|
"Jahrbuch Aserbaidschanforschung“
(„Azərbaycan tədqiqatları“) illik məcmuəsinin 2-ci cildindəməqaləsini nəşr etdirmək istəyən müəlliflərin nəzərinə
(1-ci cild 2007-ci il fevral ayında nəşr olunub. Əlavə məlumat üçün bu yazının sonuna baxın.
2-ci cild 2008-ci ildə nəşr olunacaq)
Əziz müəlliflər, xahiş edirik aşağıdakı şərtləri diqqətlə oxuyasınız və məqalənizi bizə göndərən zaman bu şərtlərə riayyət edəsiniz. Əks halda məqaləniz qəbul olunmayacaq.
Məqalənin məzmunu:
1. Məqalənin məzmunu elmi prinsiplərə əsaslanmalıdır. İrqçi, millətçi, şovinizm və ya təbliğat xarakterli yazılar qəbul olunmayacaq. Əsas məqsədimiz elmi məqalələr toplamaq olduğuna görə, qəzet məqalələrinə bənzər yazılar da həmçinin qəbul olunmayacaq.
2. Məqalədə istifadə olunmuş bütün ədəbiyyat göstərilməlidir. Məqalənin mövzusundan asılı olmayaraq internetdən istifadə olunmuş mənbələr az olmalıdır.
3. Məqalənin mövzusu Azərbaycanla bağlı olmalıdır. Bundan əlavə, məqalə orijinal və maraqlı olmalıdır.
4. Məqalə(lər) yalnız alman dilində yazılmalıdır. Azərbaycanca, fransızca, ingiliscə, rusca, türkcə və başqa dillərdə yazılmış məqalələr qəbul olunmayacaq. Bizim əsas məqsədimiz azərbaycanlı elm adamlarının məqalələrini Almaniyada tanıtmaq olduğuna görə, məqalə(lər) alman dilində olmalıdır. Azərbaycan dilində yazdığınız məqaləni professional tərcüməçilər tərəfindən alman dilinə tərcümə edərək bizə göndərə bilərsiniz.
5. Yazdığınız məqalənin qısa məzmununu Azərbaycan dilində yazaraq bizə göndərməyi unutmayın (1 səhifə kifayət edər).
6. Redaksiya heyəti Azərbaycan dilində yazılmış məqalələri alman dilinə tərcümə etmir.
Məqalənin görünüşü:
7. Məqalə, standart Word-Document-də və Times New Roman şriftində yazılmalı və sətirlərin ölçüsü 1,5 olmalıdır. Şriftin ölçüsü 12pt olmalıdır. Başqa şriftlərdə (məs. Times AzLat) yazılmış məqalələr qəbul olunmayacaq. Standart Word-Document-in ölçüsü belədir: yuxarı, sol və sağ hissələri 2,5 sm, aşağı hissəsi 2 sm.
8. Yazacağınız məqalədə Azərbaycan dilində söz, cümlə və s. yazarkən Windows 2000 və ya Windows XP təqdim etdiyi standart şriftdən istifadə edin.
9. Məqalə 3 (üç) səhifədən az və 20 (iyirmi) səhifədən çox olmamalıdır. Bu, yeni nəşr olunmuş kitablar haqqında yazılacaq resenziyalara aid deyil.
10. Məqalədə gətirilən sitatlar elə həmin səhifədəcə göstərilməlidirlər: yazının sonunda yox! Məqalənin sonunda isə sitat gətirilmiş və istifadə olunmuş bütün ədəbiyyat siyahısı göstərilməlidir. Azərbaycan dilində istifadə olunmuş ədəbiyyat alman dilinə tərcümə olunmalıdır (bax: 16-cı bəndə). Rusca yazılmış ədəbiyyat transliterasiya edilməlidir (bax: 3-cü səhifəyə).
Ümumi şərtlər:
11. Məqalə(ləri)nizi 30 oktyabr 2007-ci il tarixinə qədər bu elektron poçt ünvanına göndərin: jaf.aserbaidschan@gmail.com
12. Məqalənin nəşri müəlliflər üçün pulsuzdur. Nəşr olunacaq məqaləyə görə nə redaksiya heyəti müəllifə, nə də ki müəllif redaksiya heyətinə honorar ödəyir.
13. Məqalələr redaksiya heyəti tərəfindən elmilik, orijinallıq və s. prinsiplərinə əsasən seçiləcək. Bu və yuxarıda göstərilmiş prinsiplərə uyğun olmayan məqalələr nəşr olunmayacaq, və müəlliflərə bunun səbəbi açıqlanmayacaq.
14. Məqalənin məzmununa görə yalnız müəllif məsuliyyət daşıyır.
15. Məqaləsi nəşr olunacaq müəllif, redaksiya heyəti tərəfindən həmin cildin bir nüsxəsini hədiyyə olaraq alacaq.
Sitat və ədəbiyyat siyahısı üçün nümunə
16. Əgər siz, hər hansı bir monoqrafiyadan istifadə etmişsinizsə, zəhmət olmasa, həmin monoqrafiyanı məqalənizin ədəbiyyat siyahısında belə göstərin, məs.:
Mammadov, Ali (2007): Aserbaidschan und Paläste. Baku
Azərbaycan dilində olan ədəbiyyatdan istifadə edərkən onu məqalənin yazıldığı dilə tərcümə edin, məs.: Əgər məqalə alman dilində yazılmışsa və siz Azərbaycan dilində olan ədəbiyyatdan istifadə etmisinizsə
Məmmədov, Əli (2007): Dilçiliyə giriş. Bakı [Mammadov, Ali: Einführung in die Sprachwissenschaft]
17. Yuxarıda göstərilən monoqrafiyadan sitat gətirmişsinizsə, onda mənbəni elə həmin səhifədəcə belə göstərin, məs.:
bax: Mammadov (2005), S. 21.
18. Əgər hər hansı bir jurnaldakı mətnə istinad etmişsinizsə, onda mənbəni belə göstərin, məs.:
Mammadov, Ali (2005): Aserbaidschan. In: Jahrbuch Aserbaidschanforschung, Band 1, S. 21-35.
19. Bu mənbədən (18-ci maddə) sitat gətirərkən, mənbəni belə göstərin:
bax: Mammadov (2005), S. 23.
20. Bir müəllifin eyni ildə nəşr olunmuş əsərindən istifadə etmişsinizsə, onda mənbəni belə göstərin, məs.:
Mammadov, Ali (2005a): Aserbaidschan. Baku
Mammadov, Ali (2005b): Aserbaidschan und Paläste. Baku
21. Rus dilində yazılmış ədəbiyyatdan istifadə edərkən, həmin ədəbiyyatın adını kiril əlifbasında deyil, 3-cü səhifədə göstərilmiş cədvəldəki kimi transliterasiya edin, məs.:
Аcтахова, Аннa (1966): Былины: Итоги и проблемы изучения. Москва
Yuxarıdakı əsər latın əlifbası ilə belə verilməlidir:
Astachova, Anna (1966): Byliny. Itogi i problemy izučenija. Moskva
22. Alman, fransız və ya ingilis dillərində nəşr olunmuş monoqrafiya və jurnala istinad edərkən, həmin monoqrafiyanın və ya jurnalın adı (müəllifin adı da həmçinin) alman, fransız və ya ingilis dilində olduğu kimi göstərilməlidir. Məs:
Alman dilində:
Schröder, Heinrich (1998): Berühmte Persönlickeiten aus Aserbaidschan. Baku
Belə yox:
Şröder, Heynrix (1998): Berümte perzönlixkayten aus Azerbaydşan. Baku
Bu şərtlərə aid sualınız olarsa, zəhmət olmasa bizə bildirin.
Hörmətlə
JAF redaksiya heyəti
2007-ci il aprel ayı
******************************************************
1-ci cild
Aghayev, Mardan / Suleymanova, Ruslana (Hrsg.): Jahrbuch Aserbaidschanforschung. Beiträge aus Politik, Wirtschaft, Geschichte und Literatur. Band 1. Verlag Köster. Berlin 2007
ISBN-13: 978-3-89574-630-7
ISBN-10: 3-89574-630-4
ISSN: 1864-1679
*******************************************************
Rus Əlifbası |
Transliterasiya | |
А |
а |
a |
Б |
б |
b |
В |
в |
v |
Г |
г |
g |
Д |
д |
d |
Е |
е |
e |
Ё |
ё |
ë |
Ж |
ж |
ž |
З |
з |
z |
И |
и |
i |
Й |
й |
j |
К |
к |
k |
Л |
л |
l |
М |
м |
m |
Н |
н |
n |
О |
о |
o |
П |
п |
p |
Р |
р |
r |
С |
с |
s |
Т |
т |
t |
У |
у |
u |
Ф |
ф |
f |
Х |
х |
ch |
Ц |
ц |
c |
Ч |
ч |
č |
Ш |
ш |
š |
Щ |
щ |
šč |
Ъ |
ъ |
″ |
Ы |
ы |
y |
Ь |
ь |
′ |
Э |
э |
ė |
Ю |
ю |
ju |
Я |
я |
ja |
Həmçinin: “Şəkinin səsi”nin redaktoru Aydın Məmmədov "Jahrbuch Aserbaidschanforschung” barədə Azərbaycan MEA RH-nin “Elm” qəzetində də çıxış edir; bax:>>>
Həmcinin : "Jahrbuch Aserbaidschanforschung”un Bakıdakı təqdimat mərasımi barədə “Şəkinin səsi”ndə dərc olunmuş məqaləyə bax: >>>
- Həmçinin, "Jahrbuc hAserbaidschanforschung” un nəşrini və təqdimat mərasimini Azərbaycan KİV tərəfindən işıqlandırılmaması barədə felyetonu oxumaq üçün bax: >>>
- yenə bu mövzuda Almaniya səfirinin dedikləri öyrənmək üçün bax: >>>
- həmçinin, Mərdan Ağayevin 4 il əvvəl Almaniyadakı fəaliyyətinə dair Azərbaycan KİV-nin yaydığı bir xəbərlə tanış olmaq üçün bax:>>>
- həmçinin, Mərdan Ağayevin 2 il əvvəl Almaniyadakı digər fəaliyyətinə dair "Trend" İnformasiya Agentliyinin yaydığı bir xəbərlə tanış olmaq üçün bax:>>>