10.01.08.№1-2.
Səh.4
DÖVLƏT SOSİAL MÜDAFİƏ FONDU ŞƏKİ ŞƏHƏR ŞÖBƏSİNİNYENİ İNZİBATİ BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
Şəki şəhərində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yerli şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən mərasimdə Fondun rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlərinin Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindən biri olduğunu xüsusi vurğulamış, ölkəmizdə uğurla davam edən pensiya islahatlarının müsbət nəticələrinə toxunmuş, şöbənin əməkdaşlarına gələcək fəaliyyətində uğurlar arzulamışdır.
DSMF Şəki şəhər şöbəsinin müdiri Mahir Mustafayev şöbənin fəaliyyəti, qazanılan uğurlar və qarşıda duran vəzifələr barədə danışmış, müasir standartlara uyğun inşa edilmiş yeni inzibati binaya görə DSMF-nin və Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.
BMT-nin Azərbaycandakı resident-əlaqələndiricisi Bruno Pueza ölkəmizdə həyata keçirilən pensiya islahatlarını, dövlətin bu sahəyə diqqət və qayğısını çox yüksək qiymətləndirmişdir. Qonaq BMT-nin İnkişaf Proqramının 2004-cü ildən Azərbaycanda həyata keçirdiyi "Dövlət Sosial Müdafiə Fondunun potensialının gücləndirilməsi" layihəsinin bu islahatların aparılmasına böyük töhfə verdiyini vurğulamış, Fondun yerli şöbələrinin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini xüsusi qeyd etmişdir.
Təqaüdçülər adından Rəna Nəsrullayeva çıxış etmiş, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən tədbirləri ürəkdən bəyəndiklərini bildirmişdir.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi həyatının bütün sahələrində böyük nailiyyətlərin əldə edildiyini xüsusi qeyd etmiş, əhalinin pensiya təminatı və yeni sığorta-pensiya sisteminin fəaliyyəti sahəsində görülən işlər barədə danışmış, perspektiv planlara toxunmuşdur. Son 4 ildə Azərbaycanda əmək pensiyalarının 3,6 dəfə artdığını nəzərə çatdıran natiq bu məsələnin dövlət başçısı tərəfindən daim diqqət mərkəzində saxlanıldığını, 2008-ci ildə əmək pensiyalarının minimum məbləğinin MDB məkanında ən yüksək səviyyəyə çatdırılması üçün əlaqədar nazirlik və orqanlara tapşırıqlar verildiyini bildirmişdir. 2008-ci ildə DSMF-nun büdcəsinin 1 milyard 270 milyon manata çatdırılacağını bildirən fondun rəhbəri bu vəsaitin Ermənistanın bu ilki büdcəsinə bərabər olduğunu vurğulamışdır.
Pensiyaçılara və sosial sığorta olunanlara yüksək səviyyəli xidmət göstərmək və işçilərin əmək şəraitini yaxşılaşdırmaq məqsədi ilə DSMF və BMT-nin İnkişaf Proqramı tərəfindən son 4 ildə respublikamızda 61 yerli şöbə üçün müasir standartlara uyğun avtomatlaşdırılmış yeni inzibati binaların inşa edildiyini və ya əsaslı təmir olunduğunu bildirən Səlim Müslümov bu işlərə ümumilikdə 7,6 milyon ABŞ dolları həcmində vəsaitin xərcləndiyini, o cümlədən BMT-nin İnkişaf Proqramının bu məqsədlə indiyədək 1,6 milyon dollar vəsait ayırdığını nəzərə çatdırmışdır.
Binanın açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları burada yaradılan şəraitlə yaxından tanış olmuşlar. 42 işçinin çalışacağı ikimərtəbəli binada 14 xidməti otaq yerləşir. Bina müasir istilik sistemi ilə təchiz olunmuşdur. Otaqlarda kompyuter və digər texniki avadanlıq quraşdırılmışdır.
Mustafa DADAŞOV.
ŞƏKİ PEDAQOJİ TEXNİKUMUNDAÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİNƏ HAZIRLAŞIRLAR
Şəkildə: Şəki Pedaqoji Texnikumunun direktoru Rafiq Şükürov "Heydər Əliyev və Azərbaycan ədliyyəsi" mövzusunda çıxış etmək üçün sözü Şəki Rayon Məhkəməsinin sədri Mehman Nuriyevə verərkən…
Şəki Pedaqoji Texnikumunda ulu öndər Heydər Əliyevin qarşıdan gələn 85 illik yubileyini ləyaqətlə qarşılamaq üçün hazırlıq komissiyası yaradılmışdır. Komissiyanın yubileylə bağlı həyata keçirəcəyi tədbirlər planı müəllim və tələbələrin ümumi yığıncağında müzakirə edilmiş, bəyənilmiş və qəbul olunmuşdur.
Şəkildə: "Şəki-İpək" Şirkəti Həmkarlar İttifaqı Komitəsinin sədri Sevil İsmayılova görüş iştirakçıları qarşısında "Şəki ipək sənayesi dirçəliş yollarında" mövzusunda çıxış edərkən…
Texnikumda həmin plana müvafiq olaraq ictimai və kütləvi tədbirlərin həyata keçirilməsinə başlanmışdır. Müəllim və tələbələr arasında keçirilən belə tədbirlərdə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında baş verən dəyişikliklərdə, qazanılan uğurlarda, bütün sahələrdə əldə olunan nailiyyətlərdə, Azərbaycanın dövlət müstəqilliyi və xalqımızın azad yaşamasına, öz müqəddəratını həll etmək haqqına sahib çıxmasında ümummilli liderimiz, görkəmli şəxsiyyət Heydər Əliyevin adı, fəaliyyəti, xidmətləri ön plana çəkilir, dinlənilən söhbətlərdə daim diqqət mərkəzində saxlanılır.
Yubiley komissiyasının sədri – texnikumun direktoru Rafiq Şükürov bu orta ixtisas məktəbində yubileyə hazırlıqla əlaqədar görülən işlərdən danışarkən, qeyd edir ki, inkaredilməz faktdır ki, Azərbaycanın xilas tarixi ulu öndərimizin qətiyyətinin, müdrikliyinin nəticəsidir. Texnikumda bu gün keçirilən tədbirlərdə – istənilən hər hansı mövzudan söz açılarkən ilk növbədə gözlərimiz önündə Heydər Əliyev şəxsiyyəti, onun xeyirxah əməlləri canlanır. Azərbaycanın tarixinə nəzər salanda aydın görürük ki, bugünkü nailiyyətlərimizin əsası məhz ümummilli liderimiz, dünya şöhrətli siyasətçi Heydər Əliyev tərəfindən qoyulmuşdur. Keçirdiyimiz bütün tədbirlərdə ölkəmizdə qazanılan uğurlara görə ilk növbədə ümummilli liderimiz Heydər
Şəkildə: Görüş iştirakçılarından bir qrupu.
Əliyevə, onun siyasətini, yolunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevə dərin minnətdarlıq hissləri özünü qabarıq şəkildə hiss etdirir.
Texnikumda "Milli istiqlaliyyət gününə" həsr olunmuş tədbirdə təkcə texnikumun müəllim və tələbələri yox, bu təhsil ocağının yerləşdiyi ərazinin sakinləri də iştirak etmişlər. Şəki Rayon Məhkəməsinin sədri Mehman Nuriyevin "Heydər Əliyev və Azərbaycan ədliyyəsi", "Şəki-İpək" Açıq Səhmdar Cəmiyyəti Həmkarlar İttifaqı Komitəsinin sədri Sevil İsmayılovanın "Şəki ipək sənayesi dirçəliş yollarında", Şəki Şəhər Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Fəridə Mirzəyevanın "Təhsilimizin inkişafına dövlət qayğısı", Şəki Şəhər Birləşmiş Mərkəzi Xəstəxanası baş həkiminin müavini Nağdalı Balaşovun "Şəki səhiyyəsinin uğurları" mövzularında olan söhbətləri çox maraqla dinlənilmiş və "sual-cavab"la başa çatmışdır.
Müzəffər UMAROV.