10yanvar
 

                                             QƏLƏM SÜNGÜDƏN İTİ…

(Şəki Şəhər Təhsil Şöbəsinin müdiri, pedaqoji

elmlər doktoru Firədun İbrahimova ithaf)

 

Qələm süngüdən iti,

Söz qılıncdan bərk kəsər.

Boş başda, boş beyində,

İblis yatar, yel əsər.


Dünya hünər meydanı,

Elm zehinli ərənsən.

Ya baş kəs, ya çörək kəs!

Fərqi nədir?!

Heç biri

Sənin əlindən gəlməz,

Axı çörək verənsən.


Yazılıb gen alnına

Haqqın yaxşı nəyi var!

Tanrı səhv etmir,

Bilir

Kimə nə vermək olar!

Taxta çıxsa yarasa

Harda yanan şam qalar?

Qanad versə camışa

Haqq-təala,

Çətin ki,

Uçmamış bir dam qala!


Doğuldun ilk baharda,

Ömrün uzun olacaq.

Ya "Zöhrə", ya da "Ülkər"

Bəxt ulduzun olacaq.

Neçə yuxun çin olub,

İki balan var idi,

İndi neçə min olub.

Artıb qayğıların da.

Komandansan,

Ordun var.

Müəllimlər əsgərlərin,

Qədir bilən, haqq sevən.

Elin, oban, yurdun var,

Məclisdə başdır yerin.


Elm-işıq,

Elm-nur,

Əlindədir o çıraq

Uca tut

Qoy yansın gur,

Balıq bilməz, bilər Haqq.


Dəmir çarıqla kəsdin,

Daş-kəsəkli bu yolu.

Neçə xəzinə açdın,

İnci dolu,

Ləl dolu.


Dünyada nə var asan,

Şöhrətçün,

Ad san çün,

Can qoyasan gərək, can!


Taleyimiz müxtəlif,

Mən müəllim,

Sən alim.

Ətəyinə

Nə qədər

Uzatsam

Çatmaz əlim.

Sinə gərdin,

Baş vurdun.

Gah tufana, gah selə,

Belə zirvə fəth etdin.

Bu son zirvə deyil ki,

Bir zirvə də var hələ.

Səndən bir addım uzaq.

Qartal oylağıdır o,

Çıxa bilməz yalquzaq,

Amma sənə çox asan-

Bir qanad aç,

Qıy vur bir.

Görəcəksən ordasan!

Demirəm o zirvədə,

Burulğanlar bitəcək.

Dizə çıxan çay kimi,

Ömür səssiz axacaq.

Çıxacaqdır qarşına,

Qaya da,

Daş da orda.

Yanacaqdır qurunun,

Oduna yaş da orda.


Tanrı hökmü düsirdi,

Neçə tale olacaq!

Amma ömür çay deyil,

Ya,

Şəlalə olacaq!

Veysəl ÇƏRKƏZOV,

     Öyrət kənd məktəbinin

     Azərbaycan dili və  ədəbiyyatı müəllimi


ÜRƏK QƏRİBƏ MÜHƏRRİKDİR

     Həyatda elə bir maşın yoxdur ki, 70-80 il, bəlkə də çox, yorulmadan, təmizləmədən, hissələri dəyişdiril- mədən işləsin. Ancaq ürək buna qadirdir. O, dünyada ən məhsuldar "mühərrik"dir. Sutka ərzində 100.000, il ərzində isə 40 milyona yaxın vurur. Hər dəfə yığılanda 0,1 litr maye çəkir. Bu, dəqiqədə 7, saatda 300, sutkada 5000, ildə isə 4 milyon litrə yaxındır.

     Əgər ürəyin qan damarlarına vurduğu bütün qanı yığmaq mümkün olsaydı, onunla həcmi 0,4 milyon kubmetr olan çəni doldurmaq olardı. Halbuki, ürəyin özü bir yumruq boydadır. Çəkisi ilə 300-400 qramdır.

     Hər yığımda o, 0,4 kilometr iş yaradır. Əgər o, bu işi özünün xüsusi çəkilişinin qalxmasına sərf etmiş olsa, bir saat ərzində 4 kilometrlik hündürlüyə xalqa bilər.

     Mühərriki "ürək" olan bir lift təsəvvür edək. Bu lift ürəyin gücü ilə sərnişinlə birlikdə dəqiqədə 35 santimetr, saatda isə altı-yeddi mərtəbəli bir ev qalxmağa qadirdir.

     Axşam yatarkən adamın nəbzi seyrək vurur. Həyəcanlandıqda nəbz tez vurmağa başlayır. Axşama yaxın nəbz aşağı düşür. Divanda uzanarkən 65-ə, ayaq üstündə 75, hərəkət zamanı 80-a, qaçanda, pilləkənləri yuxarı qalxanda, yaxud fiziki iş görəndə 90 –100-ə yaxın, bəlkə də çox vurur.

     Qüvvətli ruhi həyəcan (qorxu, dəhşət, sevinc, kədər) zamanı nəbz tez vurur və zaman onun ritmi azacıq pozula bilər. Adi şəraitdə isə ürək o qədər rəvan vurur ki, təbii xronometri əvəz edə bilər.

     Bəli, ürək qəribə mühərrikdir: həm nəhəng, həm davamlı, həm də saat kimi dəqiq! 

                      Sehran MƏMMƏDOV,

         Şəki Şəhər Birləşmiş Mərkəzi

         Xəstəxanasının baş həkimi.

 

Məmməd XƏLİLOV

 COŞMAYIMMI BƏS?  

Sadə insanlıqdan yoğrulub mayam,

İnsanlıq oduna yanmayımmı bəs?

Sadə bir oğluyam doğma Vətənin,

Onun sirlərini qanmayımmı bəs?


Nadan olan bilməz nədir məhəbbət,

Böyüyə-kiçiyə eləməz hörmət.

Hərdən rast gəldiyim tək-tək olsa da,

Ədalətsiz kəsdən qaçmayımmı bəs?


Haqsızla dost olub, haqlını satan,

Halal ruzilərə haramlıq qatan,

Gücsüzü dalayan, güclü görəndə,

Hayqırıb, çığırıb, coşmayımmı bəs?


Elə bilməyin ki, mən duyğusuzam,

Deməyin şöləsiz, zəif ulduzam.

İstiyə istiyəm, soyuğa buzam,

Şaxtaya düşəndə donmayımmı bəs?


Dünyada doğulur, yaranır insan,

Ömür karvanında gedir bir zaman.

Uğurlu, uğursuz olan bu yoldan,

Nə cür keçdiyimi anmayımmı bəs?


Məmmədəm, qəm üçün doğulmamışam,

Ağzımı tutublar, boğulmamışam.

Qaynama suyutək sovrulmamışam,

Qarşımı kəssələr dammayımmı bəs?

 

ƏLLİM

(ilk dəfə əlinə jurnal alaraq

sinfə daxil olan gənc müəllimlərə)

Müəllim adı qürurla, əzəmətlə səslənir,

Hər yerdə müəllimə hörmət bəslənir.

Müəllim adı daşımaq şərəfdir, şərafətdir,

Lakin, bununla belə böyük məsuliyyətdir.


Müəllim adı nə qədər əzizdir, mehribandır,

Müdriklər söyləyib ki, müəllim qabil insandır.

Müəllim şagirdlər üçün həm elm təlimçisi

ikinci ata-anadır,

Şagirdlərin gözündə müəllim qartal sonadır.


Elm, müəllim peşəsi çox peşədən uludur,

Əsl müəllimin işi uğurların yoludur.

Uğur olsun müəllimə, uğurlar şagirdlərə,

Müəllim qəlbi narahat, ümidlərlə doludur.


Məktəb məşhur olub öz hörmətilə,

Müəllim şöhrətlənir şagirdlərilə.

Şagirdlər tanınır qabiliyyətilə,

Elmə, istedada geniş yol olsun.


Məmməd müəllim uzun bir yol keçibdir,

Müəllimliyi doğma peşə seçibdir.

Müəllim adı müqəddəsdir dünyada,

Bütün peşələrdən olan adamlar,

Ehtiram göstərir bu böyük ada.

 

ƏMANƏT SAXLA

(müəllim qızım İradəyə)

Qızım, hörmətimi çox saxlayırsan,

Razıyam, çox sağ ol! Həmişə saxla!

Yol vermə qəlbində qəmə-qüssəyə,

O yeri şadlığa, gülüşə saxla.


Sən ürək odumdan qopan incimsən,

Oğlum əvəzisən, pak sevincimsən.

Nə vaxtsa kimlərdən əgər incisən,

Sözünü üzbəüz görüşə saxla.


Müəllim övladısan, cavansan, gəncsən,

Sayılan, seçilən müəllimlərdənsən.

Təhsildə uğurlar qazandıqca sən,

Sevinc paylarından dostlara saxla.


Anan həyat verib, sənə qan verib,

Atan arxa olub, ürək, can verib.

Tanrı bəxş eyləyib, sağlam can verib,

Sərf elə ömrünü, şadlığa saxla.


Uğur qazandıqca yad elə məni,

Müəllim bacıların sevirlər səni.

Dostların qəlbini, saf şüşələri,

Qoru ki, sınmasın əmanət saxla.

 

QURTULUŞ SÜLEYMANLI

                                   DAĞLAR, DÜZLƏR YERİNDƏMİ?

                                                    (Vətəndən uzaqlarda yaşayan

                                                          şəkililərin dilindən)

 

Yuxarıbaş, Çayqırağı,

Mustafa bəylərin bağı,

Gözəl Marxal, Xan yaylağı,

Dağlar, düzlər yerindəmi?


Canımızda can harayı,

Yer yox vətəndan savayı,

Qızıl güllü «Xan sarayı»,

Gül, nərgizlər yerindəmi?


Gözəllərin eşqi, nazı,

Nəfəsləri yaz havası.

Yanaqları od parçası,

Gülər üzlər yerindəmi?


At üstünə qalxıb yenə,

Kişi gəzək dönə-dönə.

«Gələrsənə-görərsənə»,

Gedən izlər yerindəmi?


Bəxtiyarın elindəki,

Yaqub Mahir dilindəki.

Vaqif Aslan könlündəki,

Gözəl sözlər yerindəmi?


Oxud, Dodu, o bağça-bağ,

Allı, güllü gözəl Qışlaq.

Dərəcənnət, həm Daşbulaq,

O «Daşüz»lər yerindəmi?


Böyük Ələsgər nəfəsi,

Ələfsərin zurna səsi-

Bizim «Şəki şikəstəsi»,

Sizlər, bizlər yerindəmi?


Qurtuluşam, andım sizi,

Yad eyləyin Şəkinizi.

İstərdim ki, görüm, düzü-

O «üz-göz»lər yerindəmi?

  

DİNDİR MƏNİ

Sevincimi sənlə bцlьm,

O gцzləri hər gьn gцrьm.

Harda qalmısan ay gьlьm,

Gəl danışdır, dindir məni.

Bu dьnya qalmır heз kimə,

Qismətimiz yoxdur demə.

Mələk kimi qon зiynimə,

Qanadına mindir məni.

Qəlbimi зal, tara dцndər,

Bizi sevən yara dцndər.

Od kцnlьmь qara dцndər,

«Marxal» ьstə endir məni.

Hicranından şişsəm əgər,

Ocağında bişsəm əgər.

Şaxtalara dьşsəm əgər,

Odunla isindir məni.

Qurtuluşam eşqi dansam,

Ocaq kimi alovlansam.

Sevgindən od tutub yansam,

Yağış olub sцndьr məni.

 

AZƏR AXŞAM

(istedadlı telejurnalist, yaradıcı

insan olan Azər Axşama)

Зox sevilir hər yanda Azər Axşam,

Şou yaradır ekranda Azər Axşam.

Tamaşaçı kanalları bilməyir,

Hərfləri, xanaları bilməyir.

Lyunзusu sualları bilməyir,

Cavab tapır bir anda Azər Axşam-

Зox sevilir hər yanda Azər Axşam.

Sualları зətin olur «test» kimi,

Yazılmamış ağ vərəqi «list» kimi.

İstedadlı telejurnalist kimi,

Rəy yaradır insanda Azər Axşam-

Зox sevilir hər yanda Azər Axşam.

«Məğlub»ları tezcə yolluq eyləyir,

«Qalib»lərə yaxşı qulluq eyləyir.

Tamaşaçıya rejissorluq eyləyir,

Dirijiordur meydanda Azər Axşam,

Şou yaradır ekranda Azər Axşam.

Gьlьş yağır sifətindən, ьzьndən,

Nur tцkьlьr baxışından, gцzьndən.

Şou yaradır bəzən цzь-цzьndən,

Canlı candır bir canda Azər Axşam,

Зox sevilir hər yanda Azər Axşam.

«Axşam» adı alıb o ad ьstьnə,

Qartal olub minir qanad ьstьnə.

İgid kimi зıxır «Qırat» ьstьnə,

Koroğludur dastanda Azər Axşam,

Зox sevilir hər yanda Azər Axşam.

Qaxlı balasıdır, hər yan onundur-

Şəki, Zaqatala, Salyan onundur.

Odlar yurdu Azərbaycan onundur,

Şцhrətlidir ad-sanda Azər Axşam,

Зox sevilir hər yanda Azər Axşam.

 

ARANQUTAN MEYMUNU

(SATİRA)

(Sifətdən yox, insanlıqdan

mənəviyyatdan uzaq olanlara aiddir)

Zəhərdi dil iзində,

İlandı el iзində.

Rьsvaydır el iзində,

Tanıyır hamı onu –

Aranqutan meymunu.

Nankortək «ad-san»lıdır,

Qanı qara qanlıdır.

Xeyr verməz canlıdır,

Boyu uzun, kenquru-

Aranqutan meymunu.

Başında var panama,

Xeyir işdə sınama.

Adı kişidir, amma…

Əynində arvad donu-

Aranqutan meymunu.

Quduzlaşan kцpəkdi,

Su saxlamaz ələkdi.

Fırıldaqdı, kələkdi,

Aldadır onu-bunu-

Aranqutan meymunu.

Ağıldan dayaz qalıb,

Adı yaramaz qalıb.

Axırına az qalıb,

Yaxındır цmrьn sonu-

Aranqutan meymunu.

Yolu əyri keзərdi,

Nəsli həftəbecərdi.

Birinci eybəcərdi,

Əsil heyvan simvolu-

Aranqutan meymunu.

Yaxşılığı gцrməzdi,

Daş ьstə daş hцrməzdi,

Xalqa xeyir verməzdi,

Qanı mazutla dolu-

Aranqutan meymunu.

Yazı sevmir, qışı deyir,

Pis işə alqış deyir.

Qurtuluş qarğış deyir:

«Yoxsula qalsın pulu,

Yesin onu kenquru»-

Aranqutan meymunu.

 

SƏNAN SAMİT OĞLU HACIYEV

Qarabağ əlili

AZƏRBAYCAN

Azərbaycan, mən də sənin qurbanın olub,

Sənə qurban ola bilsəm, fərəhlənərəm.

Vətənimi зox sevməsəm, saralım-solum-

Səndən ayrışsəm цzьm, dərddən цlərəm!

Vətən, sənin torpağında gьl sola bilməz,

Dağlarına, dьzlərinə sцz ola bilməz.

Səndən gedən, qьrbət yerdə зox qala bilməz,

Məni hara aparsalar, sənə dцnərəm.

Зox heyf ki, bir balaca xəstəliyim var,

Vətən, sənin qisasını ala bilmirəm.

Vaxt yetişər qisasını alar oğullar,

Sağalıb o davaya mən də gedərəm!

Oğlun İlham Vətən ьзьn hər an зalışır,

Dьz danışır, sərt danışır, dьşmənlər kaşır.

O hər işə dьzgьn baxır, dьzgьn yanaşır-

Dediyini edəsidir, dəqiq bilirəm.

Qarabağın ayrılığı mənə dağ зəkdi,

Şəhid olan qəhrəmanlar mənə цrnəkdir.

Vətən, sənin tikanın da mənə зiзəkdi,

şmən mənə «gьl» gцndərsə – tikan bilirəm!

 

FƏXRİMİZ İLHAM

Vətənimiz gцzəldir, tər-təmizdir,

Fəxrimiz İlham xalqımıza əzizdir.

Gцzəl insan, igid sərkərdəmizdir-

Onu vətən sevir, el sevir!

Onun kцnlь işıqlıdır, odludur,

Getdiyi yol, dahilərin yoludur.

O, qayğıkeş bir anadan doğuldu,

O ananı vətən sevir, el sevir.

Rəhbərimiz səngərlərə yollanır,

Əsgərlərin halını xəbər alır.

O зalışır, vətəndə sьlh yaratsın,

Yaradanı vətən sevir, el sevir!

Zəhmətilə uca binalar ucaldır,

Ağac əkir, əkdirir – bağ yaradır.

Yol зəkdirir, kцrpьlər saldırır-

O insanı Vətən sevir, el sevir!

Цz postunda mərd dayanır, mərd durur,

Yıxılana kцmək edir, qaldırır.

Şər danışanşmənləri susdurur-

O İlhamı Vətən sevir, el sevir!

 

QARABAĞ

Sənsən vətənimin цz cənnət bağı,

Gцz-qaşı, yaddaşı, dadı Qarabağ!

Xalqımın dərdinin xalis dərmanı,

Arzusu Qarabağ, andı Qarabağ!

Ьstьndə gьnahsız qanlar tцkьldь,

İgid cavanların beli bьkьldь,

Mərdlər ağladılar, namərdlər gьldь-

Dцzmədin, alışdın – yandın Qarabağ!

İnsafı olmayan kafirlər – yadlar,

Kцrpə balaları oda atdılar.

Sinənimn ьstьndə at oynatdılar,

Kimləri yadına saldın, Qarabağ?!

Babəki, Kərəmi, yoxsa Nəbini,

Yoxsa şir ьrəkli Həcər gəlini?

Bilirəm dьşündün igidlərini,

şündün, xəyala daldın, Qarabağ!

Qızlarınşmənə əsir olundu,

Altın da, ьstьn də şəhidlə doldu.

Gцzəllik sənə, nə baha oturdu?!

Nə dərin yaralar, aldın Qarabağ?!

Qocalar, qarılar tənha qaldılar,

Səmanda qartallar qanad saldılar.

Durnalar kцksьndən yaralandılar.

Boylana-boylana qaldın Qarabağ!

O, qəmli adına qurban olum mən!

Adın da qaradır, bəxtin də qara.

Tez-tez yandırırlar, yanırsan Vətən!

Doğma цvladların, getdilər hara?!

O, yazıq insanlar, gцzəl analar,

Gьnahsız oğullar, qızlar-balalar.

Vətəndan, xoş gьndən məhrum oldular,

Əsir olundular, dьşdülər dara.

Ağlama, ay gцzəl Qarabağımız!

Var igid xalqımız, qəhrəmanımız.

Sьlh kцmək etməsə oğullarımız,

Vaxt gələr dьşməni salar tufana!

 

FAKT FAKTLIĞINDA QALIR Kİ, QARABAĞI ERMƏNİLƏRƏ “PEŞKƏŞ”EDƏNLƏRDƏN BİRİ DƏ “ƏDALƏT” PARTİYASI VƏ ONUN SƏDRİ OLMUŞDUR


BELƏ OLDUĞU TƏQDİRDƏ İLYAS İSMAYILOVUN “ƏDALƏT” PARTİYASI TƏRƏFİNDƏN BÜTÜN İQTİDAR VƏ MÜXALİFƏT QÜVVƏLƏRİNİN İŞTİRAKI İLƏ “AZADLIQ” MEYDANINDA ÖLKƏ PREZİDENTİNİN MÜHARİBƏ İLƏ BAĞLI ÇAĞIRIŞLARINI MÜDAFİƏ EDƏN MİTİNQ KEÇİRMƏYƏ SƏLAHİYYƏTİ ÇATIRMI?!


Qəzetin bu sayının 9-cu səhifəsində verilmiş bu y azıda Elxan Şükürlünün belə bir "müdrik" kəlamı "yer" almışdır: Belə bir "Birgə mitinq siyasi qüvvələr arasındakı gərgin münasibətləri yumşaldan istinad nöqtəsi olar…"(?!). Öyrəndik ki, bu ifadənin müəllifi "Ədalət" Partiyası sədrinin müavinidir. Deməli, Elxan bəy qəzetə müsahibə verərkən ilk növbədə İlyas İsmayılovla məsləhətləşmiş, onun fikrini öyrənmiş və sonra onun adından qəzetdə çıxış etmək qərarına gəlmişdir. İlyas İsmayılov da öz müavinini "silah"landırmaqla, onu, necə deyərlər, "dava-dalaşa" sövq etmiş, "qiyam" qaldırmağa ruhlandırmışdır. Bundan sonra Elxan Şükürlü də İlyas bəyə öz sədaqətini nümayiş etdirmək üçün qələmini "top" mərmisinə çevirmiş: "Qərbin Azərbaycana təslimçi sülhə hazırlamağa yönəltmiş təzyiqlərinə ən yaxşı cavabımız cəmiyyətimizin müharibə aparmaq əzmkarlığını nümayiş etdirmək olmalı"dır – deməklə "bağırmağa" başlamış, sanki "yatan"ları öz şirin yuxusundan oyatmağa çalışmışdır. Elxan Şükürlü öz əziz sədri İlyas İsmayılovun adından belə bir təkliflə də çıxış etmişdir ki, ölkənin bütün siyasi təşkilatları YAP-la birlikdə (?!) "Azadlıq" meydanında Prezidentin müharibə çağırışlarını müdafiə edən mitinq keçirilsin. Bax bu yerdə İlyas İsmayılovdan soruşmaq istərdik ki, "Ədalət" partiyasının vaxtı keçmiş bu "çağırış"ının bu ölkəyə, bu xalqa bir faydası dəyəcəkmi? Axı, Prezidentin müharibə çağırışı ilə məlum fikirləri bütün ölkəyə məlumdur və xalqımız tərəfindən dəstəklənmiş və müdafiə olunmuşdur. YAP-ın da fikri Prezidentimizin və xalqımızın arzu, istəyi və fikri ilə üst-üstə düşür. Biz ona çalışırıq ki, Qarabağ problemimiz sülh və danışıqlar yolu ilə həll edilsin. Bəli, yeri gəlsə, müharibə yolu ilə də torpaqlarımızı azad edə bilərik, güclü ordumuz var. Lakin, bu, heç də o demək deyil ki, gözümüz görə-görə çoxlu insan qırğınına yol verilsin. Və heç vaxt bunu da unutmamalıyıq ki, Ermənistanda güclü pus ordusu, onun texnikası var. Biz yüz "ölçüb, bir biçməsək" – müharibəyə başlasaq işğal olunmuş torpaqlarımızda rus ordusunun müqaviməti ilə rastlaşa bilər və çox şey itirə bilərik. Ona görə də ağılla iş görmək lazımdır. Məgər İlyas İsmayılov bilmir ki, ermənilər bizim sonrakı "ağlımızı" da əlimizdən almaq istəyirlər? Elə bunun üçün də bu günə qalmışıq. Qorxudub Qarabağımızı əlimizdən almışlar. Bu işdə elə İlyas İsmayılovun da ermənilərə çox köməyi dəymişdir.

Qoy, İlyas İsmayılov bizdən inciməsin. Gəlin, açıq danışaq. İlyas İsmayılov ölkənin baş prokuroru olarkən Qarabağ ermənilərinin qızğın müdafiəçisi rolunda çıxış edirdi. Bu obada baş verən xoşagəlməz hadisələrə göz yumurdu. Hətta, iş o yerə gəlib çatmışdı ki, onun təşəbbüsü ilə Qarabağ prokurorluğunun bütün səlahiyyətləri Azərbaycanın əlindən alınıb mərkəzə "təhvil" verilmişdi. Yəqin ki, bunun həqiqət olduğunu İlyas bəyin özü də təsdiq edər. Mötəbər məclislərin birində Əbdürrəhman Vəzirov üzünü İlyas bəyə tutaraq Qarabağda baş verən hadisələr barədə məlumat almaq istəyirdi. Baş prokurorun cavabı çox qısa və gözlənilməz oldu. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibini "təbrik" edərək onu arxayın etdi ki, bundan sonra Qarabağda baş verəcək bütün hadisələrin heç birinə nə ölkənin birinci katibi, nə də ki, onun özü məsuliyyət daşımayacaq. Qarabağ artıq Azərbaycanın tabeçiliyindən çıxmış, Moskvanın rəhbərliyi altına keçmişdir. Baş prokurorun bu "xoş" xəbəri o vaxt ölkə rəhbərini çox sevindirmiş və əvəzində isə İlyas bəyə "çox sağ ol" demişdi. Bununla yanaşı, Əbdürrəhman Vəzirov İlyas bəydən yaman "silir"di, başa düşürdü ki, Qarabağı Mərkəzə "satan" İlyas İsmayılov Moskvadakı dostlarının əli ilə onun vəzifəsini də tutub əlindən ala bilər. O vaxt "İpəkçi"də bununla bağlı verilmiş yazılar da Ə.Vəzirovu "şoka" salmışdı. Onu baş prokurorluqdan uzaqlaşdırmaq üçün fürsət axtarırdı. Artıq gec idi. Özü Bakını tərk edib getdi.

Ayaz Mütəllibovun hakimiyyəti dövründə də İlyas İsmayılov ölkənin birinci adamı olmaq iddiasından əl çəkmirdi. Ermənilərlə daha da yaxınlaşmış, onların "fəallaşması"na kömək göstərirdi. "İpəkçi" bu dəfə də öz sözünü respublika rəhbərliyinə çatdırdı. Və Ayaz müəllimə xatırlatdı ki, İlyas İsmayılovun "dəstəyi" ilə Qarabağ ətrafındakı rayonlar da tezliklə ermənilər tərəfindən işğal olunacaq, hətta, İlyas bəyin ana Vətəni sayılan Tovuz rayonu da əldən gedə bilər. Ermənilər İlyas bəyə yağlı vədlər vermiş, rəsmi Yerevan qarşısındakı xidmətlərinə görə Tovuzda onun heykəlini ucaltmaq fikrinə düşmüşlər.

Deyəsən, "İpəkçi"nin bu "siqnalı" Ayaz Mütəllibovu "qəflət" yuxusundan oyatdı. O, İlyas İsmayılovu baş prokuror vəzifəsindən "qovdu". İlyas bəy isə işsiz qalmadı. İttifaq prokurorluğunda ona yüksək vəzifə verildi. O, burada Azərbaycanın gələcək rəhbəri kimi hazırlıq kursu keçdi. Elə ki, Azərbaycanda "hərc-mərclik" başlandı – görünməmiş bir "möcüzə" baş verdi. Dünən Azərbaycandan qovulmuş İlyas İsmayılov ölkənin Ədliyyə naziri vəzifəsini ələ keçirdi, ermənilərin yaxın adamı kimi Əbülfəz Elçibəylə birlikdə Prezident seçkilərinə qoşuldu. Lakin məqsədinə çatmadı. Xalq o dövrün xüsusiyyətinə uyğun olaraq istədiyi bir adamı - Əbülfəz Elçibəyi Prezident seçdi.

İlyas İsmayılov isə ruhdan düşmədi. O, Qarabağın ətrafında olan rayonların ermənilərə "peşkəş" verilməsinə razı idi. Və bunun üçün əlverişli məqamın gəlib çatmasını gözləyirdi. Məqsədinə nail olmaq üçün Əbülfəz bəyi saymır, onu "ələ" salırdı. Gözləyirdi ki, prezident öz "taxt-tacı"nı ona təhvil verib getsin. Əbülfəz bəy də ədliyyə nazirinin bu "hiyləsi"ndən duyuq düşmüşdü. Ölkəni tərk etməzdən əvvəl xalqın tələbini nəzərə alaraq Heydər Əliyevi Bakıya dəvət etməklə - İlyas bəyin qanını bərk qaraltdı. Hətta, iş o yerə gəlib çatdı ki, indi İlyas bəy Heydər Əliyevlə işləmək məcburiyyətində qaldı. Heydər Əliyev Moskvada işləyərkən və Naxçıvanda yaşayarkən "İpəkçi" qəzetində İlyas İsmayılovla bağlı verilmiş kəskin materiallardan xəbərdar idi. Onu da yaxşı başa düşürdü ki, bu "qorxulu" adamdan birdəfəlik yaxa qurtarmağın vaxtı çatmışdır. Belə də etdi. Ədliyyə nazirinin sabiq müavini Südabə xanım Həsənovanın "İpəkçi"yə verdiyi müsahibəsində qeyd olunduğu kimi, Heydər müəllimin bu qətiyyətli addımı və "İpəkçi"nin cəsarətli yazıları xalqımız tərəfindən yüksək qiymətləndirildi.

Bundan sonra daha nələr baş vermədi? İlyas İsmayılov üzdəniraq "Politika" adlı bir küçə "listovka"sını yaratdı və nəşrə başladı. Sabiq "rusbaş" prokuror kimi tanınan İlyas İsmayılov bu "listovka"sında Heydər Əliyevə "sataş”dı, onun istefasını tələb etdi. (?!). Lakin onun səsinə səs verən tapılmadı. Hamı İlyas bəydən üz döndərmişdi, onun cəzalandırılmasını tələb edirdi. Vəzifəsini itirən İlyas bəy "Müxalifət" qəzetinə üz tutdu. Bu qəzetin 6 sentyabr 1995-ci il tarixli sayında çıxış etdi. onun sözlərinə görə: "Dərd adamı birləşdirməlidir. Bizi birləşdirə biləcək qüvvələrin ortaya çıxacağına inanıram. Bəlkə də, bu gün o qüvvələri şəxsən tanımırıq. Bəşəriyyət tarixinə fikir verəndə görürsən ki, çətin vəziyyətdə güclü bir şəxsiyyət ortaya çıxır. Bizdə də belə bir adam meydana çıxmalıdır…"

Hər halda, İlyas bəy özünü nəzərdə tuturdu. Fikirləşirdi ki, bu gün vəzifəsini itirsə də, sabah Moskvanın, rəsmi Yerevanın köməyi ilə ölkənin birinci adamına çevrilə bilər. Lakin "İpəkçi" qəzeti də onun bu "yekəxanalığı"na laqeyd qalmadı. Onun keçmiş bəd əməllərini yada saldı və bir sözlə, sabiq millət vəkili Cümşüd Nuriyevin obrazlı sözləri ilə desək “barmaqları yüzlərlə insan qanına bulaşmış...” bu “zəhərli ilanı” zərərsizləşdirə bildi.

Deyəsən, mövzudan bir qədər kənara çıxdıq. Qayıdaq yenidən Elxan Şükürlünün "Gün səhər"ə verdiyi müsahibəsindəki bəzi anlaşılmaz məqamların üstünə. Özünüz baxın və görün: "Ədalət" funksioneri İlyas İsmayılovun sözlərinə istinad edərək daha nələri yada salmır. Onun sözlərinə görə, "Ədalət" partiyasının "təşəbbüsü" ilə YAP-la birlikdə bütün müxalifət qüvvələrinin iştirakı təmin olunmaqla "Azadlıq" meydanında keçiriləcək belə bir mitinqin yaz aylarında Azərbaycanın silahlı qüvvələrinin qısa müddətli antiterror əməliyyatları üçün də uğurlu zəmin yarada bilər." Yəqin ki, bu sözlər də elə İlyas İsmayılovun özünə məxsusdur: "Hesab edirik ki, Qarabağda antiterror əməliyyatlarına başlamağın vaxtı çatıb və Azərbaycan bundan çəkinməməlidir.(?!). Hərbi əməliyyatların bərpa olunacağı təqdirdə, Azərbaycanın yeni ərazilər itirəcəyi haqda məlumatlar düşmən tərəfindən aparılan təbliğatdır".(?!).

İzahata ehtiyac qalmır. İlyas İsmayılov baş prokuror işləyərkən Qarabağı ermənilərə “peş-keş” etməsini hamı bilir. Belə bir dəhşətli adamın indi "mələk" donuna bürünüb xeyirxah addım atdığına, Qarabağımızın xeyrinə təkliflə çıxış etdiyinə kim inana bilər. Fikri-zikri məlumdur. Günahsız insanları qırğına vermək. Və bir də ki, "Ədalət" partiyası hardan bilir ki, hərbi əməliyyatlar bərpa olunucağı halda, Rusiya və İran Ermənistanı aşkar şəkildə müdafiə etməyəcək. Əlbəttə, biz də inanırıq ki, həmin dövlətlər öz işlərini "aşkar" şəkildə yox, gizli şəkildə yerinə yetirəcək. Daha, İlyas İsmayılovun baş prokuror işlədiyi dövrdə ermənilərlə "qardaşlığı"nın aşkar olduğu şəkildə yox, "Ədalət" partiyasının belə fikri ilə də razılaşmaq olmaz ki, guya "İranın və Rusiyanın Dağlıq Qarabağdakı əməliyyatların gedişinə müdaxiləsi bu ölkələrin NATO ilə toqquşmasına və nəticədə Üçüncü Dünya Müharibəsinə gətirib çıxara bilər… İlyas İsmayılov "nağıl" danışır, konkret bir fikir bildirmir. Bəlkə, "olmadı elə, oldu belə" - yəni üçüncü dünya müharibəsinin yaranmasına elə bir ehtiyac qalmasın.

Ədalət” funksionerinin daha bir arqumenti də var. Onun sözlərinə görə, Azərbaycan hakimiyyətinin Kremllə və rəsmi Tehranla dəqiq və ölçülü-biçili münasibətləri vardır. Deməli, indiki məqamda Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli strateji baxımdan həm rusiyanın və həm də İranın maraqlarına uyğundur". Əgər İlyas İsmayılovun özü də belə düşünürsə, deməli, onun partiyasının YAP-la, ölkənin bütün siyasi təşkilatları ilə birlikdə "Azadlıq" meydanında ölkə Prezidentinin müharibə çağırışlarını dəstəkləmək xatirinə mitinq keçirməsinə, silaha sarılıb müharibəyə başlamasına heç bir ehtiyac qalmır. Çalışmalıyıq ki, qonşu dövlətlərin köməyi ilə Qarabağ problemimizi qansız-davasız həll edək. Və onu da yaddan çıxarmamalıyıq ki, Qarabağ düyününün bu dərəcədə müşkül məsələyə çevrilməsində ölkənin sabiq baş və ədliyyə naziri olmuş – hazırda "Ədalət" partiyasının sədri olan İlyas İsmayılovun, heç şübhəsiz, böyük "əməyi" vardır. Onun "yağlı" sözlərinə inanmaq, ona etibar etmək, onun tərəfindən "aldadılmaq", “əyri yola” düşmək ölkəyə ancaq fəlakətlər gətirər...


M. SALİS,

Əməkdar jurnalist.

  

BAŞ GÖYNÜK KƏNDİNİN ƏMƏKÇİLƏRİ BU İL KƏNDDƏ TİKİLİB İSTİFADƏYƏ VERİLƏCƏK ORTA MƏKTƏB BİNASININ AÇILIŞI MƏRASİMİNDƏ İLHAM ƏLİYEVİN DƏ İŞTİRAK ETMƏSİNİ ARZULAYIRLAR

ŞƏKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI CƏNAB NAZİM İBRAHİMOVA

                                                                SURƏTİ: “ŞƏKİNİN SƏSİ" QƏZETİNİN DAKSİYASINA

 

BAŞ GÖYNÜK KƏND ƏHALİSİ ADINDAN MİNNƏTDARLIQ

Hörmətli Nazim müəllim!

Son illər respublikamızın hər yerində olduğu kimi, Şəki rayonunda da sosial-iqtisadi vəziyyətin günbəgün yaxşılaşdırıldığı, sürətlə gedən yenidənqurma və tikinti işlərinin geniş vüsət aldığını görəndə insanda fərəh, qürur hissi yaranır. Bütün bunlara görə möhtərəm Prezidentimiz, uzaqgörən liderimiz cənab İ. H .Əliyevə çox sağ olsun deyirik.

Ancaq danılmaz bir fakt vardır, bütün regionlarda sabit, ardıcıl, yüksək sürətlə iqtisadi inkişafa nail olmaq üçün yerli rəhbərliyin yorulmaz, düşünülmüş iş qabiliyyəti olmalıdır. Bunun bariz nümunəsi Sizin rayonumuzda apardığınız düşünülmüş fəaliyyətinizdir. Ucqar bir dağ kəndi olan Baş Göynükdə nələrə nail olmadınız?

Qısa illər ərzində Şin çayı üzərində əsrlər boyu əhalinin həsrətlə gözlədiyi möhtəşəm körpünün tikintisi, Şin və Quruçay çaylarında uzunluğu 1500 metrə çatan bənd tikintisi, 2 ədəd artezian quyusunun qazılıb istifadəyə verilməsi və ən nəhayət həsrətlə gözlədiyimiz 640 yerlik, müasir tipli orta məktəb binasının tikintisinə başlanılması bizi çox sevindirir. Bütün bunlar Prezidentimiz başda olmaqla, şəxsən Sizin nailiyyətiniz və yorulmaz əməyinizin nəticəsidir.

Hörmətli Nazim müəllim!

Baş Göynük kəndinə göstərdiyiniz diqqət və qayğıya görə möhtərəm prezidentimiz İ. H. Əliyevin regionların iqtisadi inkişaf proqramından irəli gələn vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsinə göstərdiyiniz xidmətlərə görə Baş Göynük əhalisi öz minnətdarlığını çatdırır və Sizə çox sağ olun deyir.

Biz əminik ki, 2008 – 2009-cu ilin dərs ili yeni tikilən məktəbin açılışı ilə başlayacaq. Çox istərdik ki, daima yerlərdə olan, xalqla sıx ünsiyyət yaradan, yorulmaz fəaliyyəti ilə Azərbaycan xalqının sevimli lideri, inanc, güvənc yerimiz olan İlham Əliyev də həmin məktəbin açılışında şəxsən iştirak etsin, bir neçə saatlıq da olsa kəndimizin qonağı olsun. Sizdən artıq dərəcə xahiş edirik, bizim xoş sözlərimizi və arzularımızı möhtərəm prezidentimizə çatdırasınız.

BAŞ GÖYNÜK ƏHALİSİ ADINDAN:
                     
Rza CALALOV,

Baş Göynük kənd icra nümayəndəsi.