15.11.2008. № 432-433

1.2

SÖZÜ EL AĞSAQQALI ƏMİR ŞABANOVA VERİRİK 

"TƏZADLAR" QƏZETİ GAH NALA, GAH DA MIXA VURUR?! 

ŞƏKİ ƏT KOMBİNATINDA 25 ADDA KOLBASA MƏMULATI BURAXILIR 

SON XƏBƏRLƏR

QURTULUŞ SÜLEYMANLI

10 SAYLI "QÖNÇƏ" UŞAQ BAĞÇASINDA 

Şəki Elektrik Stansiyası qış mövsümünə hazırdır

OĞUZ-QƏBƏLƏ-BAKI MAGİSTRAL SU KƏMƏRİ PAYTAXTA YAXINLAŞIR 

VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ! 

 


 

SÖZÜ EL AĞSAQQALI ƏMİR ŞABANOVA VERİRİK…  

İLHAM ƏLİYEV HƏR BİR AZƏRBAYCAN VƏTƏNDAŞININ PREZİDENTİ OLDUĞUNU TAM SÜBUTA YETİRMİŞDİR

 

Azərbaycan müstəqil bir dövlət kimi formalaşmasında ulu öndərimiz Heydər Əliyevin böyük zəhməti tarixi danılmaz həqiqətdir. Sovetlər ittifaqı dağılanda SSRİ-nin bütün müttəfiq respublikalar ittifaqdan ayrılıb öz müstəqilliyinin sahibi oldular. Azərbaycanda o vaxtlar öz müstəqil dövlətinin qurulmasının təşkilatçısı olan xalq cəbhəsi respublikada demokratik müstəqil dövlət yaratmaq sahəsində müəyyən gördü. Bu dövlətin başında xalq cəbhəsinin lideri olan Əbülfəz Elçibəy respublikanın prezidenti oldu.

Onun prezidentliyi dövründə idarəetmə strukturuna məxsus təcrübə qabiliyyəti olmadığına görə özbaşınalıq höküm sürməyə başladı. Digər iqtisadi inkişaf, qanunçuluq, ordu quruculuğu, dövlət daxili intizamı başqa vacib sahələr səriştəsiz adamların əlinə keçdi. Bu vaxt Azərbaycan torpaqlarını zəbt etmək üçün, Dağlıq Qarabağı Azərbaycanın tərkibindən ayırmaq istəyən erməni separatçıların müharibəsi gənc Azərbaycan dövlətinin dağılmaq təhlükəsinə gətirdi. Rayonlarımızı ermənilər işğal etməyə başladılar. Ulu öndərimiz Heydər Əliyevin dahiyana bu kəlamı istər-istəməz yada düşür: "Müstəqilliyi qazanmaq çətindir. Ancaq onu əldə saxlamaq ondandan çətindir." Azərbaycanın müstəqilliyinin əldən getməsi təhlükəsi günü-gündən artırdı. Xalq qorxu təşviş içərisində idi. Şəhərlərdə silahlı dəstələr, hakimiyyət davası baş alıb gedirdi. Ermənilərə qarşı aparılan müharibə başsız qalmışdı. Ermənilərin amansız qırğını rayonların işğalı çox dəhşətli vəziyyət almışdı.

Belə vaxtda Azərbaycan dövlətinin başında durmağa bacarıqlı, istedadlı görkəmli rəhbər lazım idi. Bu vəziyyətdə Azərbaycan xalqı öz xilaskarını tapdı. O zaman Naxçıvan Muxtar Respublikası Milli Məclisin sədri Heydər Əliyevin respublikaya rəhbərlik etmək ideyası ortaya qoyuldu ümumxalq tələbi ilə Bakıya çağırıldı. qədər çətin vəziyyət olsa da Heydər Əliyev xalqını, vətənini ürəkdən sevən bir vətəndaş kimi xalqın bu tələbini öhdəsinə götürdü Bakıya gəldi. Ali Sovetin iclasında bəzi əks qüvvələrin maneələrini dəf edərək Azərbaycan Milli Məclisin sədri seçildi.

Elə həmin gündən Milli Məclisin iclaslarında qoçuluq edən, söyüşən, bir-birini təhqir edən, papiros çəkən deputatlar hamısı öz yerlərində oturdular hamıdan nizam-intizam tələb olundu. Maraqlısı odur ki, həmin adamlar öz hərəkətlərində dönüş yaratdılar, daha doğrusu məcbur oldular. İdarəetmə qaydaya düşəndən sonra Heydər Əliyev respublikanın bütün nazirlikləri fəaliyyətini yenidən qurmaq üçün böyük təşkilatı tədbirlər planı hazırlayıb həyata keçirməyə başladı. Bu tədbirlərin ən vacibi ordu quruculuğu hərbi məsələləri oldu. Qısa müddət ərzində orduda qayda-qanun, erməni işğalçılara qarşı vuruşmaq taktikası məsələləri daima diqqət mərkəzində oldu.

Beləliklə, H.Əliyev yenidən hakimiyyətə gəlməsi, Azərbaycanı dağılmaq təhlükəsindən xilas etdi cəsarətlə demək olar ki, müstəqil Azərbaycan dövləti quruldu. Bax, bu gün inkişaf etmiş ölkələrlə çiyin-çiyinə addımlayan qüdrətli Azərbaycan dövlətini ulu öndərimiz Heydər Əliyev belə yaratdı. Azərbaycanda müstəqillik, sabitlik bərqərar olandan sonra ulu öndərimiz dövlətin xarici daxili siyasətinin iqtisadi inkişafı haqqında uzaqgörən məqsədyönlü strateji planlar hazırladı. Büdcəsində pulu olmayan bir dövlətin yaşatması onun üçün çox çətin olsa da bu vəziyyətdən çıxmaq üçün neft strategiyasını həyata keçirmək üçün xarici dövlətlərlə danışıqlar apardı. Erməni işğalçılarla atəşkəs müqaviləsinin bağlanmasına nail oldu. Atəşkəsin əldə olunması ona iqtisadi inkişaf planların həyata keçirilməsində çox böyük imkanlar yaratdı. Əsrin kontraktı imzalanaraq ölkəmiz iqtisadi inkişaf yoluna qədəm qoydu. Bundan sonra ölkənin hər tərəfli inkişaf etdirilməsi üçün geniş imkanlar yarandı. Dövlətimizin ondan sonrakı inkişafı onun hazırladığı xarici, daxili iqtisadi siyasi siyasəti ilə həyata keçirilməyə başladı bu gün həmin siyasət uğurla aparılır nəticəsi göz qabağındadır.

Kəlam var ki, dahilər problemləri qoyur, istedadlılar onu həll edirlər: 2003- ilin oktyabr ayında cənab İlham Əliyev prezidentliyə öz namizədliyini irəli sürdü inamla qələbə çaldı. Xalq yekdilliklə ona səs verdi. Burada ulu öndərimiz Heydər Əliyevin bu kəlamını xatırlatmaq yerinə düşür: "Mən İlham Əliyevə özüm qədər inanıram". Burada belə bir qənaət var. Azərbaycan xalqı Heydər Əliyevi sevir, ona inanır, onun siyasətini dəstəkləyir. Onun İlham Əliyevə səs verməsi Heydər Əliyev siyasətinə inamına səs vermək kimi qiymətləndirir.

Budur, Heydər Əliyev siyasətinin davamçısı onun siyasətinin, idarəetmə məharətinin təlimini almış, gənc prezidentimiz İlham Əliyev 2003-2008-ci illər ərzində prezident kimi ölkədə apardığı işlər fərəhləndiricidir.

Hələ namizədlik dövründə o demişdi, mən işsizliyə qarşı mübarizə aparmaqla, 600 min yeri açacağam, çadır şəhərciklərini ləğv edəcəyəm. Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam.

Prezidentlik dövründə ölkədə 700 mindən çox yeni yeri açıldı. Hər bir vətəndaşın sosial vəziyyətini yaxşılaşdırmaq üçün əlavə tədbirlər görüldü. Pensiya əmək haqları 4 dəfədən çox artırıldı. Ölkəmizdə çadır şəhərcikləri tamamilə ləğv edilərək qaçqın məcbüri köçgünlər üçün gözəl qəsəbələr tikilib istifadəyə verildi. Ölkəmizdə tikilən olimpiya komplekslərin, parklar, xiyabanlar, istirahət turizm obyektləri əhalinin suya olan tələbatları, ucqar rayonlara qədər qaz elektriklə təmin olunması, yolların çəkilməsi, suvarma meliorasiya işləri, ekologiya tədbirləri görülərək xalqın istifadəsinə verilmişdir. Respublikanın mərkəzi Bakı şəhəri tanınmaz dərəcədə abadlaşdırılmışdı. Şəhərdə salınan yeni parklar, xiyabanlar, yollar, yeraltı keçidlər, təzə açılan metro stansiyası, əsaslı təmir olunan teatr binaları, kitabxana, arxiv binası, muzeylər bir çox başqa obyektlər cənab İlham Əliyevin prezidentlik dövründə gördüyü nəhəng işlərin hələ bir hissəsidir.

Prezidentlik dövründə regionların iqtisadi inkişafı üçün verilən fərmanlar rayon kəndlərin abadlaşdırılmasında iqtisadi inkişafında mühüm rol oynamışdır. Rayonlarda kənd təsərrüfatının inkişafı üçün kreditlərin verilməsi, sahibkarlığa dəstək, taxılçılara verilən yardımlar kənd təsərrüfatının bütün sahələrinin inkişafına kömək olmuşdur. İndi fəxrlə demək olar ki, yalnız taxıldan başqa əhalimizin tələbini respublikada istehsal olunan öz kənd təsərrüfatı məhsulları ödəyir. Taxılla təmin olunması məsələsi yaxın illərdə həll olunacaqdır.

Bundan başqa rayonda kənd təsərrüfatının emalı üçün Avropa texnologiyalı emal müəssisələri, ət kombinatı, süd kombinatı, konserv zavodu, şərab zavodu, tütün emalı zavodu, pambıq emalı zavodu tikilərək istifadəyə verilmişdir. Demək olar ki, indi kəndlinin əldə etdiyi hər bir məhsulu satmağa imkanı vardı. Bu da onların sosial vəziyyətinin yaxşılaşdırılmasına gələcəkdə daha çox məhsul istehsal etməyə ruhlandırır.

Cənab İlham Əliyevin prezidentliyi dövründə Heydər Əliyev fondunun prezidenti xanım Mehriban Əliyevanın çoxsaylı fəaliyyəti , diqqətə layiqdir. Mehriban xanım Əliyeva Heydər Əliyev fondunun prezidenti kimi respublikanın maarif, mədəniyyət, musiqi, tikinti-quruculuq xeyriyyəçilik kimi vacib sahələrin inkişafında, bərpa olunmasında yorulmadan fəaliyyət göstərir. Onun təşəbbüsü bilavasitə  rəhbərliyi ilə tikilən məktəblər saya gəlməzdir. Mehriban xanımın köməyi ilə bu ilə məktəb dərsliklərinin geyim formalarının pulsuz verilməsi qədər ailələrə sevinc razılıq gətirdi. Onun ilin bütün bayramlarında şəhid ailələrinə, qocalara, ahıllara, əlillərə, kimsəsiz uşaqlara köməklik göstərməsi bayram sovqatı göndərməsi şəxsən baş çəkməsi böyük hörmətə diqqətə layiqdir.

Mehriban xanımın Azərbaycanın xaricində olan Azərbaycan diasporlarla apardığı Azərbaycan uğurlarının Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı, Azərbaycan ərazisinə soxulmuş erməni separatçıların haqsızlığı haqda dünya ictimaiyyətinə çatdırılmasında apardığı təşkilatçılıq işi çox vacib əhəmiyyətlidir. Bugün Heydər Əliyev fondunun həyata keçirdiyi tədbirlər xalqımızın maarif mədəniyyətinin keçmişini qoruyub saxlanılmasında gələcək inkişafında, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasında xalqımızda, müstəqil Azərbaycanın gələcək inkişafında böyük inam yaradır hörmətli prezidentimiz İlham Əliyevin siyasətini müdafiə etməyə çağırır.

Ona görə xalq Heydər Əliyev siyasətinin davamçısı cənab İlham Əliyevə inanır onun siyasətini müdafiə edir.

Budur, 15 oktyabr prezident seçkiləri günü yaxınlaşdıqca keçən prezidentlik dövründə görülən işlərə yekun vurulur. Prezident cənab İlham Əliyev respublikanın bütün rayonlarında gəzib xalqla görüşdü xalqa prezidentlik dövründə görülən işlər haqda hesabat verdi. Görün qədər Azərbaycan dövlətinin iqtisadi inkişafı üçün işlər görülür gələcəkdə görüləcək işlər planlaşdırılır. Sonra ilin 9 aylıq prezidentin çağırdığı müşavirədə müzakirə etdi. Müşavirənin yekunu onu göstərir ki, prezidentin qəbul etdiyi hər bir fərman qərarlar əsasən icra olunmuşdur onların yerinə yetirilməsi üçün aidiyyatı nazirliklər cavabdehdirlər. Belə tələbkarlığın nəticəsidir ki, yuxarıda göstərilən ondan da çox-çox digər məsələlər hesabat dövründə yerinə yetirilmişdir. 15 oktyabr seçki günündə məndə səs vermək üçün yaşadığım Daşüz kəndində 26 saylı məntəqəyə getmişdim. Məntəqənin hər işi gözəl, səliqə səhmanda idi. Demokratik seçkilərin keçirilməsi üçün lazımi şərait yaradılmışdı. Səhər saat 8 olmamış əhali mütəşəkkil səs verməyə gəlmişdi. Hamının üzü gülər, əhvalı xoş idi. Hər kəs azad, sərbəst istədiyi adama səs verirdi. Mən o cümlədən istədiyim layiqli namizədə səs verdim. İndi etiraf edim ki, mən səsimi hörmətli prezidentimiz cənab İlham Əliyevə verdim.

15 oktyabr gecə saat 23-dən sonra televiziyada ilkin səs vermənin nəticələrini eşidəndə çox sevindim, fərəhləndim Azərbaycan xalqına əhsən dedim. Xalqın müdrikliyi, uzaq görənliyi bir daha öz düzgün seçimini etdi. Xalqımızı parlaq gələcəyə aparmağa qadir Heydər Əliyev siyasətinin ləyaqətlə yerinə yetirməyə qadir olan cənab İlham Əliyevə yetkinliklə səs verdilər.

Cənab İlham Əliyev birinci prezidentlik dövründə qarşıya qoyduğu bütün məsələləri çox uğurla yerinə yetirmişdir. Onun yerinə yetirə bilmədiyi daha doğrusu həll edə bilmədiyi məsələ Dağlıq Qarabağın azad olunması məsələsi idi. Söz yox ki, Dağlıq Qarabağın azad edilməsi cənab İlham Əliyevin fəaliyyətində bir nömrəli məsələ idi. Ancaq bu yalnız bizim prezidentin istəyindən asılı deyildi. Bu məsələdə ATƏT-in dünyanın hegemon dövlətlərinin roluda böyükdür. Lakin diqqətə layiqdir ki, cənab İlham Əliyevin apardığı danışıqlar nəticəsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğundan dövlətimizin ərazi bütövlüyünü bütün dünya dövlətləri tanıyır müdafiə edir yaxın gələcəkdə Qarabağın azad olunması məsələsinin bizim xeyrimizə həlli şübhəsizdir.

Ulu öndərimiz Heydər Əliyev kimi prezidentimiz cənab İlham Əliyevdə sülhsevər insandır, o müharibə, qan tökmək yolunun tam əleyhinədir. Daima kompromis danışıqlar yolu ilə məsələnin həllinə üstünlük verir. Söz yox ki, insan qırğınına yol verməmək məsələnin sülh yolu ilə həlli ən yaxşı yoldur. inanırıq İlham Əliyevin bu təmkinli siyasəti öz bəhrəsini verəcəkdir.

Azərbaycan dövlətinin memarı onu qoruyub inkişaf etdirib, gələcək nəslimizə miras qoyan ulu öndərimiz Heydər Əliyev haqqında yazmaq, onun gördüyü əvəzsiz işlərin gələcək nəslimizə çatdırmaq hamının vəzifəsi vətəndaşlıq borcudur. Qoy gələcək nəslimiz bilsin ki, bu inkişaf tərəqqi müstəqil dövlət kimin təşkilatçılığı ilə yaranıb gələcək nəslə bəxş olunmuşdur.

Mən Yeni Azərbaycan Partiyasının üzvü kimi vətənpərvər vətəndaş kimi Heydər Əliyev siyasətinin müdafiə təbliğ edən bir ziyalı kimi bu yazımı qələmə aldım gələcəkdə onun haqqında daha geniş yazmağı özümün müqəddəs borcum hesab edirəm.

İndi yenidən seçilmiş prezidentimiz cənab İlham Əliyevin qarşısında möhtəşəm böyük vəzifələr durur.

Mən bu şərəfli yolda ona uzun ömür, can sağlığı, ailə xoşbəxtliyi Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə böyük müvəffəqiyyətlər arzulayıram.

Əmir Şabanov

Şəkidəki Daşüz kəndinin sakini,

el ağsaqqalı

Tel (0 177) 32-2-42

 


 

"TƏZADLAR" QƏZETİ GAH NALA, GAH DA MIXA VURUR?!

 

BU QƏZETİN SƏHİFƏLƏRİNDƏ OĞUZ RAYONU İLƏ BAĞLI DƏRC OLUNMUŞ "İKİÜZLÜ" - BİR-BİRİNİ TƏHRİF EDƏN VƏ GÜLÜNC DOĞURAN BƏZİ YAZILARA MÜNASİBƏTİMİZ

 

"Təzadlar" qəzeti özünün 17 oktyabr 2008-ci il tarixli sayında "Şəkinin səsi" qəzetində verilmiş bir tənqidi yazıya istinad edərək "sevinclə" aləmə "car" çəkirdi ki, guya Oğuzda yerli hakimiyyətlə müxalifət partiyaları yerli təşkilatlarının sədrləri sözü bir yerə qoyaraq birləşiblər. Qəzet daha sonra yazırdı ki, "And olsun, "Şəkinin səsi" qəzetinin baş redaktoru Salisin canına ki, bu xəbərə hamıdan çox sevinən "Təzadlar" qəzeti, bir onun əməkdaşları olublar(?!). İnanaq, ya inanmayaq? Əgər belədirsə, onda həmin yazıda - "Təzadlar"ın 29 iyul 2008-ci il tarixli sayında Oğuz rayonunda guya baş verən əsası olmayan bəzi neqativ halların yenidən "yada" salın- masına, həmin qərəzli yazıya haqq qazandırılmasına ehtayac qalırdımı? Hətta, qəzetin özünün etiraf etdiyi kimi, həmin yazı dərc edildikdən sonra buna bərk əsəbləşən Musavat, AMİP, Ümid, AXCP s. müxalifət yönümlü partiyaların Oğuz rayon təşkilatlarının sədrləri öz qəti etirazlarını bildirmişdilər. Məsələ çox böyümüşdü. Mətbuat Şurasına qədər gedib çıxmışdı.

"Təzadlar" bu "döyüş"dən "sağ- salamat" çıxsa da, öz ikiüzlü - ikili standartlı siyasətindən yenə əl çəkmədi. İlk növbədə bildirdi ki, ölkənin ən ağır problemlərini aradan qaldırmaq üçün Oğuz rayonunda iqtidarla müxalifətin rayon icra hakimiyyətinin yeni başçısı Aydın Əlihüseynovun ətrafında sıx birləşməsini alqışlayır. Buna isə etiraz edir ki, onlar "vətənpərvərlik" nümayiş etdirərək birləşiblər, ümumi "düşmənə" - yəni qəzetə qarşı birgə mübarizə aparırlar.(?!). "Təzadlar"ın fikrincə, oğuzlu müxalifətçilərdən belə şeyi gözləmirdi.

Nəhayət, "Təzadlar" "ürəyi"ndən keçən qara niyyətlərini bu dəfə belə "açıb-ağartdı": "Bir dəli şeytan deyir ki, indi Oğuzun icra başçısı kimi, bu rayonun müxalifət partiya sədrlərinə "dərsini" vermək ona borc olsun! Gərək bundan sonra Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Aydın Əlihüseynov rayonun iqtidar yönümlü partiyaları müxalifətçilərin müdafiəsinə qalxacaq, yoxsa yox?

Soruşa bilərlər: Oğuzun müxalifət partiyalarının "Təzadlar" barədə məlum bəyanatlarında - şikayətlərində nədən söhbət gedir, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Aydın Əlihüseynovun mövqeyi necə müdafiə olunurdu? Qəzet özünün növbəti saylarında bu məsələlərə aydınlıq (?!) gətirəcəyini bildirirdi. Elə o cür hərəkət etdi. Amma, "Təzadlar"ın 27 oktyabr 2008-ci il tarixli sayında bu qəzetin Oğuza, onun icra başçısına qarşı münasibətinin birdən-birə dəyişməsi tamamilə gözlənilməz oldu. Belə ki, "Təzadlar"ın 27 oktyabr 2008-ci il tarixli nömrəsində "Oğuzda hər şey aydınlığa doğru" başlığı altında bir səhifəlik material dərc olundu. Oğuzu öz qələmi ilə, necə deyərlər, "top-tüfəng" atəşinə tutan "Təzadlar" indi bu rayonun müsbət işlərini ön plana çəkmişdir. Qəzet bu dəfə ona "sifarişlə" müraciət edib, Oğuzu tənqid atəşinə tutmağa ruhlandıran "qara qüvvələrə" qarşı çıxış etməyə başlamışdır. "Təzadlar"ın yazdığına görə. Görünür, öz şəxsi mənafelərini xalqın mənafeyindən üstün tutan bəzi adamlar redaksiyanı aldada bilmiş, ara qarışdırmaqla rayonun təzə icra başçısı Aydın Əlihüseynovu gözdən salmağı qarşılarına məqsəd qoymuşdular. Biz isə onlara inanmış, yenicə inkişaf mərhələsinə qədəm qoyan Oğuzun bu günkü nailiyyətlərini görə bilməmişik. Söz veririk ki, bundan sonra Oğuzu "göylərə" qaldırmaq bizim birinci dərəcəli vəzifəmiz olacaqdır…"

"Təzadlar" eyni zamanda öz-özündən "soruşur"du: "Görəsən Oğuzda icra başçısı Aydın Əlihüseynova qarşı belə qərəz narazılıq haradan qaynaqlanmışdır?" Qəzet bu suala özü cavab verir: "Elə insanlar var ki, intiriqanı çox sevirlər rayona gələn hər bir başçıya qarşı belə münasibət göstərirlər. Burada əsas məqsəd özlərinin maddi maraqlarını təmin etməkdir. "Təzadlar" olaraq biz heç vaxt görmədik ki, bir icra başçısı görərkən redaksiyamıza gəlib desinlər ki, "yorulmasın!" Bizə üz tutanlar bəd niyyətlə gəlirlər -- Oğuzun icra hakimiyyətinin başçısı kimi onları ruhdan salmaq, işdən ayırmaq məqsədi güdürlər. Bizə indi-indi məlum oldu ki, Aydın Əlihüseynov yorulmadan işləyir böyük layihələr həyata keçirir. Çünki bu insan Heydər Əliyev məktəbini keçmişdir. Təkcə siyasi yox, həm Dövlət Təhlükəsizlik sistemindəki məktəbinin müdavimidir, peşəkar zabitdir. Belə insanları öz peşə borcunu yerinə yetirməkdən başqa heç maraqlandırmır. Aydın Əlihüseynov kimi adamlar həmişə vəzifəyə təyin edən insanın etimadını qazanmağı özlərinin ali məqsədi bilirlər…"

"Təzadlar" həmin sayında rayon icra hakimiyyəti ictimai-siyasi şöbəsinin müdiri Səyyaf Abbasovdan da belə bir misal gətirir:

--Bu gün Aydın müəllim dövlətə onun başçısı İlham Əliyevə sədaqətlidir rayonda görübsə, hamısı xalqın rifahı naminədir. Görünür öz şəxsi mənafelərini xalqın mənafeyindən üstün tutan qara qüvvələr "Təzadlar", "Yeni Musavat" kimi bəzi qəzetlər vasitəsilə ləyaqətli rəhbər işçilərimizə "qara" yaxmaq, belələrini hörmətdən salmaq istəyirlər. Qətiyyətlə bildirirəm ki, onlar məqsədlərinə çatmayacaqlar. Aydın Əlihüseynovun 8-9 ayda Oğuz rayonu oğuzlular üçün gördüyü müsbət işlər, həyata keçirdiyi, çoxsaylı layihələr bu diyarda son 20 ildə görülməmişdir…"

"Təzadlar"ın Səyyaf Abbasova belə bir sualla da müraciət etməsi maraqlıdır:

-Bəs, iqtidarlı-müxalifətli partiyaların hamısının bir mövqedən çıxış etməsinə, Aydın Əlihüseynovu dəstəkləməsinə vadar etmişdir?

Səyyaf Abbasovun bu suala cavabı isə aydın konkret oldu:

-Ona görə ki, onlar rayonda gedən müsbət dəyişiklikləri görürlər. Elə bunu keçirdikləri iclasda da deyiblər. Rayonda bir vətəndaş cəmiyyəti yaranıb. Hamının rayonda işləmək yaşaması üçün normal şərait yaradılıb. Aydın müəllim siyasətində heç bir ayrı-seçkilik yoxdur. Hər kəs qanun çərçivəsində görürsə, fəaliyyətində heç bir qanun pozuntusuna yol vermirsə, onun üçün heç bir problem yoxdur. Tutaq ki, hər hansı müxalifət partiyasının üzvü olan hər nəfər hansısa problemi ilə əlaqədar bizə müraciət edir. Hər şey qanun çərçivəsindədirsə, o problem öz həllini tapır. Belə olan surətdə bu insanlar niyə icra başçısı kimi Aydın Əlihüseynovu müdafiə etməsinlər?"

"Təzadlar"da öz növbəsində Oğuz Rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Səyyaf Abbasovun bu fikri ilə tamamilə razılaşır. Onun sözlərinə qüvvət verərək bildirir ki, "Təzadlar"da Oğuzla bağlı verilmiş qərəzli materialların heç bir əsası yoxdur. Bəzi adamların Aydın müəllimin timsalında cənab Prezident İlham Əliyevi niyə dəstəkləmədikləri, belə adamların qəzetimizdə dərc olunmuş haqsız yazıları Oğuzun hər bir sakini kimi onların da mənliyinə toxunur. Ona görə bu yazıları pisləyən bəyanatlar hamı tərəfindən müdafiə olunmalıdır. Çünki hamımız Azərbaycan vətəndaşıyıq.  Qəzet hərdən bir "görünən" bəzi qərəzli yazılar isə bizə heç başucalığı gətirmir.

"Təzadlar" bunu da etiraf etmişdir ki, bəzən "tələsik"liyə yol vermiş, Oğuzla, onun icra başçısı haqqında xoşagəlməz - həqiqətə uyğun gəlməyən "hay-küylü" yazılara öz səhifələrində yer verdiyi üçün bütün oğuzlulardan üzr istəyir.

                                 "ŞƏKİNİN SƏSİ"

 


 

ŞƏKİ ƏT KOMBİNATINDA 25 ADDA KOLBASA MƏMULATI BURAXILIR  

 

Şəki Ət Kombinatının çox tərifəlayiq keçmişi olub. Sovet İttifaqı dövründə daima plan öhdəlikləri layiqincə yerinə yetirməklə, SSRİ Azərbaycan SSR Ət kombinatları arasında qabaqcıl olmaqla - qırmızı bayraqlarla pul mükafatları ilə təltif olunmuşdu. Bir çox qabaqcıllar dövlətin yüksək orden medallarını almışdılar. SSRİ dövləti dağılandan sonra kombinat da öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalmış demək olar ki, belə bir vacib məsələ hamının yadından çıxmışdı.

Lakin 2005-ci ildən Şəki Şəhər İcra Hakimiyyətinin təşəbbüsü təşkilatçıları ilə Şəki ət kombinatının yenidən bərpa olunması haqqında respublika təşkilatları qarşısında məsələ qaldırılmışdır. Bu məqsədlə ət kombinatında Açıq Səhmdar Cəmiyyəti  yaradıldı. Beləliklə, kombinatın yenidən bərpası üçün işə başlanıldı. Bu məqsədlə Avstriyanın "Şaller" firması ilə danışıqlar aparılaraq kombinatda bərpa yenidənqurma işləri görüldü.

Kombinatda Avropa texnologiyasında kolbasa sexi ən müasir avadanlıqlar komplekti ilə təchiz edilmişdir. Bu texnoloji avadanlıqlardan lazımi qaydada səmərəli istifadəsi üçün 4 nəfər gənc Özbəkistan Respublikasına göndərilərək, orda fəaliyyətdə olan bu tipli avadanlıqla işləyən kolbasa zavodunda təcrübə keçmişdir. İndi onlar kombinatda işə düşmüş kolbasa sexində sərbəst, lazımi keyfiyyətdə kolbasa məmulatları istehsal etməyə qadirdilər. Hazırda kombinatda 25 adda keyfiyyətli kolbasa məmulatları istehsal olunur.

Bu kolbasaların istehsalı üçün Respublika Dövlət standartının tələblərinə cavab verən hər bir kolbasa növü üçün reseptur normalar hazırlanmış, Dövlət Standartlaşdırma Komitəsindən sertifikatlar alınmışdır. Həmçinin respublika Gigiyena Epidemiologiya mərkəzi Şəki ət kombinatını bütün sanitariya normalarına cavab verən təşkilat kimi qeydiyyatdan keçirmişdir. Artıq sanitar şəhadətnaməsi almışdır. 2007-ci ilin oktyabr ayından kombinat kolbasa istehsalına başlamışdır.

2008-ci ildə kombinatda 20 tondan artıq müxtəlif çeşiddə kolbasa məmulatları istehsal olunaraq əhaliyə satılmışdır. Bizi sevindirən fərəhləndirən odur ki, istehsal etdiyimiz məhsullar xalq tərəfindən keyfiyyətinə görə yüksək qiymətləndirilir.

Əlbəttə, ilk baxışdan göstərilən bu miqdar kolbasa az görünə bilər. Ancaq, Avropa texnologiyasını mənimsəyib avadanlıqlardan lazımi, səmərəli qaydada istifadə etmək təcrübəsinə yiyələnmək söz yox ki, diqqətəlayiqdir. Çünki, həmişə azdan başlayıb çoxluğa doğru getmək lazımdır.

Kolbasa sexinin cavan kollektivinə gənc mütəxəssis Hüseyn Xasıyev başçılıq edir. Onun başçılığı ilə çalışan Yusif Həşimov, Eldar Əhmədov, Vüsal Hidayətzadə, Zaur Çıraqov, Səmayə Cabbarova, Bənövşə Mamışova, Taleh Qafarov əməkdə böyük əzmkarlıq göstərirlər. Hazır məhsullar Elşad Qasımov tərəfindən mağazalara vaxtında çatdırılır. İstehsal olunan hər bir partiya məhsul kombinatın baytarlıq laboratoriyasında fiziki-kimyəvi baktereoloji müayinədən keçirildikdən sonra Dövlət standartına uyğun gəldikdə onların satışına baytar sanitar nəzarət şöbəsi tərəfindən icazə verilir. Hər partiya məhsula keyfiyyət şəhadətnaməsi verilib ya qaiməyə xüsusi ştamp vurulub. İstehsalata belə dəqiq nəzarət həmişə fayda səmərə verir. Çünki, bu qayda işçilərin məsuliyyətini artırır. Öz vəzifəsini daima vicdanla yerinə yetirməyə bir növ məcbur edir.

Söz yox ki, qarşımızda görüləsi işlərimiz çoxdur. Kolbasa istehsalını artırmaq üçün istehsal sahələrimizi daha da genişləndirməliyik.               

Bunun üçün perspektiv planlarımız var. Kombinatın rəhbərliyi rayon respublikanın aidiyyatı təşkilatları kombinatın daha geniş şəkildə işləməsi üçün tədbirlər hazırlayırlar. Kombinatın gələcək inkişafı üçün rayon rəhbərliyinin, xüsusən rayon icra hakimiyyətinin başçısı cənab Nazim İbrahimovun daima diqqət qayğısı vardır. Cənab N.İbrahimov vaxtaşırı kombinata gəlir vacib problemlərin həllinə köməklik göstərir.

Kombinata istedadlı təşkilatçı Teymur Musayev başçılıq edir. Zahirən sakit mehriban bir insan olmaqla, işdə ciddi tələbkardır. Teymur müəllim kollektivdə elə gözəl səmimi bir abı-hava yaradıb ki, bütün kollektiv üzvləri biri-birinə mehriban qayğıkeşdirlər. Kollektivin hər bir üzvü direktorun mehribancasına dediyi iradı vacib bir məsələ kimi qəbul edir onu aradan qaldırmağa çalışırlar.

Ümumiyyətlə, Şəki Ət kombinatının kollektivi respublikada yüksək keyfiyyətli ət məhsulları istehsal etməklə xalqımızın ət məhsullarına olan artan tələbatlarını ödəmək üçün əlindən gələn hər şeyi edəcəkdir.

S.ƏMİR,

   Şəki Ət kombinatının baş baytar həkimi. 


 

SON XƏBƏRLƏR  

 

  •  103 yaşlı Şəki şəhər sakini - müharibə əlili Mənəf Məmmədova "Ahıllar günü" münasibətilə "OKA" markalı avtomaşın hədiyyə verilmişdir. Bu, ölkə Prezidenti İlham Əliyevin  Mənəf əmiyə töhfəsidir.
     
  •  Şəkidəki 10 saylı orta məktəbin əsas korpusu təmirdən sonra qapılarını doğma kollektivin üzünə açmışdır.
  • Şəki rayonunun Kosalı Aşağı Kəldək kəndlərində tikilmiş yeni məktəblərin təntənəli açılışı keçirilmiş, şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov bu gözəl hədiyyələri alan hər iki kəndin əməkçilərini, təhsil işçilərini təbrik etmişdir.
  • Şəki rayonunun Göybulaq kəndinə təbii qaz verilmişdir.

 


 

QURTULUŞ SÜLEYMANLI  

               

BİZİ

 

Haram yaşamağı güdən olmadıq,

Tamahın dalınca gedən olmadıq.

Kimsəyə bir pislik edən olmadıq,

Yaşadar inşallah bu həyat bizi.

 

 

İşıq təmənnasız düşər hər yana,

Zəmətdir sağlamlıq gətirən cana.

Tanrıdır bərəkət verən insana,

Qalsaq hərəkətsiz tez oyat bizi.

 

Gəzək Marxalımın qar dağı üstə,

"Gələrsən-Görərsən" yaylağı üstə.

Ana Şəkimizin torpağı üstə,

Namusla, qeyrətlə sən yaşat bizi.

İlahi, ağlatma güləsi olsaq,

Vətənçün savaşda öləsi olsaq.

Bir bu dünyaya gələsi olsaq,

İstəsən təzədən sən yarat bizi.

 

Şəki, gözəlliyin sinəndə qalsın,

Qiymətin qədrini biləndə qalsın.

Qəmli günlərimiz dünəndə qalsın,

Güldürsün düz niyyət, xoş murad bizi!

 

Yaxşı gül-çiçəkli baharla getsin,

Pisi haram yığan o varla getsin.

Haqsızı dərəyə yuvarla getsin,

Haqqın zirvəsinə gəl ucalt bizi.

 

Qurtuluş, görüb duy gözünlə birgə,

Çalış yaşamağa sözünlə birgə.

Nəyin var gedəcək özünlə birgə,

Yaxşı insan kimi sən qocalt bizi.

 

AĞAC

 

Bəhrəsini budaq verir,

Yeməyini torpaq verir.

Yazda yaşıl yarpaq verir,

Çiçək açır, gülür ağac.

 

Özü görür öz işini,

Təmənnasız düz işini.

Xəzan, qışın gəlişini,

Yarpağından bilir ağac.

 

Ömür eylər illəriylə,

Danışmayır dilləriylə.

Budaq olan əlləriylə,

Göz yaşını silir ağac.

 

Qışda qalır tək, amansız,

Gar varlıdır, gah imkansız.

Öz barını təmənnasız,

İnsanlarla bölür ağac.

 

Qurtuluş, o haram yemir,

Lovğalanıb "mənəm" demir.

Mərd canlıtək sürür ömür,

İnsan kimi ölür ağac.

 

MÜSƏLMANÇILIQ

 

(Bu şeri Ramazan bayramı münasibəti ilə əsl insan, əsl müsəlman olanları nəzərə alıb yazdım -

 

Müəllif)

Təmiz sual-sorğudu,       

Qibləsinə doğrudu.

Ədalətdi, doğrudu,

Düzdü müsəlmançılıq.

 

Ya Məhəmməd deyirdi,

Halal ruzu yeyirdi.

Ölməyən bir şerdi,

Sözdü müsəlmançılıq.

 

Verər xalq ona qiymət,

Torpağı, yurdu cənnət.

Günəş nurlu bir sifət,

Üzdü müsəlmançılıq.

 

Allaha düz end içən,

Ömrü imanla keçən.

Haqqı nahaqdan seçən,

Gözdü müsəlmançılıq.

 

Ac tarix yaddaşını,

Etdi haqq savaşını.

Düşmənin başını,

Üzdü müsəlmançılıq.

 

Sirrini açmaz yada,

Yaxşını verməz bada.

Allahdan gələn səda,

Səsdi müsəlmançılıq.

 

Yaxşı olasan gərək,

Tanrı edəndi kömək.

Mələklərlə duz-çörək,

Kəsdi müsəlmançılıq.

 

Dünya bizə tərəfdi,

Dinsizlər naxələfdi.

Qurtuluşa şərəfdi,

Bəsdi müsəlmançılıq

 


 

10 SAYLI "QÖNÇƏ" UŞAQ BAĞÇASINDA 

 

Şəki şəhərində  Həqiqət Məmmədovanın müdir olduğu 10 saylı uşaq tərbiyə müəssisəsi rayonun ən irihəcmli tutarlı uşaq müəssisələrindən biridir.

15 il bundan əvvəl tikilən istifadəyə verilən bu müəssisədə çoxsaylı kollektivi sanki bir ailənin üzvləri kimi fəaliyyət göstərir.

Bağçada tərbiyə alan uşaqlar istirahət günlərində belə evdə qərar tuta bilmirlər: valideynlərin dediklərini nəzərə alsaq, onlar hər an bağçanın müəllimləri ilə təmasda olmağı arzulayırlar.

Bağça uşaqların estetik zövqlərinə uyğun bəzədil- mişdi. Bu bağçada öz işinin öhdəsindən bacarıqla gələn müəllimlər vardır. Bella xanım Soltan qızının qabaqcıl təcrübəsi diqqəti daha çox cəlb edir. O, hər daim vəzifə başındadır. İrina Nəbiyeva da  hər bir uşağa qayğıkeşliklə yanaşır, öz məvacibindən onlara hədiyyələr alır. Mətanət  müəllimə  çox qayğıkeşdir. Mehriban Həsənova, Mehriban Məmmədova, Nüşabə Həsənova, Sevinc müəllimə, Aygün müəllimə, musiqi müəlliməsi Kəmalə xanım, Şəfəq xanım da bu cür kateqoriyalı müəllimlərdəndir.

Şəfəq xanımın, Kəmalə xanımın pianinoda çaldığı mahnıları uşaqlar çox sevirlər. Tərbiyəçi köməkçisi Roza xanım, Tərifə xanım, Səmayə xanım, Analı xanım, İqlimə xanım, Lətafət xanım uşaqlara doğma anaları kimi yanaşırlar. Gülçöhrə xanımın, Almaz xanımın bişirdiyi xörəklər çox ləzzətlidir iştahla yeyilir.

Həqiqət Məmmədovanın  başçılıq etdiyiQönçəuşaq müəssisəsi  analoqu olmayan tədris ocaqlarındandır. Burada prezident təqaüdünə düşəcək çox sayda kollektiv vardır ki, onlar günün tələbinə uyğun öz rejimini qurmuşlar.

Xavər HƏBİBULLAYEVA

metodist tərbiyəçi

 


Şəki Elektrik Stansiyası qış mövsümünə hazırdır

Müasir texnologiyaların tətbiqi ilə daxili imkanları hesabına tikilmiş Şəki Elektrik Stansiyasında payız-qış mövsümünə hazırlıqla əlaqədar əsaslı cari təmir işləri həyata keçirilmişdir. Hazırda stansiyanın istismar fəaliyyəti cədvələ uyğun davam etdirilir.

 

Müəssisənin direktoru Qulam Əsədova istinadən "Azərenerji" ASC-nin mətbuat xidmətinin məlumatına görə, stansiyada cari ilin sentyabr ayında 32 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir ki, bu da proqnozlaşdırıldığından 2 milyon kilovatsaat çox olmuşdur. Nəticədə 30 min kilovatsaatdan artıq elektrik enerjisinə qənaət edilmişdir. Elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacağın xüsusi sərfinin azalması nəticəsində isə 72 tondan artıq şərti yanacağa qənaət olunmuşdur. Ümumiy- yətlə, stansiyada cari ilin 9 ayı ərzində 240 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir bu, nəzərdə tutulduğundan 32 milyon kilovatsaat çoxdur. Bu dövrdə elektrik enerjisinin xüsusi sərfi 3,9 milyon kilovatsaatdan artıq olmuş proqnoza qarşı 190 min kilovatsaatdan artıq enerjiyə, eyni zamanda, 495 tondan artıq şərti yanacağa qənaət edilmişdir.

 

"AZƏRBAYCAN"

 


 

OĞUZ-QƏBƏLƏ-BAKI MAGİSTRAL SU KƏMƏRİ PAYTAXTA YAXINLAŞIR

 

"Azərsu" ASC-dən bildirmişlər ki, ümumi uzunluğu 265 kilometr olan Oğuz-Qəbələ-Bakı magistral su kəmərinin Sulutəpə qəsəbəsi ərazisindəki 1.100 metrlik hissəsində işlər artıq yekunlaşmaq üzrədir. Oğuz-Qəbələ-Bakı magistral su kəməri 8 rayonun ərazisindən keçir. Xəttin çəkilişi cədvələ uyğun aparılır.
Su xəttinin bir hissəsi Bakı-Şamaxı magistral yolundan keçdiyindən polad borulardan istifadə edilir. Artıq kəmərin paytaxta çatmasına olduqca az məsafə qalmışdır. Hazırda su xəttinin magistral yoldan keçən hissəsinin üzərində torpaqbərkitmə işləri aparılır, kommunikasiya xətlərinin yeri dəyişdirilir.
Ərazidə işləri Türkiyənin "Xəzinədaroğlu" firması yerinə yetirir, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Əsaslı Tikinti İdarəsi isə tikintiyə nəzarət edir. İşlər başa çatdıqdan sonra yolun tam keyfiyyətlə yenidən qurulmasına başlanacaqdır. 
Kəmərin çəkilməsi ilə Bakı şəhərinə verilən içməli suyun həcmi azı 35 faiz artacaqdır. Kəmərlə Bakıya çatan su Alatava su anbarına vurulacaq, oradan isə şəhərin müxtəlif istiqamətlərinə paylanacaqdır.

 


VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ! 

 

Azərbaycan Respublikasının "Kitabxana işi haqqında" qanuna, habelə respublika Prezidentinin, daşınmaz əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi aparılması qaydalarının təsdiq edilməsi barədə Fərmanın icrasına uyğun olaraq respublikanın hər yerində, o cümlədən Şəkidə "nadir əlyazmalar nüsxələrdən ibarət kitab abidəsi"nin yaradılmasına başlanmışdır. Bu işin icrası Şəkidəki Nakam adına mərkəzi kitabxanaya həvalə edilmişdir.

Vətəndaşlardan xahiş olunur ki, əllərində olan əlyazmaları nadir nüsxəli şəxsiyyət vəsiqələrini Nakam adına şəhər mərkəzi kitabxanasına təqdim etsinlər.

Tariximizin bir parçası sayılan nadir incilərin daha yaxşı mühafizəsi ümumi istifadəsi üçün bu nəcib təşəbbüsə qoşulmanızı rica edirik.

Əlaqə telefonu: 4-20-82.  

DİREKTORLUQ
 

 

 <<< əvvəlki səhifə

 <<< ana səhifə