NAXÇIVAN ALİ MƏCLİSİNİN  SƏDRİ HEYDƏR ƏLİYEVİN ADI ALTINDA SAXTAKARLIQ

 

    

       Qəzetimizin 21 may 1992-ci il tarixli 15-ci sayında dərc etdiyimizSaxtakarlıq yaxudimza toplamaq əməliyyatıməqaləsi oxucular arasında geniş əks-səda maraq doğurmuşdur. Hətta Şəkidə çıxanİpəkçiqəzetinin 26 iyun 1992-ci il tarixli 16- sayındaRedaktordanrubrikası altında dərc olunmuşUğur olsun Milli Məclis sədriyazısında da müəllif bu məqaləyə münasibətini bildirmiş məqaləsini bu yazıya istinad edərək faktlarla zənginləşdirmişdir. Yazıda qəzetimizlə bağlı bir abzası oxucularımızın nəzərinə çatdırırıq.

El gözü tərəzidir. Bu gün İlyas İsmayılov vaxtı ilə bəyənmədiyi ədliyyə naziri vəzifəsini tutsa da, prezident seçkilərində İsmayılovun payına düşən səslərin nəticəsi (təkrar üçün üzr istəyirik: cəmi 0,7 faiz, yaxud vur-tut 20216 nəfər) göstərir ki, buuğurkeçmiş baş prokurorunindiki nazirin xalq qarşısında nüfuzunu göstərən sarsıdıcı bir meyardırbundan sonra sabiq baş prokurorun özünü reklam etmək üçün göstərəcəyi cəhdlərin heç bir uğur qazanmayacağı şübhəsizdir. Saxtakarlığın daha bir nümunəsi: Yevlaxda çıxanNicatqəzetinin 21 may 1992-ci il tarixli nömrəsindən bizə məlum oldu ki, “28 aprelsovxozunda prezident seçkiləri ilə əlaqədar imza toplamaqəməliyyatındayeni üsuluna əl atılmış, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin adı altında keçmiş prokurora, yaxınlarda isə Ədliyyə naziri təyin edilmiş prezidentliyə namizəd İlyas İsmayılova imza toplamışlar. yaxşı ki, bu dünyada Heydər Əliyev kimi kişilər var imiş: “Qoçaqhüquq işçisi Heydər müəllimi bəyənməsə , onun adından istifadə edib, özünəxaltoplamağa cəhd göstərmişdir.

Nicatın ƏLAVƏSİ: həyata yenicə göz açmış qəzetimizin respublkianın qocaman mətbu orqanlarından olanİpəkçinin, onun hörmətli redaktoru, məşhur publisist Salis müəllimin diqqətini cəlb etməsi bizi hədsiz sevindirir. Yaxşı bilirik ki, bu yaxınlarda 60 illik yubileyini qeyd edəcəyimizİpəkçiadi bir müəssisə qəzeti olsa da keçmiş SSRİ-, o cümlədən respublikamızda təkhakimiy- yətliyin tüğyan etdiyi dövrlərdə belə həmişə cəsarətliliyi, demokratikliyi, təşəbbüskarlığı, azad fikirliyi, obyektivliyi ilə fərqlənmiş, təkcə Şəki camaatının deyil, bütün respublika oxucularının hörmətini qazanmışdır.

İpəkçidən olan həmkarlarımıza, qəzetin hörmətli redaktoru Salis müəllimə onu demək  istəyirik ik, həyataYa olduğun kimi görün, ya göründüyün kimi olprinsipi ilə qədəm basmışNicatbu gündən sonra da vəzifəsindən, mövqeyindən asılı olmayaraq millətin mənafeyi ziddinə hərəkət edənləri ciddi tənqid atəşinə tutacaq, cəmiyyətimizdə baş verən hər cür saxtakarlıq faktlarına qarşı özünün etiraz səsini ucaldacaqdır.

 

(Yevlaxda çıxanNicat    qəzetinin

9 iyul 1992-ci il tarixli 22 sayından)