrin lal şahidləri olmuş mənəvi dəyərlərimiz də bu gün düşməni ittiham edir. Bu heç də adi bir ittiham deyil, fəryad qoparan bir ittihamdır. Söhbət Şirvanşahlar Sarayı Kompleksinin bərpa edilən sonuncu abidəsindən – Şah məscidindən gedir. 2006-cı ilin payızında “Mədəni irsin Qorunması Layihəsi”nin işçi Qrupunun əməkdaşları bərpanın gedişində kommunikasiya işləri ilə məşğul olarkən, məscidin girişi ilə üzbəüz – portalın önündə, bir məzar aşkar etmişlər. Bakı Arxeoloji Ekspedisiyasının rəisi Kamil İbrahimovun qənaətinə görə, qəbir o qədər də qədim deyildir, onun tarixi təxminən 100 ilə yaxındır Bu məzarda baş-ayaq vəziyyətdə 2 nəfər dəfn edilmişdi. Deyilənlərə görə, əvvəllər çox mötəbər insanlar məscidlərin – Allah evlərinin, girişi önündə, kandarda torpağa tapşırılardı. Bunu akademik memar M. A. Useynovun arxivindən tapılmış anonim mənbə də təsdiqləyir: "Eləcə də məscidin qapısına yaxın bir yerdə, sol tərəfdə 3 məzar yerləşir. Dəfn edilmiş şəxslər Seyid olduqlarından, yerli sakinlər onlara böyük ehtiramla yanaşırdılar." "İçəri şəhər"in yaşlı sakinlərinin şəhadətinə görə, Mart soyqırımında əzizlərinin cənazələrini dəfn etmək üçün şəhərdən kənarda yerləşən qəbiristanlığa apara bilməyən sakinlər onları elə "İçəri şəhər"in özündə - Şirvanşahlar Sarayının Məscidinin həyətində basdırırmışlar. Aşkar edilmiş məzar, bir qədər aralıqda üzə çıxarılmış başdaşı fraqmenti bütün bu deyilənləri əyani surətdə təsdiqləyirdi. Tezliklə burada dəfn edilənlərdən birinin sahibi də bizlərə bəlli oldu. Yuxarıda deyilənləri əsas götürsək, dəfn edilmiş həmin mötəbər şəxs 1847-1918-ci illərdə yaşamış Azərbaycanın müsəlman ruhanilərinin fəxri üzvü, görkəmli ziyalı, ilahiyyat üzrə alim, axund Hacı Mir-Mövsüm Hacı Mir Qasım oğlu Qasımzadə olmuşdur. Bu məlumatı bizə axund Hacı Mir Mövsüm Qasımzadənin yeganə oğlu Qasım Mir Mıvsüm oğlu Qasımovun “İçəri şəhər”də Kiçik Qala küçəsi, 14/16 saylı ünvanda yaşayan qızı Tamilla Qasım qızı Xəlilova təqdim etmişdir. Tamilla xanım doğma babası Hacı Mir Mövsüm Qasımzadənin acı taleyi haqqında vaxtilə atasından, bibilərindən, ümumiyyətlə, qohumlarından eşitdiklərini indi də ürək ağrısı ilə, ağlaya-ağlaya danışır. Əzəldən müqəddəs hesab edilən Şirvanşahlar sarayının atılmış vəziyyətdə olan şah məscidinin həyəti hər tərəfdən təcrid edilmişdi və demək olar ki, sığınacaq rolunu oynayırdı. Bu səbəbdən "içəri şəhər"in mömin və baş bilənləri o qanlı-qadalı soyqırımı günlərində məscidin həyətində yığışır, qərarlar qəbul edirdilər. Tamilla xanımın söhbətindən aydın olur ki, Azərbaycanın müsəlman ruhanilərinin fəxri üzvü, axund, xalqın böyük etimadını qazanmış Hacı Mir Mövsüm Qasımzadə 1918-ci ilin mart soyqırımında xain erməni gülləsinə tuş gələrək şəhid olmuşdur.
Görkəmli ziyalı olan axund, müdrik ağsaqqal kimi mart günlərində xalq tərəfindən ermənilərlə sülh danışıqlarına göndərilmiş elçi idi. Hacı Mir Mövsüm Qasımzadə sülh danışıqları başa çatdıqdan sonra geri dönərkən, faytondan düşdükdən sonra, xain ermənilər tərəfindən vəhşicəsinə odlu silahla qətlə yetirilir. Düşmən gülləsi onun beyin nayihəsini tamamilə dağıtmışdı. 0, müdrik bir vətən övladı kimi millətinin xilası naminə canını fəda etmiş, şəhid olmuşdur. Hacı Mir Mövsüm ağanın faciəli ölümü o vaxtkı dövrdə təkcə onun öz ailəsi üçün deyil, həm də xalqımız üçün çox böyük bir itki olmuşdur. Onun həyat yolu vaxtsız qırılsa da, bu görkəmli şəxsiyyətin nəslindən çıxmış ziyalılar bu gün xalqımızın fəxri, cəmiyyətimizin demək olar ki, elitasıdır. Hazırda adını 2 saylı Uşaq Kliniki xəstəxanası daşıyan professor, pediator-alim Əbülfəs Fərəc oğlu Qarayev axund Hacı Mir Mövsüm Qasımzadənin doğma bacısı oğlu olmuşdur. Dahi bəstəkarımız Qara Qarayev, fizioloq-akademik Abdulla Qarayev, 4 saylı Bakı şəhər xəstəxanasının tanınmış cərrahı Mürsəl Qarayev, Əbülfəs Fərəc oğlu Qarayevin oğlanları, Mir Mövsüm Qasımzadənin bacısı nəvələri, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Mürsəl oğlu Qarayev isə axundun bacısının nəticəsidir. Deyilənlərdən əlavə, neft sahəsi üzrə alimlik dərəcəsi almış, xaricdə fəaliyyət göstərmiş, mərhum eks-prezidentimiz H.ƏIiyevin yaxşı tanıdığı diplomat, xidməti vəzifəsini yerinə yetırərkən həlak olmuş Aydın Mir Əbdülhəsən oğlu Nəsirzadə, görkəmli bəstəkarımız Tofik Quliyev, Azərbaycan Dövlət Konservatoriyasında 20 ildən çox dekan vəzifəsində çalışmış Tohid Quliyev, 30 ildən artıq Mərdəkandakı Musiqi Məktəbinin direktoru vəzifəsində işləyən Akif Quliyev, Şərq fakültəsi kafedrasının professoru, dekanı, uzun müddət İranda çalışmış, fars, ərəb dillərindən dərs demiş, neçə-neçə kitabların müəllifi Mir Əbdülhəsən Nəsirzadə, Azərbaycan Respublikasının Aviasiya Akademiyasında çalışan Arif Malik oğlu Ramazanzadə, Azərbaycan Dövlət Konser-vatoriyasının professoru Bilqeyis xanım Qarayeva, əməkdar incəsənət xadimi, Opera və Balet teatrında 20 ildən artıq baş administrator işləyən Əlihüseyn Ağayev və digərləri bu köklü nəslin nümayəndələridir. Xalqımız indi də Hacı Mir Mövsüm Qasımzadəni çox böyük ehtiramla yad edir. Görkəmli ziyalı, ilahiyyatçı alim, ictimai xadim, axund, nəhayət vətənpərvər vətən övladı olan Hacı Mir Mövsüm Ağa Qasımzadənin əziz xatirəsi onun doğmalarmın - nəvəsi Tamilla xanım Qasım qızının, nəticələri: Etibar və Etimad Aydın oğlu Nəsirzadələrin, Fatma Ağa qızı Sarabskaya-Əzizbəyovanın, Tofik Xasay oğlu, Svetlana Xasay qızı Orucovların, Natella Qasım qızı Kərimovanın, eləcə də bütün xalqımızın yaddaşında daim yaşayacaqdır.
Rus dilindən tərcümə etdi: Tamilla Məmmədova (Musayeva)