ŞƏKİ ŞƏHƏR, BALAKƏN, ZAQATALA, QAX VƏ OĞUZ RAYONLARI İCRA HAKİMİYYƏTİ BAŞÇILARININ ŞƏKİ-ZAQATALA BÖLGƏSİ ƏMƏKÇİLƏRİNƏ BİRGƏ YENİ İL TƏBRİKİ
Əziz dostlar, hörmətli bacı-qardaşlarımız!
Biz 2008-ci ilə – Ulu Öndərimiz Heydər Əliyev ilinə qədəm qoyuruq. Bu təntənəli dəqiqələrdə bütün Azərbaycan xalqı kimi, bölgəmizin hər bir sakini də xəyalən ötən ilə nəzər salır. Ötən il bizim bölgəmiz üçün də çox mühüm hadisələrlə əlamətdar olmuşdur. İctimai həyatımızın bütün sahələrində müsbət dəyişikliklər baş vermişdir. Bölgənin sənaye potensialı artmış, “Şəki-İpək”ASC yenidən qurulmuş, burada yeni istehsal sahələri yaradılmış, Balakəndə böyük bir xəstəxana kompleksinin, Zaqatalada müasir tipli təyyarə meydanının tikintisinə başlanmış, Şəkidə, Oğuzda, Qaxda çoxsaylı sənaye müəssisələri işə salınmış, hər yerdə böyük tikinti və quruculuq işləri aparılmışdır. Ötən il bizim üçün həm də onunla əlamətdar olmuşdur ki, Şəki-Balakən bölgəsinin iki dəfə qonağı olmuş möhtərəm Prezidentimiz İlham Əliyev Şəki şəhərinin, Balakən, Zaqatala, Qax və Oğuz rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər planını təsdiqləmiş və bununla bağlı sərəncam imzalamışdır. Bu, möhtərəm Prezidentimizin Şəki, Balakən, Qax, Zaqatala və Oğuz rayonlarına olan böyük sevgisinin, həssas münasibətinin təzahürüdür.
Bunun üçün bölgəmizin bütün sakinləri adından bir daha dövlət başçımıza dərin minnətdarlığımızı bildirir və onu əmin edirik ki, ölkə başçısı İlham Əliyevin bu diqqət və qayğısına cavab olaraq şəkililər, balakənlilər, zaqatalalılar, qaxlılar və oğuzlular bundan sonra da respublikamızın ümumi inkişafına öz layiqli töhfələrini verəcəklər.
Arzumuz budur ki, qoy 2008-ci il – Heydər Əliyev ili bütün Azərbaycan xalqı kimi, bölgəmizin bütün sakinlərinin həyatında da gur işıq saçsın. Sizin hamınızı bir daha Dünya azərbaycanlılarının həmrəylik günü, müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik və səadət arzulayırıq.
Nazim İBRAHİMOV – Şəki Şəhər İcra Hakimiyyətinin başçısı,
Asif ƏSGƏROV – Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı,
Asif MƏMMƏDOV– Balakən Rayon İcra Hakimiyyətinin başçısı,
Mübariz Əhmədzadə – Qax Rayon İcra Hakimiyyətinin başçısı,
Aydın ƏLİHÜSEYNOV – Oğuz Rayon İcra Hakimiyyətinin başçısı.
MƏLUMAT
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Aydın İsmayıl oğlu
Əlihüseynov Oğuz Rayon İcra hakimiyyətinin başçısı təyin edilmişdir.
A. İ. Əlihüseynov 1951-ci ildə Şəki şəhərində anadan olmuşdur. Orta təhsilini 8 saylı rus məktəbində almışdır. Ali təhsilini Azərbaycan Politexnik İnstitutu mexanika fakültəsində başa vurmuş, bundan sonra Moskvada Dövlət Təhlükəsizlik Komitəsinin Xarici Kəşfiyyat Akademiyasını bitirmişdir.
A. İ. Əlihüseynov filologiya elmlər namizədidir. O, ingilis, fars və ərəb dillərini mükəmməl bilir. 1976-1997-ci illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Azərbaycandakı və Moskvadakı Mərkəzi aparatlarında çalışmışdır. Bir sıra xarici ölkələrdə xidməti vəzifələri yerinə yetirmiş, o cümlədən Əfqanıstanda müşavir vəzifəsində işləmişdir.
1993-1997-ci illərdə respublika Milli Təhlükəsizlik Nazirliyində rəhbər vəzifələrə irəli çəkilmiş, 1997-2007-ci illərdə “İmeir” və “Tubanair” şirkətində təhlükəsizlik məsələləri üzrə müşavir işləmişdir. 2003-2005-ci illərdə Moskvada Xarici-İqtisadi Əlaqələr Komissiyasının sədri kimi səmərəli fəaliyyət göstərmişdir.
“Şəkinin səsi” qəzeti redaksiya heyətinin üzvüdür.
Evlidir. İki övladı var.
DAHA İKİ TƏBRİK
Hörmətli Salis müəllim!
Sizi həm mübarək Qurban bayramı, həm də Yeni il münasibətilə ürəkdən təbrik edir, Sizə Ulu Tanrıdan xeyir-bərəkət, cansağlığı, sülh və əmin-amanlıq, ümummilli liderimiz Heydər Əliyev siyasətinin ardıcıl davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında doğma Azərbaycanımızın inkişafı və qüdrətlənməsi, xoşbəxt gələcəyi naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə:
Natiq QASIMOV,
Azərbaycan Respublikası Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri, iqtisad elmləri namizədi, professor.
Hörmətli Salis müəllim!
Sizi Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni İl münasibəti ilə ürəkdən təbrik edir, Sizə xoşbəxtlik və firavan həyat arzulayırıq.
Hörmətlə:
Marat ƏKBƏROV,
“Şəki-İpək” şirkəti idarə heyətinin sədri.