Avropa Insan Hüquqları Müdafiə təşkilatının Qafqaz bölgəsi üzrə təmsilçisi İntiqam Məmmədov
MƏLUMATI
Salam əziz və hörmətli həmkarlarım.
Avropa Insan Hüquqları Müdafiə təşkilatının Almaniyanın Barnstorf şəhər bölgə təmsilciliyində tədbir kecirilmişdir. Tədbirdə bölgə üzvüləri, reqion üzrə mətbuat redaktoru, SPD partiyasından nümayəndə və Landeseinrichtung der Erwachsenenbildug tərəfindən təmsilci iştirak etmişdir. Dünyamızın bir cox ölkələrində insan hüquqlarının pozulmasi ilə əlaqədar, məsləhətləşmələr cərcivəsində görəcəyimiz işlərdən bəhs edilmiş, və bir sira bolgə üzvlərinin cıxışları olmuşdur. Məlumat ücün deyim ki, Güney Azərbaycanda ( Iranda) Quzey Azərbaycanda, və eləcədə Qafqazda insan hüquqlarının pozulması ilə əlaqədar müzakirələr olmuşdur. Xatırladım ki, sentyabir ayının 21-dən 23-ə kimi tədbirlərimiz olmuş və bu aykı tədbirlərimizə yekun vurulmuşdur. Belə tədbirlərin hər ayda 3 gün kecirilməsini planlaşdırmışıq. Gələcək tədbirlərimiz, bu tarixlərdə 9-11-X-aya;10-12-XI-aya; 30-XI-02-XII;-2007.ci ilin sonuna kimi həyata keciriləcək. Bu ilki tədbirlərimizdən sonra, gələn il beynəlxalq konfranslarda iştirakimizda, Dünyanın bəzi olkələrində insan hüquqlarının pozulması, eləcə də xaricdə yaşayan mühacirlərin hüquqlarının qorunması, iştirakcılara məlumatlar verilməsi nəzərdə tutulur. Hesabatda ölkələrin tarixi kecmişi və bu günü haqqında məlumatlar veriləcək, gələcəkdə həmin olkələrdə demokratiyanın inkişafı, insan azadliqlarının qorunması haqqında işlər görmək ücün məsləhətləşmələr nəzərdə tutulub. Bu cür tədbirlərin kecirilməsində məqsəd xarici dovlətlərdə yaşayan mühacirlərin və ölkələrin daxilində gedən siyasi prosesləri beynəlxalq təşkilatlara və ictimaiyyətə yaxından tanıtmaqdan ibarətdir. Məlumat ücün qeyd edim ki, “APA”-dan, və “RATI”-dən (Reapartyorların Azadlıq və Təhlukəsizlik Insitutu) gələn gündəlik məlumatlar eləcədə „Ekspress” iternet sitəsinin məqalələri də işimizi asanlaşdırır, vaxtinda məlumatlandıgımız ücün, bir sıra məsələri gorə bilirik, eləcədə beynəlxalq təşkilatlara vaxtında məlumatları çatdıra biliriik. Onu da qeyd edim ki, mühacirətdə olan soydaşlarımızın hüqquqlarının qorunması da, paralel iş qrafikamız sayılır. Mühacirətdə olan soydaşlarımızın Avropaya inteqrasiya olub yaşaması ücün beynəlxalq təşkilatlara müraciət etmişik.
Tədbirdən olan fotolari sizlərə göndərirəm. Tədbirdə iştirak edən bu ilki işçi kollektivimizin üzvlərinin isə yaxın kecmişdə harada yaşamaları bu foto-xəritədə qeyd edilib:
Avropa Insan Hüquqları Müdafiə təşkilatının Qafqaz bölgəsi üzrə təmsilçisi
İntigam Məmmədov