CİDDİ SİQNAL

TOXUN ACDAN  XƏBƏRİ OLMAZMIŞ 

 

Azərbaycan Respublikaçı Ali Sovetinin sədri Yaqub Məmmədov

və respublikanın baş naziri Həsən Həsənov yoldaşlara

MƏLUMAT


(«İpəkçi», 4 fevral 1992-ci il)

Hörmətli sədr, hörmətli Baş nazir!Respublikamızda baş verən siyasi-iqtisadi gərginliyi, Yuxarı Qarabağda baş verən hadisələri, müharibənin törətdiyi dəhşətləri respublikamızın ən iri müəssisələrindən biri olan Şəki İpək Şirkətinin 7 min nəfərlik kollektivi yaxşı başa düşür. Ona görə biz Şəki ipəkçiləri hər gün dəzgah arxasına inamla keçir, arxa cəbhədə öhdəmizə düşən vəzifəni vicdanla yerinə yetiririk.

Lakin çəkdiyimiz zəhmətin, gərgin məhsuldar əməyimizin müqabilində iki aydır ki, zəhmət haqqı ala bilmirik. Müdiriyyətin biz fəhlələrə 12 milyon manat borcu vardır. Həm unutmayın ki, bazar iqtisadiyyatının bizi var-yoxdan çıxardığı bir vaxtda öz qabarlı əllərimizdən başqa heç kimə, heç nəyə ümidimiz yoxdur. Bir tikə çörəyimizqaynar sudançıxır. Müxtəlif bəhanələr, şirin vədlər eşitməkdən yorulmuşuq, səbr kasamız daşır.

Əgər respublika milli bankının prezidenti Qalib AğayevRespublikada pul yoxdurdeyib özünə bəraət qazandıracaqsa, bilavasitə xalqın taleyi, güzəranı ilə maraqlanmalı olan adamlar göndərdiyimiz teleqramlarahəyəcan siqnallarına cavab verməyəcəksə, bəs kimə üz tutmalı, kimdən kömək ummalıyıq?!. Soruşuruq: əgər minimum əmək haqqımız indiki bahalıq şəraitində ailəmizi dolandırmağa güclə yetirsəəlimizə çatası pulu da vaxtlı-vaxtında ala bilmiriksə, Prezident Aparatınabilavasitə bu üçün məsuliyyət daşıyan adamlara kim təsir göstərməlidir? Xalq ona çörək pulu, zəhmət haqqı verməyi bacarmayan rəhbərliyə necə rəğbət bəsləyə bilər?!.

Əgər müstəqil, suveren respublikada halallıqla dolanana zəhmət haqını vermək problemdirsə, Sizi bilmirik, biz əli qabarlı fəhlələr belə məmləkətin müstəqilliyinə şübhə edirik, həm söhbət təkcə bizdən yox, öhdəmizdə olan uşhaqların, körpələrin təminatından da gedir. Ən acınacaqlı hal bir olur ki, fəhlələr pensiya müavinətlərini, əmanət banklarındakı qara gün üçün topladıqları qəpik-quruşlarını da ala bilmirlər.

Bizi bağışlayın, acı da olsa belə bir məsəli Sizin yadınıza salmaq istəyirik. Atalar: “Toxun ağcan xəbəri olmazdeyiblər. Atalar bir onu deyiblər ki, “Ac qılınca gələr...”. Artıq dilənçi vəziyyətinə gəlib düşmüşük. Gündəlik çörək almağa pulumuz belə yoxdur. Bazardan isəodtöküulür. Şirkətimizin bankda olan cari hesabında kifayət qədər pulu olduğu halda, onu bizə verən yoxdur. Bəs, müəssisə ziyanla işləsə Şəki ipəkçilərinin gün-güzəranı necə olacaq?!.

Hörmətli sədr, hörmətli Baş nazir! Bu barədə ciddi düşünmək lazımdır. Ona nail olmalıyıq ki, müəssisədə işin ahəngdarlığı bundan sonra da pozulmasın, şirkətimiz ziyanla yox, gəlirlə işləsin. Yoxsa...

Sizin xeyirxahlığınıza inamımızı itirmirik. Ümid edirik ki, 7 minlik fəhlənin taleyinə acıyacaq, onların gözlərini yolda qoymayacaq, əmək haqlarının verilməsi üçün konkret köməklik göstərəcəksiniz.Şəki ipəkçiləri adından:

 

    Tahir MƏMMƏDOV,

Şəki İpək Şirkəti həmkarlar İttifaqı Komitəsinin sədri.

 

***

BAŞ REDAKTORDAN:

Bu yaxınlarda ipəkçilər televiziyada respublika milli bankının prezidenti Qalib Ağayevi həmkarlarını görəndə sevindilər. Səlahiyyətli adamların nəhayət xoş müjdə verəcəklərini gözləyirdilər. Lakin təəssüf ki, əmək kollektivlərini pulla təmin etməyə borclu olan şəxslər məlum gərgin vəziyyəti xatırlada-xatırlada camaata bildirdilər ki, əlac onların özünədir. Əgər evdəki əmanətlərini yığışdırıb banka qoymasalarpuldan əllərini üzsünlər. Yenə şəkililər şükr etsinlər, keçmiş ittifaqın bəzi regionlarında əməkçilərə 5-6 ay pul verilmir.

Qəribə məntiqdir, eləmi? Əgər adamlar qara gün üçün topladıqları pulu bu gün əmanət banklarından ala bilmirlərsə, təzədən olan-qalan əmanətlərini banka qoyub, get-gələ düşmək istəyərlərmi? Bəs, pullarını qızıla, bəzək əşyalarına verib, sandığa yığan imkanlı adamlar neyləsin?! Bəlkə, onlara da televiziya vasitəsilə çıxış yolu göstərmək lazımdır.

Bizə elə gəlir ki, bərkə düşən kimi xalqdan kömək umanlar, milyonlarla zəhmətkeşi aylardan bəri əmək haqqından məhrum edənlər papaqlarını qabaqlarına qoyub fikirləşməli, tutduqları vəzifənin məsuliyyətini hiss edib əməli tədbir görməlidirlər.

 

M. SALİS,

Əməkdar junalist

<<< Ana səhifə