İLHAM ƏLİYEV AZƏRBAYCANIN ÜMİD ÇIRAĞIDIR. ONUN YENİDƏN PREZİDENT SEÇİLƏCƏYİNƏ HEÇ BİR ŞÜBHƏ YOXDUR !

"Şəkinin səsi" -"İpəkçi"nin respublikamızda, habelə bir sıra xarici ölkələrdə yaşayan daimi oxucuları arasında keçirdiyi telefon sorğusunun nəticələri təxminən belə olmuşdur: Ulu öndər Heydər Əliyev fenomenini inkar etmək mümkün deyil. İndi həmin ada, bir ad da qoşulmuşdur: – İlham ƏLİYEV! Bu tarixi həqiqətdir. Azərbaycana, doğma xalqının dünəninə, bu gününə, sabahına sədaqət onun qəlbində, qanındadır. Buna görə də xalqımız İlham müəllimin birinci prezidentlik dövründəki bütün fəaliyyətini yüksək qiymətləndirir, ona etibar edir və onu yenidən onu Prezident seçməyə hazırlaşır…Bu fikirlər "Şəkinin səsi"-"İpəkçi" qəzet- lərinin ölkəmizdə bir sıra xarici dövlətlərdə yaşayan, işləyən, təhsil alan özünün 200 nəfər azərbaycanlı oxucusu arasında Azərbaycanda gələn ilin axırlarında keçiriləcək Prezident seçkiləri ilə bağlı əhval-ruhiyyəsini öyrənmək məqsədilə apardığı telefon sorğusundan alınmış cavabların leytmotivini təşkil edir.
Qəzetimizin istər ölkəmizdə, istərsə xarici ölkələrdə olan oxucuları yaxşı başa düşürlər ki, məhz ulu öndər Heydər Əliyevin böyük tarixi xidmətləri sayəsində əldə edilmiş Azərbaycanın dövlət müstəqilliyi onun etibarlı varisi İlham Əliyev tərəfindən daha da qorunub möhkəmlənmiş, inkişaf etdirilmişdir. Heydər Əliyevin imzaladığı "Əsrin müqaviləsi", "Bakı-Tbilisi-Ceyhan" neft, Bakı-Tbilisi-Ərzurum" qaz ixrac kəmərlərinin tikintiləri İlham Əliyevin Prezidentliyi dövründə başa çatdırılmış, istifadəyə verilmişdir s.
Göründüyü kimi, Heydər Əliyevin siyasi xətti bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sözsüz ki, ölkə Prezidentinin öhdəsinə çox böyük işlər düşür. Qəzetimizin çoxsaylı oxucuları başa düşürlər ki, o, bütün bu işlərin öhdəsindən layiqincə gələcəkdir.
Rəy sorğusundan da göründüyü kimi, "Şəkinin səsi"-"İpəkçi" təxminən 14-15 aydan sonra ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edəcək - növbəti Prezident seçkiləri ərəfəsində öz fəaliyyətini bu istiqamətə doğru yönəltmişdir. Redaksiya- mız bu baxımdan Şəki-Balakən bölgəsində, Bakıda, Naxçıvanda, Gəncədə, Sumqa- yıtda, habelə Rusiya Federasiyasında, Ukraynada, İranda, Türkiyədə yaşayan, işləyən, təhsil alan özünün 200 nəfər oxucusu arasında telefon vasitəsilə sorğu keçirmiş, onların növbəti seçkilərlə bağlı əhval-ruhiyyəsini öyrənmişdir. Məlum olmuşdur ki, oxucularımızın 94 faizdən çoxu Azərbaycan xalqının böyük etimadını qazanan, bütün dünyada ən bacarıqlı bir siyasətçi kimi tanınan İlham Əliyevə etimad göstərdiyini qeyd etmiş, onu 2-ci dəfə Azərbaycan Prezidenti kürsüsündə görmək arzusunda olduğunu bildirmişdir.
İlham Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməsini bütün dünya normal qarşılayır. İran, Türkiyə, Rusiya Federa- siyası, Almaniya Respublikasının bu günlərdə Şəkidə qonaq olmuş səfirlərinin köməyi ilə bu ölkələrdə olan oxucularımız arasında keçirdiyimiz rəy sorğularımıza aldığımız cavablar da bunu bir daha təsdiq edir. Ancaq bizim bəzi müxalifət qəzetləri "sayaqlayır", necə deyərlər: "düşmən dəy irmanına su tökürlər". Həmin qəzetlərin "cızma-qaralarına" isə inanan yoxdur. Amma bizim keçirdiyimiz rəy sorğusu başqa şeydən xəbər verir. İlham Əliyevə ilk güclü dəstək Beynəlxalq Seçki Sistemləri Fondunun açıqlamalarından bir ki, "Şəkinin səsi"-"İpəkçi"nin xarici dövlətlərdə təmsilçisi olan, yaşayan azərbaycanlı oxucularından gəlmişdir.
Heydər Əliyev fenomenini inkar etmək daha mümkün deyil. İndi həmin ada bir ad qoşulmuşdur - İlham Əliyev! Bu tarixi həqi- qətdir. Azərbaycana, doğma xalqının dünə- ninə, bu gününə, sabahına sədaqət onun qəlbində, qanındadır. Buna görə xalqımız onun ötən 4 illik Prezidentlik dövrünü yüksək qiymətləndirir, İlham müəllimə etibar edir onu ikinci dəfə yekdilliklə Azərbaycan Prezidenti seçməyə hazırlaşır.
Şübhə yoxdur ki, Vətənimiz Azərbaycanı daha güclü, çiçəklənən, dünyanın ən inkişaf etmiş ölkələri sırasında görmək istəyən hər bir soydaşımız -"Şəkinin səsi"-"İpəkçi"nin hər bir oxucusu gələn ilin axırlarında keçiriləcək Prezident seçkilərində daha fəal iştirak edəcək öz səsini yenidən İlham Əliyevə verəcəkdir.

M.SALİS,
"Şəkinin səsi"-"İpəkçi"nin baş redaktoru, əməkdar jurnalist.
 

P.S. "Şəkinin səsi" -"İpəkçi"nin gələn ilin axırlarında ölkəmizdə keçiriləcək Prezident seçkiləri ilə bağlı özünün dünyada olan 200 nəfər oxucusunın əhval-ruhiyyəsini öyrən- mək məqsədilə keçirdiyi telefon sorğusunun nəticələri haqqında internet səhifələrində daha ətraflı məlumat əldə etmək olar.