17.07.2008; №11 - 12 (423 -424)3

<<< əvvəli


Heydər Əliyevin “İpəkçi”nin baş redaktoruna müraciəti: “...Taleyi sınan xalqımızın bu ağır çağlarında M. Salisin baş redaktor olduğu “İpəkçi”nin yaradıcı kollektivinə haqq-ədalət uğrunda mübarizə aparmaqda, bütün qüvvələri səfərbər etməkdə, hər bir oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmaqda böyük uğurlar diləyirəm.”Heydər Əliyev; 14 dekabr 1993-cü il. RAMİZ MEHDİYEV VƏ HİDAYƏT ORUCOVUN “QƏSD” KİTABINDAN:“1994-cü ilin oktyabr, 1995-ci ilin mart aylarında ölkədə baş vermiş xoşagəlməz hadisələr zamanı “Şəkinin səsi” sağlam mövqe tutmuş, qanunu yolla seçilmiş Prezidentimizin və Konstitusiyamızın müdafiəsinə yönəldilən yazılarla çıxış etmiş, silahlı müxalifətin ifşa olunmasında böyük rol oynamışdır”. HADİ RƏCƏBLİ: “Ölkədə “Heydər Əliyev ordeninin yaradılması təşəbbüsünü ilk dəfə Salis Məmmədov irəli sürmüşdür. Kim deyirsə ki, bunu o edib, boş şeydir. Bəlkə də kimsə ürəyindən keçirmişdir, amma, Salis qədər kimsə dilinə gətirməyə cəsarət etməmişdir. Salis isə bunu etdi – “Şəkinin səsi” qəzetində təşəbbüs irəli sürdü. Mən də Milli Məclisin iclasında bu təşəbbüs barədə məlumat verdim. Kim istəsə gedib baxa bilər. Milli Məclisin arxivində, stenoqramı durur...”

 

 

 

Hörmətli vətəndaşlar! 01.07.2008-ci il tarixdən etibarən həftənin bazar ertəsi-cümə günlərində saat 15.00-dan 17.00-dək Şəki Şəhər İcra Hakimiyyətində "Qaynar xətt" fəaliyyət göstərir. "Qaynar xətt" vasitəsilə bizə müraciət etmək istəyən vətəndaşlar 4-66-17 nömrəli telefona zəng vura bilərlər.


ŞƏKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİ



 Bizə yaxırlar:

NAZİM İBRAHİMOVUN RƏHBƏRLİYİ İLƏ QƏDİM ŞƏKİ GÖZƏLLİKLƏR DİYARINA ÇEVRİLİR

 


Bu yazımda sizlərin nəzərinə Nazim İbrahimov cənablarının bölgəmizə icra başçısı təyin olunduğu gündən bu günə kimi gördüyü quruculuq və abadlıq işlərini, şəhərimizdə baş vermiş müstəsna əhəmiyyətli dəyişiklikləri çatdırmaq istərdim.

Şəkidə sosial-iqtisadi vəziyyətin günbəgün yaxşılaşması, tikinti quraşdırma işlərinin geniş vüsət alması, yeni-yeni tikilən müxtəlif inzibati binalar, təhsil və digər sahələrdə olan önəmli dəyişikliklər onun böyük nailiyyətlərindən xəbər verir. Şəhərin bütün sahələrində olan uğurlu dəyişikliklər onun xidmətini ön plana çəkir.

Şəki turizmin inkişafı və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi baxımından əlverişli coğrafi əraziyə, güclü perspektivə və iqtisadi potensiala malik qədim şəhərdir. Buna görə də rayonun perspektivləri müəyyənləşdirilmiş, vacib məsələlərin həllinə xüsusi yer verilmişdir. Tarix və mədəniyyət abidələrinin bərpasına xüsusi qayğı, turizm və istirahət mərkəzlərinin yaradılması, taxılçılıq, heyvandarlıq sahəsində də olan uğurlar onun diqqətinin, qayğısının bariz nümunəsidir. Şəhər və kənd yollarının abadlaşdırılması, yeni-yeni səkilərin çəkilməsi, istehsal sahələrinin işə salınması, məktəb binalarının tikintisi, köhnələrinin təmiri, təhsilin bütün sahələrindəki yeniliklər onun atalıq qayğısından xəbər verir. Belə ki, 2007-ci ildə test imtahanlarında iştirak etmiş 352 şagird ölkənin müxtəlif ali məktəblərinin tələbəsi olmuş, tələbə adını qazanan 45 nəfər 500-dən, 21 nəfər 600-dən çox bal toplamışdır. Yüksək bal toplayan şagirdlərə qiymətli hədiyyələr verilməklə sevindirilmişdir.

Biz şəkililər gərək belə qayğıkeş rayon rəhbərinin qədrini bilək.

Hazırda Şəkidə böyük quruculuq işləri davam edir. Heydər Əliyevin adını daşıyan muzeyin yanında böyük kompleks-park artıq açılmışdır. İcra Hakimiyyətinin binasının qarşısında ulu öndər Heydər Əliyevin heykəli ətrafında Çin mütəxəssisləri tərəfindən fəvvarələr bağı salınır. Bütün bu işlərə bilavasitə Nazim İbrahimovun özü təşkilatçılıq və rəhbərlik edir.

Bir sözlə, həyatın bir çox sahələri bu qurucu insanın əli ilə günbəgün gözəlləşir. Durmadan inkişaf edən Şəki gözəlliklər diyarına çevrilir. Hörmətli başçı Nazim İbrahimova bu nailiyyətlərə və göstərdiyi qayğıya görə sonsuz minnətdarlığımızı bildiririk.

 

                   Aminə ABDULƏZİMOVA,

"Xalq və ünsiyyət" qəzetinin təsisçisi

 



YUBİLYARLARA TƏQDİM OLUNDU...

  

Şəki şəhəri fəallarının geniş yığıncağında görkəmli jurnalist Salis Məmmədsani oğlu Məmmədovun və tədqiqatçı-alim, Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı baş elmi işçisi, yazıçı Sabir Tahir oğlu Əfəndiyevin 50 ildən artıq bir dövrdə ictimai-siyasi və mədəni həyatdakı fəaliyyətləri qeyd edilmişdir.

Şəhər İcra Hakimiyyəti Aparatının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Zərinə xanım Cavadova Şəki Şəhər İcra Hakimiyyəti başçısının 13 iyun tarixli sərəncamı ilə S. T. Əfəndiyevə Fəxri fərman verilməsi ilə əlaqədar yığıncaq iştirakçılarına məlumat vermişdir:




Şəkillərdə: Milli Mətbuat Günü ərəfəsində daha iki jurnalistin mükafatlandırılmasına həsr olunmuş kadrlar.

 

 

 



SABİR TAHİR OĞLU ƏFƏNDİYEVİN ŞƏKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİ  BAŞÇISININ FƏXRİ FƏRMANI İLƏ TƏLTİF OLUNMASI HAQQINDA

 

 

Sabir Tahir oğlu Əfəndiyev 1933-cü ildə anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsinə daxil olmuş, ali təhsilini başa vurduqdan sonra təyinatla Şəkidə çap edilən "Şəki fəhləsi" qəzetinə işə göndərilmişdir. Şəki Radio Verilişlərinin redaktoru, şəhər partiya komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsində çalışmış, büro üzvü seçilmişdir. İşlədiyi müddətdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında İctimai Elmlər Akademiyasında təhsil almaq üçün Moskva şəhərinə göndərilmişdir. Sabir Əfəndiyev Azərbaycan Dövlət Universitetinin aspiranturasını başa vurduqdan sonra Tbilisi Dövlət Universitetində dissertasiya müdafiə etmiş, filologiya elmlər namizədi elmi dərəcəsini almışdır. 1967-ci ildən Azərbaycan Nazirlər Soveti yanında Televiziya və Radio Komitəsinin bölgə üzrə xüsusi müxbiri işləmişdir. 1972-ci ildən Şəkidə yaradılan Azərbaycan Milli Elmlər Akademiyasının Elm Mərkəzinin elmi katibi vəzifəsində çalışmış, bir müddət sonra Akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki Etnoqrafiya Mərkəzinə rəhbərlik etmişdir. Hazırda həmin mərkəzin rəhbəridir. "Şəkinin səsi" qəzeti redaksiya heyətinin üzvüdür.

S.Əfəndiyev Akademiyada işlədiyi müddətdə 100-ə yaxın elmi məqalənin, 15 kitabın, 200-dən çox satirik hekayənin, publisistik yazının və felyetonların müəllifidir. O, 25 ildən artıq bir müddətdə keçmiş şəhər partiya komitəsinin ictimai əsaslarla mətbuat mərkəzinin rəhbəri vəzifəsini icra etmişdir. Azərbaycan Respublikası Kitab Cəmiyyətinin İdarə Heyətinin üzvüdür. Dəfələrlə Ümumittifaq və Respublika Kitab Cəmiyyətinin döş nişanı və fəxri fərmanları ilə təltif edilmişdir. İctimai əsaslarla fəaliyyət göstərən 10000-dən çox kitab saxlanılan fərdi kitabxananın sahibidir.

S. Əfəndiyev SSRİ Jurnalistlər İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 50 ildən artıq bir dövrdə Azərbaycanda çap edilən müxtəlif qəzet və jurnalların bölgə müxbiri kimi fəaliyyət göstərmişdir. Hazırda "Ermənilər kimdir, gürcülər kim, biz kimik" adlı sənədli povestin, 468 səhifəlik Şəki ensiklopediyasının və 3 cildlik "Şəkinin etnoqrafiyası" monoqrafiyasının müəllifi kimi də öz yaradıcılıq işini davam etdirir.

S. Əfəndiyev 1983-cü ildən Milli Elmlər Akademiyasının baş elmi işçisi, 2000-ci ildən isə aparıcı elmi işçisi vəzifələrini tutur.

Sabir Tahir oğlu Əfəndiyevin jurnalistikanın inkişafı və elmi sahədəki xidmətlərini, eləcə də 75 yaşının tamam olmasını nəzərə alaraq

 QƏRARA ALIRAM:

1. Sabir Tahir oğlu Əfəndiyev Şəki Şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunsun.

2. Sərəncamın icrası Şəki Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai Təşkilatlar və Siyasi partiyalarla iş şöbəsinin müdiri R. Mənəfova tapşırılsın.

 

                             Nazim İBRAHİMOV,

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı

 


 

 Salis Məmmədsani oğlu Məmmədov

 

ZƏRİNƏ CAVADOVA SALİS MÜƏLLİMLƏ BAĞLI AŞAĞIDAKI XOŞ SÖZLƏRİNİ YIĞINCAQ İŞTİRAKÇILARININ DİQQƏTİNƏ ÇATDIRDI

– Məlumunuz olduğu kimi, ölkə başçısının məlum fərmanı ilə Az ərbaycanın əməkdar jurnalisti, "İpəkçi" və "Şəkinin səsi" qəzetlərinin baş redaktoru, həmyerlimiz SalisMəmmədsani oğlu Məmmədov Azərbaycan mətbuatının inkişafındakı misilsiz xidmətlərinə görə "Tərəqqi” medalı ilə təltif edilmişdir. Fürsətdən istifadə edərək bu qocaman jurnalistin həyat və yaradıcılığı haqqında qısaca məlumat vermək istərdim:

1932-ci ildə Şəki şəhərində anadan olan SalisMəmmədsani oğlu Məmmədov mətbuat sahəsində ilk əmək fəaliyyətinə 1948-ci ildən "Şəki fəhləsi" qəzetində başlamış, 1953-1957-ci illərdə Zaqafqaziya hərbi dairəsinin Tbilisidə Azərbaycan dilində çıxan "Leninbayrağı" qəzetinin əməkdaşı olmuş və 1958-ci ildən Şəkidə nəşr olunan "İpəkçi" qəzetinin baş redaktoru təyin edilmişdir. O, düz 50 ildən çoxdur ki, bu qəzetin dəyişilməz redaktorudur. Salis Məmmədov 1970-ci ildə Lenin yubiley medalı, 1980-ci ildə "Xalqlar dostluğu" ordeni, 1985-ci ildə "Şərəf nişanı" ordeni ilə təltif olunmuş, 2001-ci ildə Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə respublikanın "Əməkdar jurnalisti" fəxri adına layiq görülmüşdür.

Salis müəllim milli jurnalistikamızın inkişafında xüsusi dəsti-xətti ilə seçilmiş, onun tərəqqisinə, azad və müstəqil mətbuatımızın inkişafına özünün ən dəyərli töhfələrini vermişdir. Onun elmi biliyi, fundamental araşdırmaları, ölkədə və beynəlxalq aləmdə baş verən proseslərə obyektiv münasibəti, daim milli mənafeyi üstün tutması çoxsaylı oxucularına düzgün yol göstərmişdir. Salis müəllim Şəkidə yaşamasına baxmayaraq yüksək ziyalılığı sayəsində ölkəmizin hər bir regionunda yetərincə tanınmış, böyük hörmət qazanmışdır.

Salis müəllimin mətbuatın inkişafı sahəsində göstərdiyi xidmətlərini yüksək qiymətləndirən ölkə başçısı onu "Tərəqqi medalı" ilə təltif etmişdir. Şəki Şəhər İcra Həkimiyyətinin başçısı cənab Nazim İbrahimov indi bu yüksək mükafatı Salis müəllimə təqdim edəcəkdir. Bundan sonra Salis müəllim səhnəyə dəvət olunmuşdur.

Şəhərin bir sıra müəssisə və təşkilatları əməkdar jurnalist Salis Məmmədova öz hədiyyələrini təqdim etmişlər.

 


 

TƏBRİK EDİRİK!

 

ŞƏKİ YOL POLİSİNİN RƏİSİ MƏMMƏD MƏMMƏDOV “VƏTƏN UĞRUNDA MEDALI İLƏ TƏLTİF OLUNMUŞDUR!

 

 Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan polisinin yaranmasının 90 illik yubileyi münasibətilə nazirliyin bir qrup əməkdaşının təltif olunması  haqqında imzaladığı növbəti sərəncamında Şəki Yol Polisinin rəisi, polkovnik-leytenant Məmməd Müslüm oğlu Məmmədovun da adı vardır. O, “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Biz də öz növbəmizdə – Şəkinin hüquq mühafizə orqanlarının kollektivləri və “Şəkinin səsi” qəzetinin çoxsaylı oxucuları adından Məmməd Məmmədovu təbrik edir, ona möhkəm cansağlığı və gələcək fəaliyyətində yeni uğurlar qazanmağı arzulayırıq.

 

               Müzəffər UMAROV,

        “Şəkinin səsi” qəzeti redaksiya heyətinin uzvü.

 


 

"XALQ  VƏ ÜNSİYYƏT" QƏZETİNİ VƏRƏQLƏYƏRKƏN:

 

ƏDALƏTİN KEŞİYİNDƏ

  

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Mehman Nuriyev Şəki Rayon Məhkəməsinin sədri təyin edilmişdir.

Bu yazımda istəyirəm Şəki rayonuna məhkəmə sədri təyin olunmuş, vətən və xalq qarşısında vəzifə borcunu layiqincə yerinə yetirən Mehman Nuriyev haqqında söhbət açam, xidmətlərinin bəzi məqamlarına toxunam. Ali  təhsilli hüquqşünas işlədiyi rayonlarda dərin hörmət və məhəbbət qazanmış, onun xidməti xalq və dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. Belə ki, Mehman Nuriyev dəfələrlə fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Onun xidmətindəki nailiyyətləri bir sözlə, ürəkaçandır. İnsan  hüquqlarının etirabrıl müdafiəsi ilə bağlı ardıcıl surətdə yorulmadan atdığı konkret addımlar əzmkarlıq və böyük əmək sərfi insan və vətəndaş hüququnun maksimum dərəcədə müdafiəsi qanunun aliliyinin təmin olunması onun tutduğu yolda nüfuzunun əsasıdır. Mehman müəllim, Sizə fəaliyyətinizin bütün dövründə müvəffəqiyyətlər arzu edir və cansağlığı diləyirik.

Onu da deyək ki, Şəki camaatı Məhkəmənin hakimi Hümbət Səlimovun işindən də razılıq edirlər.

Arzumuz budur ki, bu hakimlər öz fəaliyyətlərində haqqı, ədaləti heç vaxt unutmasınlar.

 

Etibar SƏMƏDOV

 



ARXİV MATERİALLARIMIZDAN:

 

MİRZƏ SALİSİN ÜÇ YUBİLEYİ

 

 

Uzun illərdən bəri Azərbaycan xalqının mənalı həyatını, zəhmət yolunu, nailiyyət və uğurlarını, mənəvi dünyasını, duyğu və düşüncələrini, problem və çətinliklərini sətirbəsətir öz oxucularının yaddaşına yazan Mirzə Salisin jurnalist fəaliyyətinin 55, baş redaktor işləməsinin 40 və anadan olmasının 73 illik yubileyləri Şəkidə Milli Mətbuatımızın bayramı kimi geniş qeyd edilmişdir. "Nərmin" adına şadlıq sarayına toplaşan və respublikamızın bütün bölgələrini təmsil edən hörmətli qonaqlar, mətbuat və televiziya işçiləri bu əlamətdar yubileylər münasibətilə açıq-aşkar bir məmnunluq və qürur hissi keçirirdilər.

Yubiley şənliyində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov, Prezident Aparatı İctimai-Siyasi Şöbəsinin bölmə müdiri Qafar Əliyev, "Azinşaat holdinq" Şirkətlər Qrupunun Prezidenti, Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayım Şurasının üzvü, Azərbaycan Res- publikası Prezidenti yanında Sahibkarlar Şurasının Regional İnkişafın Dəstəklənməsi Komitəsinin sədri Natiq Şirin- zadə, tibb elmləri namizədi Ənvər Həmidov, Ədliyyə Nazirliyinin şöbə müdiri İlham Abbasov, sabiq millət vəkili Kazım Məmmədov, tanınmış iş adamı Nəsib Növbərov, "Şəki-İpək" AS Cəmiyyəti həmkarlar komitəsinin sədri Tahir Məmmədov, Şəki İpək sənayesinin veteranı Çingiz Əfəndiyev, əlillərin regional müalicə mərkəzinin baş həkimi Qalib Əsədov, Zaqatala, Oğuz və Qax rayonları İcra Hakimiyyəti Apa- ratının şöbə müdirləri və yerli qəzetlərin redaktorları çıxış edərək yubilyarı hərarətlə təbrik etmiş və bildirmişlər ki, onların bu ağsaqqal jurnalistin tədbirinə qatılması heç də təsadüfi deyildir: Mirzə Salis bu fövqəladə qiymətə, böyük el hörmətinə layiq olduğunu uzun illərdən bəri davam edən səmərəli fəaliyyəti, oxucusuna təmənnasız xidməti, mübariz, döyüşkən, cəsarətli yazıları, "söz rübabı"nı haqqın, ədalətin üstündə kökləməsi sayəsində qazanmışdır. Qələmin vəzifəsini millətə xidmətdə görən bu mübariz baş redaktorun keçdiyi mənalı yaradıcılıq yolunu öz sağlığında Heydər Əliyev yüksək qiymətləndirmişdir.

 Şənliyin aparıcıları – Şəki Şəhər İcra Hakimiyyəti Aratının şöbə müdiri Firəddun İbrahimov, Azərbaycan yazıçısı və sosioloğu Sabir Əfəndiyev Mirzə Salisin keçdiyi mübariz, döyüşkən yolunu, dəsti-xəttini, prinsipial mövqeyini, həmişə ön sıralarda addımlamasını təsirli faktların dili ilə məclis iştirakçılarına çatdırmışlar. Natiqlər əmin olduqlarını bildirmişlər ki, Mirzə Salis bundan sonra da öz amalına sadiq qalacaq, Ümummilli liderimiz Heydər Əliyevin Salislə və onun iki qəzeti ilə bağlı fəaliyyətinə verdiyi yüksək qiyməti, inam və etimadını doğrultmaq üçün əlindən gələni edəcəkdir.

Sonra respublikamızın müxtəlif şəhər və rayonlarından, qonşu Türkiyədən və İrandan göndərilmiş təbrik teleqramları oxunmuşdur. Şəhər mədəniyyət şöbəsinin xalq çalğı alətləri ansamblı rəngarəng proqramla şənlik iştirakçıları qarşısında çıxış etmişdir.

 

Azərbaycan Jurnalistlər Birliyinin bülletenindən.

              (№7. 2005-ci il)

 


 

"JURNALİSTLİK FƏALİYYƏTİNİZƏ ƏN YÜKSƏK QİYMƏTİ HEYDƏR ƏLİYEV VERMİŞDİR…"

    Hörmətli Salis müəllim!

Sizi jurnalistlik fəaliyyətinizin 55 və redaktorluq fəaliyyətinizin 40 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar tədbirdə iştirak etməkdən böyük şərəf duyardım. Lakin dəvətnaməni vaxtından gec aldığım üçün tədbirə qatıla bilmədiyimdən təəssüf hissi keçirirəm. Çünki Siz istedadınız, bacarığınız, işgüzarlığınız, elmi biliyiniz, tələbkarlığınız sayəsində milli mətbuatımızın inkişafına dəyərli töhfələrinizi verməkdə – ibrətamiz bir ömür yaşayıbsınız. Bu, ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyevə olan sonsuz məhəbbətiniz, böyük ehtiramınız və bağlılığınızın göstəricisidir. Sevindirici haldır ki, uzun illər boyu rəhbəri olduğunuz "İpəkçi" qəzetinin cəmiyyətdə rolu və Sizin jurnalistlik fəaliyyətiniz barədə ən yüksək qiyməti ulu öndərimiz Heydər Əliyev verib. Onunla daim əlaqə saxlamağınız - Moskvada və Naxçıvapnda yaşamasından asılı olmayaraq qəzetinizin hər sayını ona göndərməyiniz Sizin sədaqətli insan olmağınızı bir daha sübut etmişdir.

Sizi əlamətdar yubileyiniz münasibətilə bir daha təbrik edir, sizə həyatın ən böyük neməti olan cansağlığı, uzun ömür və yeni-yeni uğurlar arzulayıram.

Dərin hörmətlə:

Ramiz MİRZƏYEV,

"Azərneftyağ" emalı zavodunun direktoru,

"AFFA"nın prezidenti.

Bakı şəhəri.

 


 

HAQQ-ƏDALƏT CARÇISI



AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENT

 APARATI İCTİMAİ-SİYASİ ŞÖBƏSİNİN

BÖLMƏ MÜDİRİ QAFAR ƏLİYEVİN ÇIXIŞI

 

Əziz məclis iştirakçıları, əziz şəkililər, əziz qonaqlar! Bu əlamətdar yubiley münasibətilə Sizin hamınızı salamlayır və ürəkdən təbrik edirəm.

Ümumiyyətlə, Azərbaycan özünün tarixi qədimliyi və zəngin təbii sərvətləri kimi, tarixi şəxsiyyətləri və adlı-sanlı adamlar ilə də bütün dünyada yaxşı tanınır. Qədim Azərbaycan torpağının ən gözəl, necə deyərlər, maraqlı bölgələrindən biri də Şəki diyarıdır. Böyük Qafqaz dağlarının ətəyində yerləşən bu gözəl yurda Azərbaycan elminin, mədəniyyətinin, təhsilinin inkişafında tarixi xidmətləri olan nəhəng şəxsiyyətlər dünyaya göz açmış, görkəmli yazıçı və filosof Mirzə Fətəli Axundovla hamımız fəxr edirik. Bəxtiyar Vahabzadə kimi şair, Sabit Rəhman kimi tanınmış dramaturq və neçə-neçə görkəmli elm və incəsənət adamları da bu yurdun yetirmələridir.

Və eyni zamanda demək istəyirəm ki, Şəki ancaq özünəməxsus mənəvi çalarları ilə daim Azərbaycan mədəniyyətinin inkişafına, onun zənginləşməsinə, dünya mədəniyyətinə, elminə öz layiqli töhfələrini verən bir diyar olmuşdur. Bu torpaqda bir çox tarixi şəxsiyyətlərin dünyaya göz açması tamamilə təbiidir. Belə də olmalıdır. Salis Məmmədov da təkcə "İpəkçi" və "Şəkinin səsi" qəzetlərinin baş redaktoru olmaqla qalmır, eyni zamanda bir insan, bir varlıq, şəxsiyyət, bir ziyalı kimi bu torpağın yetişdirməsidir.

Biz Salis müəllimin bu yubileyini təkcə bir jurnalistin tədbiri, yubileyi deyil, Şəki torpağından çıxmış bir şəxsiyyətin, bir vətənpərvər insanın yubileyi hesab edirik. Mən bunu sözün həqiqi mənasında belə qiymətləndirirəm. Və onun haqqında Sizə ürək sözlərimi çatdırmaq istərdim… Çox şad oldum ki, mənim bu ürək sözlərimin xeyli hissəsi artıq səsləndirildi. Mən hamısı ilə şərikəm.

Salis Məmmədov həqiqətən də yaxşı jurnalistdir. Belə insanlar az-az yetişir. Deyərdim ki, Mirzə Salis Azərbaycan torpağının XX əsrin sonlarında və XXI əsrin əvvəllərində yetişdirdiyi Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyov və digər neçə-neçə şəxsiyyətimizin Azərbaycanda maarifçilik və tənqidin, cəmiyyətin inkişafına kömək edən ənənələrini özünəməxsus qətiyyətlə, inamla davam etdirir. Mən Mirzə Salisi Molla Nəsrəddin məktəbinin layiqli davametdiricilərindən biri kimi qiymətləndirirəm. Salis müəllimin xidmətləri həmişə yüksək qiymətləndirilmişdir. 1991-ci ildə ona "Əməkdar jurnalist" fəxri adı verilmişdir. Bir çox orden və medallarla, fəxri fərmanlarla təltif olunmuşdur. "Qızıl Qələm" mükafatı laureatıdır. Bu gün Mirzə Salis Azərbaycan ziyalıları arasında çox böyük hörmət, məhəbbət qazanmışdır. Sizi inandırıram ki, onun bu yubileyinə blokada şəraitində yaşayan Naxçıvan ziyalıları da qatılmağı arzu edirdilər. Lakin bəzi obyektiv səbəblərə görə gələ bilməmişlər, onu teleqramla təbrik etmişlər.

Salis müəllim! Sizi bir daha ürəkdən təbrik edir, Sizi həmişə olduğunuz və göründüyünüz kimi qalmağı, haqq-ədalət carçısı kimi çıxış etməyi, daim mübariz olmağı arzulayıram. Ümidvaram ki, qədirbilən Azərbaycan xalqı və dövlətimiz qarşısında sizin göstərdiyiniz xidmətləriniz bundan sonra da layiqincə qiymətləndiriləcəkdir.

 


 

"RESPUBLİKA":

 

YAZMAQ DA HÜNƏRDİR

 

 

Salis Məmmədov redaktoru olduğu "İpəkçi" qəzetinin yaşıdıdır. 1932-ci ildə ixtisasca jurnalist olan Məmmədsani Məmmədovun ailəsində dünyaya göz açan Salisin bəlkə də jurnalist kimi formalaşmasında uzun illər "Bakinski raboçi" qəzetində bölgə müxbiri işləmiş Məmmədsani müəllimin böyük təsiri olmuşdur.

Gənc yaşlarından yazı-pozuya meyilli olan Salis Məmmədov ali jurnalist təhsili aldıqdan sonra əvvəl- cə yerli radio verilişləri redaksiyasında fəaliyyətə başlamışdır. 1965-ci ildən isə "İpəkçi" qəzetinin baş redaktoru kimi taleyini bu redaksiyaya bağlayıb. 73 illik ömrünün 40 ilini bu qəzetə həsr edən Salis Məmmədov 1963-cü ildə müstəqil ictimai-siyasi qəzet olan "Şəkinin səsi" qəzetini də təsis edir, hər iki mətbu orqana böyük ustalıqla rəhbərlik edən cəfakeş jurnalist ötən illər ərzində çox çətinliklərlə üzləşməli olub. Milli mətbuatımızın 130 illiyinin qeyd olunması ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimovun rəhbərliyi ilə iyul ayının 17-də qocaman, respublikanın əməkdar jurnalisti Salis Məmmədovun jurnalistlik fəaliyyətinin 57, baş redaktorluğunun 40 illiyi və anadan olmasının 74-cü ildönümü münasibətilə təntənəli yubiley tədbiri keçirilmişdir.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı, təşkilat komitəsinin sədri Nazim İbrahimov, Azərbaycan Respublikası Prezidenti Aparatının bölmə müdiri Qafar Əliyev, İctimai Televiziyanın Yayım Şurasının üzvü Natiq Şirinzadə, Ədliyyə Nazirliyinin şöbə müdiri İlham Abbasov və başqa qonaqlar iştirak edirdilər.

Ömrünün mənasını jurnalistlik kimi çətin və şərəfli bir peşəyə həsr etmiş, bu gün də yorulmaq bilmədən söz səngərində vüqarla dayanan Salis müəllim barədə xoş sözlər söyləndi. Bu sözlərin mayasında belə bir arzu var idi ki, "İpəkçi" və "Şəkinin səsi" qəzetlərinin sorağı həmişəki kimi, yenə də uzaqlardan eşidilsin, müasir dövrümüzdə çoxsaylı qəzetlərin içərisində aydın seçilsin.

 

                       İlham PƏNAHOV,

("Respublika" qəzetinin 22 iyul 2005-ci il tarixli sayından).

 


 

 

<<< əvvəli                                       Ardı (bax digər məqalələrə): >>>

<<< Ana səhifə