10.01.08.№1-2.

Səh.6

OXUCULARIN YARADICILIĞI

 

  MƏMMƏD XƏLİLOV

 

MÜƏLLİM

(ilk dəfə əlinə jurnal alaraq

sinfə daxil olan gənc müəllimlərə)

 

Müəllim adı qürurla, əzəmətlə səslənir,

Hər yerdə müəllimə hörmət bəslənir.

Müəllim adı daşımaq şərəfdir, şərafətdir,

Lakin, bununla belə böyük məsuliyyətdir.


Müəllim adı nə qədər əzizdir, mehribandır,

Müdriklər söyləyib ki, müəllim qabil insandır.

Müəllim şagirdlər üçün həm elm təlimçisi

ikinci ata-anadır,

Şagirdlərin gözündə müəllim qartal sonadır.


Elm, müəllim peşəsi çox peşədən uludur,

Əsl müəllimin işi uğurların yoludur.

Uğur olsun müəllimə, uğurlar şagirdlərə,

Müəllim qəlbi narahat, ümidlərlə doludur.


Məktəb məşhur olub öz hörmətilə,

Müəllim şöhrətlənir şagirdlərilə.

Şagirdlər tanınır qabiliyyətilə,

Elmə, istedada geniş yol olsun.


Məmməd müəllim uzun bir yol keçibdir,

Müəllimliyi doğma peşə seçibdir.

Müəllim adı müqəddəsdir dünyada,

Bütün peşələrdən olan adamlar,

Ehtiram göstərir bu böyük ada.

 

 

                 COŞMAYIMMI BƏS?  

 

Sadə insanlıqdan yoğrulub mayam,

İnsanlıq oduna yanmayımmı bəs?

Sadə bir oğluyam doğma Vətənin,

Onun sirlərini qanmayımmı bəs?


Nadan olan bilməz nədir məhəbbət,

Böyüyə-kiçiyə eləməz hörmət.

Hərdən rast gəldiyim tək-tək olsa da,

Ədalətsiz kəsdən qaçmayımmı bəs?


Haqsızla dost olub, haqlını satan,

Halal ruzilərə haramlıq qatan,

Gücsüzü dalayan, güclü görəndə,

Hayqırıb, çığırıb, coşmayımmı bəs?


Elə bilməyin ki, mən duyğusuzam,

Deməyin şöləsiz, zəif ulduzam.

İstiyə istiyəm, soyuğa buzam,

Şaxtaya düşəndə donmayımmı bəs?


Dünyada doğulur, yaranır insan,

Ömür karvanında gedir bir zaman.

Uğurlu, uğursuz olan bu yoldan,

Nə cür keçdiyimi anmayımmı bəs?


Məmmədəm, qəm üçün doğulmamışam,

Ağzımı tutublar, boğulmamışam.

Qaynama suyutək sovrulmamışam,

Qarşımı kəssələr dammayımmı bəs?

 

ƏMANƏT SAXLA

(müəllim qızım İradəyə)

Qızım, hörmətimi çox saxlayırsan,

Razıyam, çox sağ ol! Həmişə saxla!

Yol vermə qəlbində qəmə-qüssəyə,

O yeri şadlığa, gülüşə saxla.


Sən ürək odumdan qopan incimsən,

Oğlum əvəzisən, pak sevincimsən.

Nə vaxtsa kimlərdən əgər incisən,

Sözünü üzbəüz görüşə saxla.


Müəllim övladısan, cavansan, gəncsən,

Sayılan,  seçilən müəllimlərdənsən.

Təhsildə uğurlar qazandıqca sən,

Sevinc paylarından dostlara saxla.


Anan həyat verib, sənə qan verib,

Atan arxa olub, ürək, can verib.

Tanrı bəxş eyləyib, sağlam can verib,

Sərf elə ömrünü, şadlığa saxla.


Uğur qazandıqca yad elə məni,

Müəllim bacıların sevirlər səni.

Dostların qəlbini, saf şüşələri,

Qoru ki, sınmasın əmanət saxla.